Gədəbəy seçiciləri Prezident İlham Əliyevə səs verəcəklər
04.10.2013 [10:00]
Rayonun Çay Rəsullu və Düz Rəsullu kəndlərində seçicilərlə görüşlər keçirilib
9 oktyabr 2013-cü il prezident seçkiləri öncəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən kütləvi tədbirlər davam edir. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin təbliğatına həsr olunmuş növbəti tədbir Gədəbəy rayonunun Çay Rəsullu və Düz Rəsullu kəndlərində keçirilib.
İlk olaraq qarşıdan gələn prezident seçkilərinin olduqca əlamətdar bir hadisə olduğunu qeyd edən YAP rayon təşkilatının aparat rəhbəri Namiq Rüstəmov Prezident İlham Əliyevin bu seçkilərdə alternativsiz lider olduğunu dilə gətirib. Son illər Gədəbəy rayonunda aparılan yenidənqurma işlərindən bəhs açan N.Rüstəmov cənab İlham Əliyevin prezidentliyi dövründə rayonda bir sıra sənaye müəssisələrinin, o cümlədən, məktəblərin istifadəyə verildiyini xatırladıb. Natiq Prezidentimizin uğurlu və davamlı daxili siyasətindən danışaraq, Gədəbəy rayonunun daima dövlətçiliyə sədaqətli olduğunu önə çəkib. O, məhz bu sədaqətdən çıxış edərək Gədəbəy camaatının Ümummilli liderimiz, müstəqil Azərbaycanın memarı Heydər Əliyev siyasətinin davamçısı İlham Əliyevə səs verəcəyinə inandığını deyib.
Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri, professor, “Şöhrət” ordenli İzzət Rüstəmov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi kurs Azərbaycanın inkişafının yeni mərhələsidir: “İlham Əliyevin son 10 ildə, Prezident olduğu dövrdə gördüyü işlər bunu deməyə əsas verir. Fəaliyyətinin hər anında milli mənafenin qorunması uğrunda mübarizə aparan cənab İlham Əliyev yalnız millətinin və dövlətinin rifahı uğrunda çalışır”.
Çıxış edən millət vəkili Sevinc Hüseynova vətəndaşların seçkidə fəal iştirakının ölkəmizin sabahı naminə vacib bir şərt olduğunu önə çəkib: “Mən inanıram ki, xalqımız 2003-cü ildə, 2008-ci ildə olduğu kimi, müstəqilliyin əbədiliyinə, sarsılmazlığına, inkişafa, yüksəlişə - İlham Əliyevə səs verəcək. Məhz İlham Əliyev Azərbaycanı işıqlı, inamlı sabaha aparacaq!”.
Çıxış edən Avrasya Universitetinin rektoru Nazim Hüseynli, Texniki Universitetin Kimya kafedrasının müdiri Mahmud Rüstəmov ölkə Prezidentinin regionların inkişafına xüsusi diqqət göstərdiyini önə çəkiblər. Bildirilib ki, regionların sosial-iqtisadi inkişafına həsr edilən dövlət proqramları Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını şərtləndirib. Bu gün ölkəmizdə bütün sahələr paralel şəkildə inkişaf edir. Bu yolu davamlı etmək üçün Azərbaycan xalqı 9 oktyabrda Prezident İlham Əliyevə səs verməlidir.
Çıxış edən kənd sakinləri bildiriblər ki, hər bir Gədəbəy seçicisi bu gün ölkə Prezidentinin apardığı siyasi kursu dəstəkləyir. Onlar əminlik ifadə ediblər ki, hər bir rayon sakini ölkəmizdəki siyasi-iqtisadi sabitliyi dəstəkləyir və bu dəstəyi oktyabrın 9-da YAP-ın namizədi cənab İlham Əliyevə səs verməklə, növbəti dəfə nümayiş etdirəcəklər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

