/ / 20 Yanvar faciəsi Azərbaycan xalqının milli qürur mənbəyinə, Şəhidlər xiyabanı isə müqəddəs ziyarətgaha çevrilib
20 Yanvar faciəsi Azərbaycan xalqının milli qürur mənbəyinə, Şəhidlər xiyabanı isə müqəddəs ziyarətgaha çevrilib
14.01.2026 [12:46]
Məlum olduğu kimi, üzərindən 36 il keçsə də, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində baş verən qanlı hadisə xalqımızın yaddaşında silinməz izlər buraxıb. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, dünya tarixinə 20 Yanvar faciəsi kimi düşən bu hadisə Azərbaycanın milli müstəqillik hərəkatında çox böyük rol oynadı və azadlığa gedən yolun qansız-qadasız ötüşmədiyini bir daha təsdiq etdi. Erməni separatizminin baş qaldırmasına və SSRİ rəhbərliyinin məkrli siyasətinə qarşı başlayan xalq hərəkatı sonradan daha geniş vüsət aldı və milli azadlıq hərəkatının güclənməsinə səbəb oldu. Topxana meşəsinin qırılmasına, Qarabağın Ermənistana birləşdirilməsinə etiraz olaraq ayağa qalxan Azərbaycan xalqı bütün dünyaya səs saldı. Bu hərəkatı yatırmaq üçün Kreml azərbaycanlılara qarşı repressiya maşınını yenidən işə saldı. Erməni lobbisinin ruporuna çevrilən Qorbaçovun əmri ilə yanvarın 19-da gecəykən rus ordusu paytaxtımıza – dinc sakinlərin üzərinə yeridildi. Qadınlar, uşaqlar, qocalar aman verilmədən güllədən keçirildilər, qətlə yetirildilər. 20 Yanvar faciəsi xalqımızın azadlıq hərəkatının kulminasiya nöqtəsi oldu.
Qeyd edək ki, faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. Bütün baş verənlər, hərbi cinayətlər xalqımızın mübarizə əzmini qıra bilmədi. Azadlıq mübarizəsini qan içində boğmağa çalışan Sovet imperiyasına qarşı etirazlar daha da gücləndi. Repressiya, kütləvi qətliamlar qarşısında mətinləşən xalqımız bütün dünyaya örnək ola biləcək həmrəylik nümayiş etdirdi. Milyonlarla insan 20 Yanvar faciəsindən sonra da Bakı küçələrində azadlıq şüarı səsləndirdilər. 40 gün meydanlarda gecələyən xalqımız göstərdi ki, bütün dünyanı lərzəyə salan Sovet ordusunun hərbi cinayətləri, repressiyalar mübarizə əzmimizi qıra bilməz. O günlərdə bütün dünya azərbaycanlıları həmrəy oldular, azadlıq hərəkatına dəstək verdilər. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir. Azərbaycan xalqı məşum gecədə baş verənləri, azadlıq qurbanlarını hər il yad edir, Şəhidlər xiyabanına gedərək Şəhidləri yad edir, onlara ehtiram göstərir.
Xüsusilə qeyd etmək lazımdır ki, 20 Yanvar faciəsinə ən doğru, qətiyyətli qiyməti məhz o zaman Moskvada olan Ümummilli Lider Heydər Əliyev verdi. O, mətbuat konfransı keçirərək sovet rəhbərliyinin qanlı cinayətlərini kəskin şəkildə pislədi. Ulu Öndərin iradəsi, ortaya qoyduğu qətiyyətli mövqeyi xalqa daha da güc verdi. Xalqın qəlbində əbədi sevgi qazanmış Ulu Öndər siyasi iradəsinin nəticəsi olaraq 20 Yanvar hadisələrinə hüquqi qiymət verildi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə əvvəlcə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, 1994-cü il martın 29-da isə parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Bununla da Ümummilli Lider 20 Yanvar faciəsinə və faciə qurbanlarına münasibətini ortaya qoymuş oldu. 20 Yanvar şəhidlərinin ailələri və əlil olmuş şəxslər bu gün də dövlətin diqqət və qayğısı ilə əhatələnib. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse - prezident Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin ailələrinə və əlil olmuş şəxslərə hər zaman xüsusi həssaslıqla yanaşıblar, onların sosial problemlərinin həllinə dəstək olublar. Əminliklə söyləmək olar ki, bu gün 20 Yanvar şəhidlərinin ruhu şaddır. Onların Azərbaycanın azadlığı və bütövlüyü uğurunda apardığı mübarizə qələbə ilə nəticələndi. 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqillik qazandı. Doğrudur, müstəqillikdən az sonra hakimiyyətdə olanların səriştəsizliyi ucbatından torpaqlarımız ermənilər tərəfindən işğal olundu, bir milyona yaxın qaçqın və məcburi köçkünlərimiz öz dədə-baba yurdlarından didərgin düşdülər. Amma 27 il sonra – 2020-ci ilin sentyabrında Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında parlaq qələbə əldə etdi. 2023-cü il sentyabrın 20-də Xankəndiyə Azərbaycanın üçrəngli bayrağını sancan Ordumuz ölkəmizin suverenliyini tam bərpa etdi. Bununla da 36 il öncə xalqımızın – 20 Yanvar faciəsi qurbanlarının arzuları, məqsədləri tam həyata keçiridli. Qazandığımız hər bir uğurun mayasında, özülündə 36 il öncə sovet tanklarının qarşısında öz dəyanətini nümayiş etdirən igidlərimizin qəhrəmanlığı var. 20 Yanvar faciəsi Azərbaycan xalqının milli qürur mənbəyinə, Şəhidlər xiyabanı isə müqəddəs ziyarətgaha çevrilib. Şəhidlər Xiyabanını ziyarət edən hər bir şəxsdə, gənclər və məktəblilərdə milli vətənpərvərlik hissi baş qaldırır. Qəhrəman oğul və qızlarımızın dəfn olunduğu Şəhidlər xiyabanı həm də Vətən sevgisinin doğulduğu beşik kimi bizə əzizdir. 20 Yanvar tarixinin respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilməsi yeniyetmə və gənclərimizdə tarixi yaddaşa, vətənpərvərlik hissinin formalaşmasına böyük təsir göstərir. Ən əsası, yüz illər keçsə də, öz qanları ilə tarix yazan şəhidlərimizin müqəddəs xatirəsi daim yad ediləcəkdir!
Bəhmən Əmirov,
YAP Göygöl rayon təşkilatı üzrə Gigiyena və Epidemiologiya Mərkəzi ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

