Siyəzən gəncləri təbliğat bukletlərinin paylanılmasında aktiv iştirak edir
06.10.2013 [15:51]
Prezident İlham Əliyevin son 10 ildə gördüyü işləri və gələcək planlarını əks etdirən bukletlər vətəndaşlar tərəfindən maraqla qarşılanır
Azərbaycanda 9 oktyabr tarixində keçiriləcək prezident seçkiləri ərəfəsində Yeni Azərbaycan Partiyası (YAP) və partiyanın yerli strukturları ölkənin hər yerində partiyamızın namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını yüksək səviyyədə davam etdirir.
Məlum olduğu kimi, oktyabrın 1-dən başlayaraq, Yeni Azərbaycan Partiyasının gəncləri respublikanın bütün şəhər və rayonlarını əhatə edən kampaniya çərçivəsində təbliğat materialları paylayır, Prezident İlham Əliyevin seçki platforması barədə seçiciləri məlumatlandırırlar. Bununla əlaqədar olaraq, YAP Siyəzən rayon təşkilatı Gənclər Birliyinin 200-ə yaxın üzvü rayon ərazisində insanların çox olduğu məkanlarda, rayon mərkəzində, yenicə istifadəyə verilən Bayraq Meydanı ərazisində vətəndaşlara bukletlər təqdim ediblər. Bukletlərdə Prezident İlham Əliyevin ölkədə gördüyü işlər, son 10 ildə müxtəlif sahələrdə qazanılan nailiyyətlər, həyata keçirilən sosial, iqtisadi layihələr, beynəlxalq uğurlar öz əksini tapır. Həmçinin, bukletlərdə Prezident İlham Əliyevin gələcəyə hədəflənən məqsədləri, ölkəni gözləyən yeni uğurlar da ifadə olunur.
Təbliğat kampaniyasının həyata keçirilməsində iştirak edən YAP Gənclər Birliyinin üzvləri aksiya ilə bağlı təəssüratlarını bölüşüblər. Cüdo üzrə Respublika 2-cisi Bəsti Səfərova bildirib ki, Prezident İlham Əliyevin təbliğat-təşviqat kampaniyasında iştirak etməkdən qürur duyur: “Azərbaycan gənclərinin əksəriyyəti kimi mən də cənab İlham Əliyevi dəstəkləyir, ölkəmizdə bundan sonra da sülhün və dinamik inkişafın olmasını istəyirəm. Buna görə də, rayonumuzda keçirilən partiyamızın təbliğat-təşviqat kampaniyasında fəal iştirak edirəm. Bu gün (dünən) xeyli rayon sakininə Prezident İlham Əliyevin son 10 ildə gördüyü işlərdən bəhs edən bukletləri payladıq. İnsanlar aksiyanı çox müsbət qarşıladılar. Bütün rayon sakinləri, ələlxüsus da gənclər cənab Prezidentimizin həyata keçirdiyi siyasəti dəstəkləyirlər. Bu ünsiyyətdən belə bir nəticəyə gəldim ki, 9 oktyabr seçkilərində bütün ölkə vətəndaşlarımız kimi, siyəzənlilər də Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər”.
Rayondakı fəal gənclərdən Vüsal Qafarov qeyd edib ki, xalq oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə böyük maraq göstərir: “Bu gün vətəndaşlarımızın böyük əksəriyyəti öz seçimini edib və onlar birmənalı olaraq Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyirlər. Çünki ötən dövr ərzində Azərbaycan inkişaf edib, gələcəyə əmin addımlarla irəliləyir. Demək olar ki, kəndlərimizlə şəhərlərimiz arasında elə də ciddi bir fərq qalmayıb. Bukletləri paylayarkən bunun bir daha şahidi oldum. İnsanlar gələcəyə inamla baxırlar. Ökənin, xalqın taleyini etibar edə biləcəkləri yalnız bir nəfərin adını çəkirlər: o da cənab İlham Əliyevdir”.
Qeyd edək ki, YAP gənclərinin həyata keçirdiyi aksiya rayon sakinlərində böyük maraq yaradıb. Rayon sakini Əli Camalov keçirilən tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirib və qeyd edib ki, bir gənc kimi o da cənab Prezident İlham Əliyevi dəstəkləyir: “Mən gənclərin hamisi, gələcəyimizin qarantı Prezident İlham Əliyevə səs verəcəyəm. Güclü ölkənin heç şübhəsiz ki, güclü lideri olmalıdır. Bu gün mən elə düşünürəm ki, bütün sağlam düşüncəli Azərbaycan vətəndaşları Ona səs verəcək”.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

