Xalq öz Prezidentinə inanır və Onu dəstəkləyir
03.10.2013 [10:28]
Bu fikirlər kəlbəcərlilərlə Yevlax və Bərdə rayonlarında keçirilən görüşlərdə dilə gətirilib
Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Təbliğat kampaniyası çərçivəsində Yevlax şəhərində kəlbəcərli seçicilərlə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Kəlbəcər rayon təşkilatının sədri Akif Əsgərov cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətdən və onun nəticələrindən ətraflı danışıb. O bildirib ki, təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kurs bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Bunun nəticəsidir ki, bu gün Azərbaycanın bütün bölgələri əsaslı şəkildə inkişaf edir, günü-gündən gözəlləşir”.
Daha sonra natiq son 10 ildə məcburi köçkünlərə göstərilən dövlət qayğısından ətraflı danışıb.
Daha sonra Kəlbəcərin tanınmış ağsaqqalı “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri, Respublika Ağsaqqallar Şurasının üzvü Qənbər Şəmşiroğlu seçicilər qarşısında çıxış edib. Natiq qeyd edib ki, biz kəlbəcərlilər həmişə dövlətçiliyə sadiq olmuşuq və bu sadiqliyimizi 9 oktyabr 2013-cü ildə seçki məntəqələrinə gedərək bir daha təcəssüm etdirəcəyik.
Tədbirdə çıxış edən kəlbəcərli məcburi köçkün Saday Musayev cənab İlham Əliyevə səs verəcəyini deyib: “Bizim ailəmizdə 22 nəfər seçici var. Biz hamımız İlham Əliyevə səs verəcəyik. Çünki O, ölkəmizin qazandığı uğurların qarantıdır”.
Daha bir görüş isə Bərdə rayonunda müvəqqəti məskunlaşmış kəlbəcərli seçicilərlə keçirilib. Tədbirdə çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Akif Əsgərov son zamanlar respublikamızda gedən abadlıq-quruculuq işləri haqqında, məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün qəbul edilən Dövlət Proqramından ətraflı danışıb. Natiq bildirib ki, Dövlət Neft Fondundan ayrılan vəsait hesabına Azərbaycanda mövcud olan çadır düşərgələrinin hamısı ləğv edilib. 18 mindən çox məcburi köçkün ailəsi 58 yeni tikilmiş qəsəbəyə köçürülüb: “İlbəil qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəlmiş vəsaitlərin həcmi artırılır, kənd təsərrüfatı ilə məşğul olanlara əvəzsiz maliyyə yardımları göstərilir. Sizi əmin edirəm ki, bu yöndə işlər cənab İlham Heydər oğlu Əliyevin rəhbərliyi altında davam etdiriləcək”.
Sonda kəlbəcərli seçicilər bir daha vurğulayıblar ki, 9 oktyabr 2013-cü il tarixində keçiriləcək prezident seçkiləri İlham Əliyevin qələbəsi ilə başa çatacaq.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

