Mingəçevirlilərin seçimi cənab İlham Əliyevdir
04.10.2013 [10:01]
Mingəçevir şəhərində seçicilərlə zirvə görüşü keçirilib
Dünən Mingəçevir şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə zirvə görüşü keçirilib. Zirvə tədbirini giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov bildirib ki, 9 oktyabr Azərbaycan dövlətçiliyi tarixində çox mühüm əhəmiyyət kəsb edən günlərdən biridir. Bir neçə gündən sonra Azərbaycan xalqı öz gələcək taleyini müəyyənləşdirmək üçün növbəti dəfə seçki məntəqələrinə üz tutacaq. Ona görə də hər bir vətəndaş bu məsələyə öz vətəndaşlıq borcu, dövlətimiz qarşısında xidməti kimi baxmalıdır. C.Yusubov əmin olduğunu bildirib ki, bütün dövrlərdə dövlətçiliyə sədaqətlə xidmət edən mingəçevirlilər bu seçkilərdə də Azərbaycan dövlətinin gələcək inkişafı naminə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verəcəklər.
Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev deyib ki, müstəqil Azərbaycan dövləti son illərdə böyük inkişaf yolu keçib. O, qeyd edib ki, Heydər Əliyev siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dövləti bütün sahələrdə çox böyük uğurlara imza atıb. Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev də dəfələrlə bildirib ki, bizim siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır: “Dəfələrlə dövlətimizin başçısının çıxışlarında xüsusi vurğulanıb ki, Azərbaycanın ən inkişaf etmiş şəhəri ilə ən ucqar kəndi arasında fərq tamamilə aradan qalxsın. Hər bir vətəndaşımız harada yaşamasından asılı olmayaraq, onun həyat şəraiti yüksək səviyyədə qurula bilsin. Eyni zamanda, bu gün Azərbaycanın hər bir regionu inkişaf edib”.
S.Mehbalıyev xoşbəxt gələcək naminə seçiciləri 9 oktyabrda cənab İlham Əliyevə səs verməyə çağırıb.
Çıxış edən Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru Rasim Nəbiyev bildirib ki, ölkəmizdə qazanılan uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticələridir. Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ana xəttini Azərbaycanı yüksək səviyyədə inkişaf etmiş ölkələr sırasına çatdırmaq təşkil edir: “Bu istiqamətdə hədəflər müəyyən edilib. Azərbaycanı yüksək səviyyədə inkişaf etmiş dövlətlər sırasına çatdırmaq üçün ilk növbədə, sənayenin inkişafından, neft və qaz ehtiyatlarının ixracından əldə olunmuş kapitalın insan kapitalına çevrilməsi məsələsi gündəmdədir”.
R.Nəbiyevin fikrincə, cənab İlham Əliyev 10 illik fəaliyyəti dövründə hamıya göstərdi ki, əsl azərbaycanlıdır və dövlətini, millətini, xalqını çox sevir: “Ona görə də 9 oktyabrda hər birimiz seçki məntəqələrinə gedərək Prezident İlham Əliyevə səs verməliyik. Biz Prezident İlham Əliyevə səs verməklə, öz gələcəyimizə səs verəcəyik”.
Professor Əfqan Abdullayev isə ölkəmizdə elm və təhsil sahəsində görülən uğurlu işlərdən, əldə olunan nailiyyətlərdən bəhs edib. Onun sözlərinə görə, bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizdə güclü elmi potensial yaranır, təhsil sahəsində effektiv islahatlar həyata keçirilir.
Azərbaycanda dövlət quruculuğu prosesinin bir çox ölkələrə nümunə olduğunu deyən natiq əlavə edib ki, ölkəmiz demokratiya yolunda qətiyyətlə irəliləyir. Onun fikrincə, bu uğurların şahidi olan xalqımız prezident seçkilərində öz seçiminə sadiq qalaraq növbəti dəfə cənab İlham Əliyevə səs verəcək. Çünki bu seçim Azərbaycan xalqının xoşbəxt, firavan gələcəyinə xidmət edir.
Tədbir tanınmış sənətçilərin iştirakı ilə konsert proqramı ilə davam edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13

