Goranboy ictimaiyyəti qüdrətli Azərbaycanın gələcəyi naminə cənab İlham Əliyevə səs verəcək
04.10.2013 [10:00]
Rayonun Boluslu və Xanqərvənd kəndlərində seçicilərlə görüşlər keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Goranboy rayon təşkilatı seçicilərlə görüşlərini davam etdirir. Növbəti görüşlər rayonun Boluslu və Xanqərvənd kəndlərində keçirilib.
YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov qeyd edib ki, Azərbaycanın son 10 ildəki inkişaf dinamikasına nəzər saldıqda belə qənaətə gəlmək olar ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, ölkəmizin siyasi, sosial-iqtisadi, mədəni və bütün başqa sahələrdə inkişafının təmin olunması, əhalinin rifah halının, sosial vəziyyətinin daha da yaxşılaşdırılması siyasəti Prezident İlham Əliyevin dövründə uğurla davam etdirilir. “Ötən dövr ərzində nəinki şəhərlərdə, eləcə də kənd və qəsəbələrdə sosial-iqtisadi inkişaf sürətləndirilib, abadlıq, quruculuq işlərinin aparılması ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilib. Ölkəmizdə aqrar-sənaye kompleksini inkişaf etdirmək və ərzaq təminatını yaxşılaşdırmaq üçün ilk növbədə, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olan qanunvericilik bazası yaradılıb, torpaq islahatları həyata keçirilib. Bütün bunlar isə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir. Məhz bu siyasət nəticəsində biz hazırda rahat və firavan şəkildə yaşaya bilirik. Bunları Prezidentimiz bizim üçün, xalq üçün edir. Azərbaycan xalqı hər zaman düzgün qərar qəbul edib. Buna görə də hesab edirəm ki, ölkəsini, dövlətini düşünənlər öz səslərini qüdrətli Azərbaycanın gələcəyi naminə cənab İlham Əliyevə verəcəklər”.
Milli Məclisin deputatı Gülçöhrə Məmmədova isə deyib ki, müstəqil Azərbaycan dövləti son illərdə böyük inkişaf yolu keçib. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dövləti bütün sahələrdə çox böyük uğurlara imza atıb.
“Əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu siyasət Onun layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyev tərəfindən böyük uğur və əzmlə davam etdirilir. Məhz bu uğurlu siyasi strategiyanın nəticəsi olaraq Azərbaycan həm yerləşdiyi coğrafiyada, həm də onun hüdudlarından kənarda böyük nüfuz və mövqe qazanıb. Sözsüz ki, bütün bunlar ölkəmizdə mövcud olan sarsılmaz ictimai-siyasi sabitlik fonunda reallaşıb. Azərbaycan öz iqtisadi siyasi qüdrətini artırdıqca dövlətimizin mövqeləri daha da möhkəmlənir”, - deyə Gülçöhrə Məmmədova vurğulayıb.
Millət vəkili əlavə edib ki, bu gün Azərbaycanın hər bir regionu sürətlə inkişaf edir: “Əminliklə söyləyə bilərəm ki, seçicilər bu uğurlu siyasəti həyata keçirən cənab İlham Əliyevə səs verəcəklər”.
Daha sonra çıxış edənlər - təbliğat-təşviqat qrupunun üzvü Məzahir Zeynalov, seçicilər Nargilə Hüseynova, Rahilə Həsənova, Şəmkir Əmirov, Aftandil Ocaqverdiyev və digərləri prezidentliyə namizəd cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanın dünya miqyasında yüksək səviyyədə tanınmasından, dünyada öz mövqeyini möhkəmləndirməsindən danışaraq, seçiciləri YAP-nın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar. Öz növbəsində seçicilər də 9 oktyabrda ən layiqli namizədə - cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

