İtaliya həm Avropada, həm də beynəlxalq arenada nüfuzlu dövlətlərdən biridir
08.10.2025 [15:09]
Azərbaycanın xarici siyasət xətti ölkənin iqtisadi gücünü artırmaq, yeni bazarlara çıxış imkanlarını genişləndirmək və beynəlxalq əlaqələri möhkəmləndirmək üzərində qurulub. Bu istiqamətdə Avropanın əsas dövlətləri ilə qurulan tərəfdaşlıq münasibətləri xüsusi əhəmiyyət daşıyır.İtaliya bu baxımdan Azərbaycan üçün önəmli tərəfdaşlardan biridir. Eyni zamanda, ölkəmiz də İtaliya üçün etibarlı və strateji əməkdaş kimi çıxış edir. Azərbaycanın zəngin enerji ehtiyatları və Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol iki ölkə arasında qarşılıqlı maraqlara əsaslanan sıx əlaqələrin formalaşmasına gətirib çıxarıb. Bu gün Bakı və Roma arasında siyasi dialoq intensiv xarakter daşıyır və əlaqələr hər zamankındən daha yüksək səviyyədədir.İtaliya həm Avropada, həm də beynəlxalq arenada nüfuzlu dövlətlərdən biridir. Onun iqtisadi və siyasi gücü Azərbaycan üçün əməkdaşlığın strateji əhəmiyyətini artırır. Azərbaycan isə İtaliya üçün regionda enerji təhlükəsizliyinin təminatçısı və mühüm iqtisadi tərəfdaş kimi tanınır. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: “Azərbaycan nefti İtaliyanın enerji balansında birinci, qazı isə ikinci sıradadır. Uzun illər ərzində biz etibarlı tərəfdaş olmuşuq və bu inam sayəsində irimiqyaslı layihələri uğurla reallaşdıra bilmişik.”Hazırda Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 dövlətə qaz ixrac edir. Boru kəmərləri şəbəkəsinin genişliyi baxımından ölkəmiz dünyada lider mövqeyə malikdir. Bu isə Azərbaycanın enerji siyasətinin uğurlu nəticəsi kimi dəyərləndirilir.İtaliya Prezidentinin səfəri çərçivəsində oktyabrın 1-də İtaliya–Azərbaycan Universitetinin rəsmi açılış mərasimi keçirildi. Bu layihə iki dövlət arasında humanitar və təhsil əlaqələrinin inkişafına yeni nəfəs gətirdi. Universitetdə təhsil alan tələbələr gələcəkdə hər iki ölkənin mədəni və elmi əməkdaşlığını təmsil edəcək. Beləliklə, enerji və sənaye tərəfdaşlığı humanitar sferada da öz davamını tapmış oldu.ercio Mattarellanın səfəri bir daha sübut etdi ki, Azərbaycan–İtaliya münasibətləri qarşılıqlı etimad və ortaq maraqlar üzərində qurulub. Bu əməkdaşlıq təkcə enerji və iqtisadiyyatda deyil, həm də elm, təhsil və mədəniyyət sahələrində strateji dərinliyə malikdir. Son illər bu münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlət başçıları arasında keçirilən görüşlər, qarşılıqlı səfərlər və imzalanan sənədlər əməkdaşlığın sabit inkişafını təmin edib. Xüsusilə Prezident İlham Əliyevin ötən il Romaya səfəri zamanı səsləndirdiyi dəvət nəticəsində İtaliya Prezidenti Sercio Mattarella 30 sentyabr tarixində Azərbaycana rəsmi səfər etdi. Bu səfər iki ölkə arasında mövcud tərəfdaşlığın yeni istiqamətlər üzrə genişlənməsinə mühüm töhfə verdi. Bakıda keçirilən təkbətək və geniş tərkibli danışıqlar zamanı dövlət başçıları siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi apardılar. Cənab Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda vurğuladı ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və iqtisadi əlaqələrin həcmi ildən-ilə artır. O, qeyd etdi ki, “ölkələrimiz arasında 2015-ci ildə imzalanan sənəd və beş il öncə qəbul edilən Hərtərəfli Strateji Tərəfdaşlıq Bəyannaməsi bu münasibətlərin möhkəm hüquqi bazasını formalaşdırıb. Bu dövr ərzində əlaqələr çoxşaxəli istiqamətlərdə sürətlə inkişaf edib, siyasi münasibətlər isə ən yüksək səviyyəyə çatıb. ”Enerji əməkdaşlığı isə Azərbaycan–İtaliya münasibətlərinin əsas dayaqlarından biridir. Azərbaycan neft və qaz ixracı ilə İtaliyanın enerji təminatında mühüm yer tutur.
Arifə Abbasova
YAP Tovuz rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

