Dəqiqlik və məsuliyyət əsas meyar olacaq
08.01.2026 [14:11]
Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, sabit və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Bu gün tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət sürətli inkişaf dövrüdür. Bu baxımdan dövlət başçısının 2026-cı ilin yanvar ayının 5-də yerli televiziya kanallarına verdiyi müsahibə görülən işlərin,əldə edilən uğurların xülasəsi olmaqla yanaşı, həm də ölkəmizin inkişafında yeni nailliyyətlərə yol açacaq layihələrə, əhəmiyyətli proqramlara əsaslanan yol xəritəsidir. Təxminən üç saat davam edən müsahibə, ilk növbədə, Prezident İlham Əliyevin media institutuna verdiyi önəmi və mətbuatla açıq, davamlı dialoqa xüsusi əhəmiyyət verdiyini nümayiş etdirir.
Prezident İlham Əliyev müsahibədə ölkənin daxili və xarici siyasəti, sosial-iqtisadi inkişafı, regional təhlükəsizlik və postmünaqişə dövründə həyata keçirilən işlər barədə geniş fikirlər səsləndirib, qeyd edib ki, son illər ərzində həyata keçirilən islahatlar Azərbaycanın dayanıqlı inkişafını təmin edib. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və sosial layihələrin icrası əsas prioritetlər kimi vurğulanıb. Prezident bildirib ki, əhalinin rifah halının yaxşılaşdırılması dövlət siyasətinin mərkəzində dayanır. Sosial və investisiya yönümlü siyasət arasında tarazlığın qorunması uzunmüddətli sabitliyin və davamlı inkişafın əsas şərti kimi təqdim olunur. Son illərdə minimum əməkhaqqının dəfələrlə artırılması, pensiya və müavinətlərin mütəmadi indeksləşdirilməsi, ardıcıl sosial islahat paketlərinin icrası bu yanaşmanın real nəticələrini nümayiş etdirir.
Müsahibədə xüsusi vurğulanan əsas məqamlardan biri beynəlxalq münasibətlər sistemində baş verən fundamental dəyişikliklərdir: "Beynəlxalq münasibətlər son dərəcə gözlənilməz şəkildə inkişaf edir. Beynəlxalq hüquq faktiki olaraq işləməsə də, beynəlxalq arenadakı əsas oyunçular, - ən azı zahirən, - beynəlxalq hüquqa sadiq olduqlarını nümayiş etdirməyə çalışırdılar və qeyri-qanuni addımlar atarkən həmişə terminologiya ilə manipulyasiya etməyə can atırdılar, öz müqəddəratını təyinetmə anlayışından istifadə edilirdi, lakin bu prinsipin dövlətlərin ərazi bütövlüyünə xələl gətirməməli olduğu isə ya nəzərə alınmır, ya da bilərəkdən gözardı edilirdi."-deyə Prezident İlham Əliyev bildirib.
Sözügedən müsahibədə təhlükəsizlik məsələlərinə də xüsusi önəm verilir. Ordu quruculuğunun fasiləsiz xarakter daşıması, əldə olunmuş hərbi uğurların arxayınlıq yaratmaması strateji yanaşmanın əsas göstəricisi kimi təqdim olunur. İkinci Qarabağ müharibəsindən beş il sonra beynəlxalq ictimaiyyətin, aparıcı dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların yeni reallıqları qəbul etməsi Azərbaycanın haqq və ədalətə söykənən mübarizəsinin qələbəsidir. Bu Qələbə təkcə hərbi yox, eyni zamanda siyasi, diplomatik və psixoloji baxımdan da qlobal miqyasda ciddi dəyişikliklərə səbəb olub. Prezident İlham Əliyevin müsahibəsində qeyd edib: “Biz hər zaman həqiqətə sadiq olmuşuq, həmçinin hər zaman ədalətə sadiq olmuşuq. Biz heç vaxt ədalətə uyğun olmayan heç bir şey etməmişik. Gördüyümüz bütün işlər tarixi, hüquqi və insani ədalətə əsaslanıb. Lakin dünya dəyişib. Biz kağız - BMT Nizamnaməsi üzərində olan dünyada yaşamırıq, torpaq üzərində yaşayırıq. Ona görə də, güclü olmalıyıq, biz də bunu etməyə çalışırıq. Mən hər bir ölkəyə bunu tövsiyə edirəm."
Prezident İlham Əliyev müsahibədə 2025-ci ilin Azərbaycan-Amerika münasibətləri baxımından tarixi il olduğunu vurğulayıb. ABŞ-da praqmatik yanaşmanı ön plana çəkən yeni administrasiyanın formalaşması bu vəziyyəti köklü şəkildə dəyişib. Vaşinqtonda atılan simvolik və eyni zamanda siyasi baxımdan mühüm addımlar Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin əsasını qoyub. Həmin mərhələ qarşılıqlı maraqlara, real nəticələrə və uzunmüddətli əməkdaşlıq perspektivlərinə əsaslanan münasibət modelinin formalaşmasını şərtləndirir. Bu dəyişikliklər təsadüfi deyil, məhz yeni regional reallıqların və artan qarşılıqlı maraqların məntiqi nəticəsidir.
Prezident İlham Əliyevin müsahibəsində qeyd olunan istiqamətlərdən biri nəqliyyat və logistika məsələləridir. Müasir geosiyasi şəraitdə Mərkəzi Asiya ilə Qərb arasında etibarlı coğrafi xəttin formalaşmasında Azərbaycanın rolu artan dinamika ilə ön plana çıxır. Nəqliyyat infrastrukturunun genişləndirilməsi, yeni investisiyaların cəlb olunması və Xəzər dənizi üzərindən enerji və rəqəmsal layihələrin icrası regional və qlobal inteqrasiyanı daha da gücləndirir.
Müsahibəsində səsləndirilən rəqəmlər Azərbaycanın iqtisadi gücünün bariz göstəricisidir. Xarici borcun ÜDM-in cəmi 6 faizindən bir qədər çox olması, ehtiyatların xarici borcu 17 dəfə üstələməsi və ÜDM-də 3,2 faizlik artım iqtisadiyyatımızın yüksək dayanıqlığını sübut edir. Nəhəng investisiya layihələri, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, regional inkişaf proqramları fonunda bu göstəricilər Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş iqtisadi siyasətin nəticəsidir.
Beləliklə, Prezident İlham Əliyev media nümayəndələrinin suallarını cavablandıraraq cəmiyyət üçün aktual olan məsələlərə aydınlıq gətirib və gələcək dövrdə qarşıda duran vəzifələrdən danışıb. Bu müsahibə göstərir ki, Azərbaycan artıq yeni mərhələyə keçib və bu mərhələdə qeyri-müəyyənlik yox, dəqiqlik və məsuliyyət əsas meyar olacaq.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39

