Ağcabədililər İlham Əliyevin növbəti 5 ildə də ölkəmizə rəhbərlik etməsini istəyirlər
01.10.2013 [10:04]
Bu fikir dünən rayonun Qaravəlli kəndində keçirilən görüşdə bir daha bəyan edilib
9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Ağcabədi rayonu üzrə seçki qərargahının üzvləri təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirirlər. Kampaniya çərçivəsində sentyabrın 30-da rayonun Qaravəlli kəndində seçicilərlə növbəti görüş keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov seçicilərə partiyamızın namizədi cənab İlham Əliyevin zəngin həyat yolundan, Onun Azərbaycan dövlətçiliyi üçün həyata keçirdiyi misilsiz işlərdən, həmçinin, rayonda görülən quruculuq işlərindən danışıb.
Onun sözlərinə görə, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş milli-iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin müsbət nəticələri hər bir vətəndaşın, o cümlədən, ağcabədililərin həyatında hiss edilir.
Sədr müavini cənab İlham Əliyevin Ağcabədi rayonu üzrə seçki qərargahının üzvlərinin bu günə kimi seçicilərlə bir sıra görüşlər keçirdiyini xatırladaraq deyib ki, görüşlər zamanı bir daha qeyd olunub ki, ağcabədili seçicilər oktyabrın 9-da cənab İlham Əliyevə səs verəcəklər.
Çıxış edən seçki qərargahının üzvü Teymur Rəhimov deyib ki, bu gün Azərbaycanda İlham Əliyevə rəqib ola biləcək siyasi qüvvə yoxdur: “Prezident İlham Əliyev Azərbaycanı qabaqcıl dünya ölkələrindən birinə çevirib. Ona bu işdə dəstək olmaq üçün hər bir azərbaycanlı 9 oktyabrda seçki məntəqələrinə gedərək İlham Əliyevə səs verməlidir”.
O, əlavə edib ki, bütün ağcabədililərin yalnız bir seçimi var - Ulu öndər Heydər Əliyev siyasətinin davamçısı cənab İlham Əliyev: “Çünki biz dövlətimizin gələcəyini məhz Heydər Əliyev siyasətinin davamında görürük”.
Öz növbəsində çıxış edən kənd sakinləri Səfa Fərzəliyev, Familə Məmmədova, Qurban Gülmalıyev və başqaları deyiblər ki, ölkəmiz gündən-günə inkişaf edir, insanlarımızın rifah halı yüksəlir. Ağcabədililər də rayonda görülən işləri yüksək qiymətləndirir və bu işlərin davamlı olmasını istəyirlər. Ona görə də, rayon seçiciləri 9 oktyabrda Prezidentimiz İlham Əliyevə səs verəcəklər.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27

