Yasamal rayonunda seçicilər böyük fəallıq nümayiş etdiriblər
10.10.2013 [17:48]
Onlar əsl bayram əhval-ruhiyyəsi ilə son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müstəqil siyasətə, davamlı inkişafa səs veriblər
Oktyabrın 9-da keçirilən prezident seçkilərinə paytaxtın Yasamal rayonunda da seçicilərin böyük aktivliyi şəraitində start verildi. Səhər tezdən artıq rayonun ayrı-ayrı ünvanlarında yaradılan seçki məntəqələrində böyük qələbəlik var idi. Bu qələbəlik bütün gün ərzində davam etdi. Müxtəlif yaş qruplarından olan seçicilər məntəqələrə gələrək azad, demokratik şəraitdə öz seçimlərini edirdilər.
Yeri gəlmişkən, qəzetimizə açıqlama verən 15 saylı Yasamal 1-ci seçki dairəsi dairə seçki komissiyasının sədri Sərdar Süleymanov “Bizim dairə üzrə 47 seçki məntəqəsi yaradılıb. Onlardan 31-i daimi fəaliyyət göstərən məntəqələrdir. Rayon ərazisindəki xəstəxanalarda və hərbi hissələrdə 6 müvəqqəti məntəqə yaradılıb. Xarici ölkələrdəki səfirliklərimizdə isə bizim dairənin tərkibində 10 seçki məntəqəsi təşkil edilib. Dairəmizin əhatə etdiyi ərazi üzrə 46 min seçici qeydə alınıb. Dairə üzrə seçkilərə hər cür hazırlıq görülüb. Bütün məntəqələr əsaslı təmir edilib. Seçkilərin gedişini veb-kameralarla izləmək mümkündür. Belə ki, dairənin ərazisində 10 məntəqədə veb-kameralar quraşdırılıb. Mərkəzi Seçki Komissiyası bütün məntəqələri zəruri inventar və avadanlıqla tam təchiz edib. Hətta baş verə biləcək qəza halları da nəzərə alınaraq məntəqələrdə generatorlar quraşdırılıb” - deyib.
Seçkiləri müşahidə edən Yeni Azərbaycan Partiyasından respublika ərazisi üzrə müşahidəçi, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib ki, seçki başlayandan bəri Bakı şəhərinin bir neçə rayonunda, o cümlədən də Yasamal rayonunda 20-dən artıq məntəqədə müşahidə aparıb: “Bütün məntəqələrdə seçki prosedurlarına tam riayət olunduğunu müşahidə etmişəm, Seçkilərin kifayət qədər mütəşəkkil keçdiyini deyə bilərəm. Ən xoşagələn cəhət ondan ibarətdir ki, seçicilərdə böyük nikbinlik var. Bu nikbinliyin əsas səbəbi son 10 ildə ölkəmizdə aparılan müstəqil siyasətlə, bütün sahələrdə müşahidə olunan böyük dəyişikliklərlə bağlıdır. Seçki məntəqələrindən çıxanların əksəriyyəti ölkə Prezidenti İlham Əliyevə səs verdiklərini bildirirlər. Aşkar görünür ki, xalq öz Prezidenti ilə fəxr edir və Ona çox inanır. Məncə, insanların inamı seçkilərin ən mühüm nəticəsidir”.
Öz növbəsində 15 saylı Yasamal 1-ci seçki dairəsinin 24 saylı seçki məntəqəsində müstəqil müşahidəçi olan Ceyhun Bayramov “Yasamal rayonundakı 20 Yanvar şəhidi Eldar Məmmədov adına 21 saylı tam orta məktəbdə təşkil olunan məntəqədə böyük seçici aktivliyi müşahidə olunur. Məntəqədə tam demokratik ab-hava hökm sürür. Burada həm iqtidar, həm müxalifət partiyalarını təmsil edən müşahidəçilər üçün eyni şərait yaradılıb. Hələlik məntəqədə hər hansı insident yaşanmayıb. Güman edirəm ki, seçki prosesi axıradək belə sakit və demokratik şəraitdə başa çatacaq” - deyib.
15 saylı Yasamal 1-ci seçki dairəsi 24 saylı seçki məntəqəsinin sədri Həqiqət Həmidova bildirib ki: Məntəqəmizdə seçkilərə əvvəlcədən yaxşı hazırlıq görülüb. Bütün siyahılar əvvəlcədən hazırlanaraq xüsusi lövhələrdən asılıb. Məntəqə üzrə 1.489 seçici səs verəcək. Məntəqədə böyük seçici aktivliyi müşahidə olunur. Bu da ondan xəbər verir ki, seçicilər ölkədə gedən ictimai-siyasi proseslərə, respublikanın gələcək taleyinə biganə deyillər”.
Seçici Əzizə Bağırova builki seçkilərin çox yaxşı təşkil olunduğunu deyib “Biz səsverməyə ailəliklə gəlmişik. İstərdik ki, cənab İlham Əliyev növbəti 5 ildə də Azərbaycanın dövlət başçısı seçilsin. Çünki O, Ümummilli liderimiz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirərək yeni-yeni nailiyyətlərə doğru aparır”.
Seçici Şahin Manafov “Mənim 63 yaşım var. Çox seçkilərdə iştirak etmişəm. Ailədə 4 nəfərik. Hamımızın da səsvermə hüququ var və bu hüquqdan istifadə etmişik. Ailəmizin seçimi ölkəmizi hər sahədə inkişafa istiqamətləndirən İlham Əliyevlə bağlıdır. Son 10 ildə həyatımız yaxşılığa doğru çox dəyişib. Biz İlham Əliyevi dəstəkləməklə ölkəmizdəki sabitliyi, müstəqil Azərbaycanın inkişafını dəstəkləyirik” - deyib.
Seçici Gülarə Süleymanova “Bugünkü seçkilərdə iştirak etməyi özüm və ailəm üçün böyük bayram hesab edirəm. Çox sevindirici haldır ki, seçicilər məntəqələrə ailəliklə gəlirlər” - deyib.
O, həmçinin “Bizim yeganə seçimimiz Prezident İlham Əliyevdir. Bu da təsadüfi deyil. Mən təhsil işçisiyəm, Yasamal rayonundakı 21 saylı məktəbdə müəllim işləyirəm. Prezidentin təhsil sahəsinə qayğısını çalışdığım məktəbin timsalında aydın görmək mümkündür. Son vaxtlarda məktəbimizdə əsaslı təmir aparılıb, 2 yeni korpus, idman və akt zalları tikilib kollektivin istifadəsinə verilib. Prezident İlham Əliyev son tədris ilində 2 dəfə bizim məktəbə təşrif gətirib. Biz təhsil işçiləri istəyirik ki, bu qayğı daimi olsun. Buna görə də seçimimizi İlham Əliyevlə bağladıq” sözlərini əlavə edib.
Seçici Zöhrə Yusupova seçki məntəqəsinə oğlu ilə birlikdə gəldiyini bildirib: “Hər ikimiz də səs vermişik. Onu deyim ki, seçkilər çox yüksək səviyyədə təşkil olunub. Burada heç kəsin azad seçim etməsinə maneçilik törədilmir. Bizim seçimimiz, əlbəttə ki, hörmətli Prezidentimiz İlham Əliyevlə bağlı oldu. Bu da onunla əlaqədardır ki, cənab İlham Əliyev praqmatik düşünən liderdir. Onun rəhbərliyi altında Azərbaycanda güclü iqtisadiyyat qurulub, insanların rifah halının yaxşılaşmasına, mədəniyyətimizin qorunmasına və inkişaf etdirilməsinə böyük qayğı göstərilir. Biz də bütün bunların davamlı olmasını istəyirik və hesab edirik ki, daha böyük uğurlara ancaq İlham Əliyevin rəhbərliyi altında nail ola bilərik”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

