/ / Qaradağ rayonunda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib
Qaradağ rayonunda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib
25.12.2025 [16:22]
24 dekabr 2025-ci il tarixində Lökbatan qəsəbəsində yerləşən “Cadenza Baku” restoranında Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ rayon İcra Hakimiyyətinin humanitar və ictimai-siyasi məsələlər şöbəsinin müdiri, məşhur “91-lər”in nümayəndəsi Munis Bayramov, rayon ictimaiyyətinin nümayəndələri və partiya fəalları iştirak ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev iştirakçıları və onların simasında Qaradağ rayonunun bütün sakinlərini 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edib. Prezident İlham Əliyev tərəfindən yola salmaqda olduğumuz 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunduğunu xatırladan YAP rayon təşkilatının sədri onun ölkəmiz və xalqımız üçün əhəmiyyətli və yaddaqalan il olduğunu bildirib. Qafar Əliyev vurğulayıb ki, müasir müstəqil dövlətimizin Konstitusiyasının 30-cu və Vətən müharibəsində böyük Zəfərin 5-ci ildönümünün qeyd olunduğu 2025-ci il tarixə əlamətdar hadisələrlə düşüb. Belə ki, sürətli inkişafını davam etdirən Azərbaycanda son 22 ildə həyata keçirilən siyasət sözlə əməl birliyinin, Heydər Əliyev siyasətinə sadiqliyin göstəricisidir. Ötən dövrdə bütün çətinliklərə, problemlərə baxmayaraq, Azərbaycan xalqı bir yumruq kimi birləşərək inkişaf və tərəqqi yolu ilə uğurla addımlayıb. Dekabrın 24-də Prezident İlham Əliyevin doğum günü olduğunu xatırladan YAP rayon təşkilatının sədri qeyd edib ki, müasir dövlətçilik tariximizə möhtəşəm dövr kimi yazılan son 22 ildə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək təkmilləşdirdiyi, yeniləşdirdiyi siyasət nəticəsində Azərbaycan dünyanın iqtisadi sisteminə inteqrasiya edib. Prezident İlham Əliyevin liderliyi sayəsində ölkəmiz regionda və dünya birliyində söz sahibinə çevrilib. Prezident kimi fəaliyyətə başladığı ilk gündən Azərbaycanın ərazi bütövlüyünün bərpasını ümdə vəzifə kimi qarşısına qoyan dövlətimizin baçısı İlham Əliyev dövlətimizin iqtisadi və hərbi gücü ilə vədini yerinə yetirib. Ərazi bütövlüyünü bərpa edən Azərbaycan regiona sülh, əmin-amanlıq və inkişaf üçün yeni imkanlar gətirib.
Tədbirdə çıxış edən Qaradağ rayon İcra Hakimiyyətinin humanitar və ictimai-siyasi məsələlər şöbəsinin müdiri, məşhur “91-lər”in nümayəndəsi Munis Bayramov iştirakçıları rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun adından salamlayaraq onları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib. Yola salmaqda olduğumuz 2025-ci ilin Azərbaycan üçün inkişaf və tərəqqi dövrünün davamı olduğunu bildirən şöbə müdiri vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hər bir sahədə böyük uğurlara imza atıb. Ölkəmizin böyük surətlə inkişaf etdiyini qeyd edən Munis Bayramov regionlarda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işlərinin Qaradağ rayonunda da yüksələn templə davam etdiyini deyib. Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olduğunu qeyd edən şöbə müdiri əmin olduğunu bildirib ki, gələn il xalqımız və dövlətimiz üçün daha uğurlu olacaqdır.
Sonra YAP Qaradağ rayon təşkilatının 2025-ci ildə fəaliyyətini əks etdirən slaydlar nümayiş etdirilib, rayon təşkilatının işində fəal iştirak edən partiya üzvlərinə Fəxri fərmanlar təqdim olunub.
Bədii proqramla davam edən tədbirdə Yeni ilin rəmzi olan Şaxta baba iştirakçılara təbriklərini çatdırıb, uşaqlara hədiyyələr paylanıb. Lökbatan qəsəbəsində yerləşən 7 nömrəli Uşaq və Gənclərin İnkişafı Mərkəzinin rəqs qrupunun, Cabbar Qaryağdıoğlu adına 9 saylı Uşaq Musiqi Məktəbinin aşıqlar dəstəsinin, gənc ifaçılar Mirəli Cavadov, Alim Hüseynov və skripka çalan Tural Mustafayevin təqdim etdiyi rəngarəng nömrələr alqışlarla qarşılanıb.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

