Azərbaycanda həyata keçirilən siyasət ölkəmizin daha da güclənməsini təmin edib
03.10.2013 [10:30]
Bunu bəyan edən Ağcabədi seçiciləri oktyabrın 9-da İlham Əliyevə səs verəcəklər
Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində dünən rayonun Hindarx qəsəbəsinin və İmanqulubəyli kəndinin sakinləri ilə növbəti görüş keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov cənab İlham Əliyevin təbliğatını aparmağın olduqca şərəfli və məsuliyyətli bir iş olduğunu söyləyərək deyib ki, Onun gördüyü işlər, atılan addımlar, ölkəmizə qazandırdığı nailiyyətlər hər kəs tərəfindən qəbul və etiraf olunur: “Cənab Prezident 10 illik fəaliyyəti dövründə hamıya göstərdi ki, əsl azərbaycanlıdır və dövlətini, millətini, xalqını çox sevir. Ona görə də, oktyabrın 9-da hər birimiz seçki məntəqələrinə gedərək Prezident İlham Əliyevə səs verəcəyik”.
Seçicilər qarşısında çıxış edən millət vəkili Tahir Rzayev deyib ki, Azərbaycanda həyata keçirilən siyasət ölkəmizin daha da güclənməsini təmin edib: “Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf edir. Bu inkişafın davamı xalqımızın seçimindən asılıdır. O seçimi isə siz artıq etmisiniz. O seçim Prezident İlham Əliyevdir”.
Çıxış edən millət vəkili Aqil Abbas isə həyata keçirilən sosial siyasətin vətəndaşlarımızın rifahına xidmət etdiyini deyib: “Azərbaycanda sürətli inkişaf təbii olaraq dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən, sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Sözsüz, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb”.
Bu siyasətin Ağcabədi sakinlərinin də həyatına müsbət təsir etdiyini deyən natiq sakinləri 9 oktyabrda YAP-ın namizədinə səs veməyə çağırıb.
Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də ötən illər ərzində həm ölkədə, həm də Ağcabədidə görülən işlər barədə danışıb. Natiq qeyd edib ki, məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən abadlıq-quruculuq prosesinin tərkib hissəsi kimi Ağcabədidə də böyük işlər görülür. Rayonda yollar salınır, geniş quruculuq işləri həyata keçirilir. Baş redaktor əmin olduğunu bildirib ki, dövlətçiliyə sadiq Ağcabədi seçiciləri oktyabrın 9-da İlham Əliyevə səs verəcəklər.
Çıxışında, eyni zamanda, məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə də danışan Rəşad Məcid “Məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin nəticəsidir ki, ölkədə çadır şəhərcikləri ləğv edilib, bu insanların hamısı müasir tipli qəsəbələrə köçürülüb. Onların maddi rifahının yaxşılaşdırılması üçün Dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb” deyib.
Sonda respublikamızın tanınmış incəsənət xadimləri konsert proqramı ilə çıxış ediblər.
Görüşdə çıxış edən kənd sakinləri Əkbər İbişov, Mirələm Cəfərov və başqaları Prezident İlham Əliyevin apardığı siyasəti dəstəklədiklərini bildiriblər. Qeyd olunub ki, Azərbaycan gündən-günə inkişaf edir, insanlarımızın rifah halı yüksəlir. Ağcabədililər də rayonda görülən işləri yüksək qiymətləndirir və bu işlərin davamlı olmasını istəyirlər. Ona görə də, rayon sakinləri 9 oktyabrda Prezidentimiz İlham Əliyevə səs verəcəklər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

