/ / Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycan xalqının xoşbəxt, firavan gələcəyinə xidmət edir
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycan xalqının xoşbəxt, firavan gələcəyinə xidmət edir
02.10.2013 [10:10]
Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat - təşviqat kampaniyası çərçivəsində Şəmkir şəhərində və rayonun Səməd Vurğun kəndində partiya fəalları və seçicilərlə görüşlər keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) prezident seçkilərində namizədi cənab İlham Əliyevin təbliğat - təşviqat kampaniyası uğurla davam edir. Dünən kampaniya çərçivəsində Şəmkir şəhərində partiya fəalları və seçicilərlə görüşlər keçirilib. Tədbirlərdə çıxış edən Yap Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev deyib ki, müstəqil Azərbaycan dövləti son illərdə böyük inkişaf yolu keçib. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində, Azərbaycan dövləti bütün sahələrdə çox böyük uğurlara imza atıb. Rayon təşkilatının sədrinin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi strategiyanın nəticəsində bu gün ölkəmizin hər bir yerində böyük inkişaf qeydə alınıb. Paytaxtla ən ucqar kəndlərimiz arasında fərqlər çox sürətlə aradan qalxır. Hər bir rayonda yeni infrastruktur layihələri reallaşdırılır, yollar çəkilir, parklar salınır, rayonlarda böyük potensial yaradılır, iş yerləri açılır, əhalinin güzəranı daha da yaxşılaşdırılır. Azərbaycanın hər bir regionunda, o cümlədən, Şəmkir rayonunda da quruculuq, abadlıq işləri həyata keçirilir, mühüm infrastruktur layihələri icra olunur, yeni iş yerləri yaradılır, nəticədə isə insanların sosial rifah halı yaxşılaşır. Fəxrəddin Vəliyev əlavə edib ki, bütün bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticələridir. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ana xəttini Azərbaycanı yüksək səviyyədə inkişaf etmiş ölkələr sırasına çatdırmaq təşkil edir. Və bu istiqamətdə çox inamlı addımlar atılmaqdadır.
O, deyib ki, 9 oktyabr Azərbaycan dövlətçiliyi tarixində çox mühüm əhəmiyyət kəsb edən günlərdən biridir. Təxminən 1 həftə sonra Azərbaycan xalqı öz gələcək taleyini müəyyənləşdirmək üçün növbəti dəfə seçki məntəqələrinə üz tutacaq. Ona görə də, hər bir vətəndaş bu məsələyə öz vətəndaşlıq borcu, dövlətimiz qarşısında xidməti kimi baxmalıdır. F.Vəliyev sonda bir daha əmin olduğunu bildirib ki, qarşıdan gələn prezident seçkilərində Azərbaycan xalqı öz seçiminə sadiq qalaraq, növbəti dəfə cənab İlham Əliyevə səs verəcək. Bu seçim Azərbaycan xalqının xoşbəxt, firavan gələcəyinə xidmət edir.
Qeyd edək ki, rayonda seçicilərlə növbəti görüş Səməd Vurğun kəndində baş tutub. Burada səslənən çıxışlarda bir daha vurğulanıb ki, Azərbaycan dövlətinə böyük uğurlar qazandıran, müstəqilliyimizi dönməz və əbədi edən Heydər Əliyev siyasətinin davam etməsi üçün 9 oktyabrda bütün Azərbaycan xalqı cənab İlham Əliyevə səs verəcək.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26

