Düşünülmüş enerji strategiyası
23.01.2026 [13:39]
Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın ən mötəbər iqtisadi və siyasi platformalarından olan Davos Dünya İqtisadi Forumunda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirakı postmünaqişə dövründə ölkənin regional və qlobal gündəmdə tutduğu yeni mövqenin parlaq təzahürüdür. Forum çərçivəsində dövlətimizin başçısı bir çox ikitərəfli, eləcə də müxtəlif ölkələri təmsil edən biznes nümayəndələri ilə görüşlər keçirib, panel iclaslarda iştirak edib. Bütün görüş və çıxışlarda Azərbaycanın Avrasiya məkanı üçün mühüm əhəmiyyətinin vurğulanması bir daha sübut edir ki, Prezident cənab İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda iştirakı bu dəfə də Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından geosiyasi və geoiqtisadi cəhətdən çox böyük əhəmiyyət daşıyır.
Enerji amili müasir dünyada dövlətlərin iqtisadi inkişafını, siyasi nüfuzunu və beynəlxalq münasibətlərdəki mövqeyini müəyyən edən əsas faktorlardan biri hesab olunur. Bu baxımdan Azərbaycan enerji resurslarını yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, həm də strateji xarici siyasət aləti kimi uğurla istifadə edən ölkələrdəndir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibə verib. Dövlət başçısı bu müsahibə vasitəsilə Azərbaycanın artan beynəlxalq nüfuzunu, gücünü və strateji potensialını qlobal auditoriyaya yüksək peşəkarlıqla, aydın və dəqiq mesajlarla çatdırır. Ölkə Başçısı müsahibəsində vurğulayıb: “Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə bizim enerji əməkdaşlığımız artmaqdadır. Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir.”
Ərazi bütövlüyümüzün və suverenliyin bərpa olunmasından sonra Azərbaycanda formalaşan təhlükəsizlik mühiti, strateji sabitlik Prezident İlham Əliyevin çıxışında iqtisadi inkişaf üçün fundamental baza kimi təqdim olundu. Enerji əməkdaşlığı Avropa ölkələri üçün enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, tədarük marşrutlarının diversifikasiyası və siyasi risklərin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır. Ölkə başçısının qeyd etdiyi kimi: “Biz təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikik. Bizim bir çox Avropa ölkəsi ilə yaxşı münasibətlərimiz var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Bizim üçün isə bu, premium bazarda ehtiyatlarımızı satmaq fürsətidir. Baxmayaraq ki, biz qazı təkcə Avropaya satmırıq, bu yaxınlarda Suriyaya da ixrac etməyə başlamışıq. Ancaq qiymət baxımından ən yaxşı bazar, əlbəttə ki, Avropa bazarıdır.”
Bu gün Azərbaycan Xəzər dənizi hövzəsində yerləşən zəngin karbohidrogen ehtiyatlarına malikdir. Ölkənin neft və qaz potensialının əsasını “Azəri–Çıraq–Günəşli” neft yataqları və “Şahdəniz” qaz-kondensat yatağı təşkil edir. “Azəri–Çıraq–Günəşli” yataqlar bloku onilliklər ərzində Azərbaycanın neft ixracında aparıcı rol oynamış, dövlət büdcəsinə milyardlarla dollar gəlir gətirmişdir. “Şahdəniz” yatağı isə dünyanın ən iri qaz yataqlarından biri hesab olunur. Bu yatağın ehtiyatları təxminən 1,2 trilyon kubmetr təbii qaz və 240 milyon ton kondensat həcmində qiymətləndirilir. Məhz bu ehtiyatlar Azərbaycanın uzunmüddətli qaz ixracı strategiyasının əsasını təşkil edir və ölkəyə onilliklər ərzində sabit təchizatçı kimi çıxış etmək imkanı yaradır.
Əminliklə deyə bilərik ki, Azərbaycan Cənubi Qafqazın enerji təhlükəsizliyinin əsas dayağı olmaqla yanaşı, Avropanın etibarlı və strateji enerji tərəfdaşı kimi çıxış edir. Zəngin təbii ehtiyatlar, müasir boru kəməri infrastrukturu, balanslaşdırılmış xarici siyasət və düşünülmüş enerji strategiyası ölkənin regional və qlobal əhəmiyyətini daha da artırır.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36

