TDT-nin XII Zirvə Görüşü: strateji mərhələ
09.10.2025 [19:16]
7 oktyabr 2025-ci il tarixində Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü keçirildi. Bu görüş Türk dünyasının gələcək siyasi və iqtisadi xəritəsini müəyyənləşdirən strateji hadisə kimi tarixə düşdü. Azərbaycan TDT-nin ən fəal və strateji cəhətdən əhəmiyyətli üzvü olaraq həm təşkilatın yaradılmasında, həm də onun inkişafında aparıcı rol oynayıb. Prezident İlham Əliyevin “Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikirləri Azərbaycanın bu birliyə verdiyi mənəvi və strateji dəyərin ən bariz ifadəsidir. Prezident bu sözləri 2024-cü il fevralın 14-də andiçmə mərasimində səsləndirərək, Azərbaycanın Türk dünyası ilə bağlı mövqeyini bütün dünyaya göstərmiş oldu.
XII Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı Türk dünyasının geosiyasi, iqtisadi və mədəni potensialının dərin təhlilinə, eyni zamanda bu birliyin gələcək inkişaf istiqamətlərinə dair konkret baxışlara əsaslanırdı. Prezidentin qeyd etdiyi kimi, bu gün Türk Dövlətləri Təşkilatı artıq sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəz kimi formalaşır. Prezident İlham Əliyev çıxışında sülh və təhlükəsizlik məsələlərinin prioritet olduğunu vurğulayaraq deyib: “Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil.” Bu prinsip TDT-nin təməl sənədi olan Naxçıvan Sazişində də öz əksini tapmışdır. Hazırkı mürəkkəb geosiyasi şəraitdə türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi zəruridir. Azərbaycanın son illərdə əldə etdiyi tarixi Zəfər və ərazi bütövlüyünün tam bərpası regionda ədalətli sülhün və sabitliyin bərqərar olunmasında mühüm mərhələdir.
2023-cü ildə antiterror tədbirlərinin uğurla başa çatması və 2025-ci ildə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazda yeni dövrün başlanğıcıdır. Bu hadisələr yalnız Azərbaycanın milli iradəsinin təntənəsi deyil, həm də Türk Dövlətləri Təşkilatının sülh və təhlükəsizlik prinsiplərinə sadiqliyinin təzahürüdür. Müasir beynəlxalq münasibətlər sistemində hərbi güc müstəqilliyin və ərazi bütövlüyünün əsas təminatçısı kimi çıxış edir. Dövlər başçısı Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın nümunəvi olduğunu bildirərək 2026-cı ildə TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin Azərbaycanda keçirilməsini təklif edib. Bu təşəbbüs, həmçinin, regionda sülh və sabitliyin qorunması baxımından önəmli rol oynayacaq.
Azərbaycanın TDT-nin fəaliyyətinə mühüm dəstək verdiyini qeyd edən dövlət başçısı ölkəmizin Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürdüyünü bildirib. Prezidentin sözlərinə görə, təşkilatın inkişafı güclü iqtisadiyyat, sabitlik, gənc əhali və hərbi-texnoloji potensiala əsaslanır.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan regionun əsas tranzit mərkəzinə çevrilib. 2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar 90 faiz artdığını və Zəngəzur dəhlizinin açılmasının regional iqtisadi inteqrasiyanı gücləndirəcəyini vurğulayıb.
Azərbaycanın enerji siyasəti də bu konsepsiyanın davamıdır. 14 ölkəyə təbii qaz ixrac edən və bərpaolunan enerji mənbələrinə böyük sərmayələr yönəldən ölkə, təkcə regionun deyil, Avrasiyanın enerji xəritəsində mühüm strateji oyunçudur. İlham Əliyevin “yaşıl enerji dəhlizi” ideyası türk dünyasının gələcəyini enerji təhlükəsizliyi və ekoloji məsuliyyət kontekstində birləşdirən yeni ideoloji xətt kimi dəyərləndirilə bilər.
Dövlət başçısının çıxışının sonunda vurğuladığı 1926-cı il Bakı Türkoloji Qurultayının 100 illiyinin qeyd edilməsi təşəbbüsü isə ideoloji səviyyədə türk kimliyinin tarixi yaddaşını dirçəldən dərin simvolik addımdır. Bu, həm mədəni, həm siyasi mənada bir mesaj idi: türk birliyi yalnız ortaq maraqlar üzərində deyil, ortaq yaddaş və mənəvi irs üzərində yüksəlməlidir. Prezident İlham Əliyevin çıxışı TDT-nin siyasi, iqtisadi, enerji, müdafiə və mədəni inteqrasiya sahələrində birliyin dərinləşməsi üçün yol xəritəsi rolunu oynadı.
Qəbələdə keçirilmiş XII Zirvə Görüşü Türk Dövlətləri Təşkilatının gələcək istiqamətlərini müəyyən edən strateji mərhələ kimi tarixə düşdü. Türk dünyasının gələcəyi birliyin möhkəmlənməsindən, ortaq məqsədlərin reallaşdırılmasından və qardaş xalqların həmrəyliyindən keçir.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

