Bərdədə təbliğat-təşviqat kampaniyası uğurla davam edir
04.10.2013 [10:02]
Dünən rayonda seçicilərə cənab İlham Əliyevin son 10 ildə həyata keçirdiyi uğurlu siyasətin nəticələrini özündə əks etdirən bukletlər paylanıb
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Bərdə rayonu üzrə seçki qərargahının üzvləri seçicilərlə görüşləri davam etdirirlər. Növbəti görüş dünən rayonun Xəsilli və Hacallı kəndlərində keçirilib.
Görüşləri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədr müavini Şamil Behbudov Yeni Azərbaycan Partiyasının namizədi olan cənab İlham Əliyevin 10 illik fəaliyyəti haqqında seçicilərə geniş məlumat verib.
Seçicilər qarşısında çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mineral Xammal Elmi-Tədqiqat İnstitutunun direktoru, texniki elmlər doktoru, professor Mürsəl Əliyev bildirib ki, 9 oktyabrda keçiriləcək prezident seçkilərinin qalibi, məhz cənab İlham Əliyev olacaq. Çünki dövlət başçısının təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində ölkədə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb.
Onun sözlərinə görə, həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində Azərbaycanın iqtisadiyyatı dünyada analoqu olmayan templə inkişaf edir. Artıq bu faktı beynəlxalq qurumlar da bəyan edirlər.
Professor bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi quruculuq siyasəti nəticəsində Azərbaycanın bütün bölgələri, o cümlədən, Bərdə rayonu keyfiyyətcə yeni inkişaf mərhələsini yaşamaqdadır: “Məhz bütün bunlara görə də Azərbaycan vətəndaşları, o cümlədən, bərdəlilər cənab İlham Əliyevi alternativsiz lider kimi qəbul edir, Onun uğurla davam etdirdiyi siyasi və iqtisadi islahatlar kursunu tam dəstəkləyirlər”.
Mürsəl Əliyev sonda bərdəli seçiciləri Azərbaycanın gələcək inkişafı naminə cənab İlham Əliyevə səs verməyə çağırıb.
Çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Arif Əliyev deyib ki, cənab İlham Əliyevin təbliğata ehtiyacı yoxdur: “Çünki Azərbaycanda əldə edilən inkişaf, tərəqqi göz qabağındadır. Ölkəmizdə quruculuq, abadlıq işləri yüksək səviyyədədir. Bu gün Azərbaycanın elə bir bölgəsi, kəndi yoxdur ki, orada inkişaf olmasın. Yeni məktəblər, səhiyyə ocaqları, idman kompleksləri, yollar, körpülər tikilir. Bütün bunlar ölkənin iqtisadi imkanlarının geniş olmasını təsdiqləyir”.
Çıxış edən rayon Qadınlar Şurasının sədri Rahilə Babayeva ölkəmizdə əldə edilən uğurlardan Bərdə rayonuna da pay düşdüyünü deyib.
Onu da qeyd edək ki, dünən Bərdə rayonunda, həmçinin, YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası ilə bağlı aksiya keçirilib. Aksiyada YAP Bərdə rayon təşkilatının fəalları iştirak ediblər. Aksiya çərçivəsində seçicilərə YAP-ın namizədi cənab İlham Əliyevin son 10 ildə həyata keçirdiyi uğurlu siyasətin nəticələrini özündə əks etdirən bukletlər paylanıb.
Rayon təşkilatından bildirilib ki, bukletlərdə bir çox sahələr üzrə qazanılan uğurlarla bağlı məlumatlar qeyd olunub.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

