Müstəqil Azərbaycan dövlətinin bu günü və sabahı gənclərin biliyi
02.02.2026 [12:04]
Müstəqil Azərbaycan dövlətinin bu günü və sabahı gənclərin biliyi, təşəbbüskarlığı və cəmiyyətə verdiyi töhfələrlə birbaşa bağlıdır. Gənclər ölkənin intellektual potensialını, sosial inkişaf tempini və milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsini təmin edən əsas qüvvədir.
Azərbaycan gəncliyinə göstərilən ardıcıl və məqsədyönlü dövlət qayğısının təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndər gəncləri dövlətin strateji resursu hesab etmiş, onların təhsilinə, dünyagörüşünün formalaşmasına və ictimai fəallığına xüsusi önəm vermişdir. Onun “gənclər bizim gələcəyimizdir” fikri bu gün də aktuallığını qoruyur və dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi uğurla həyata keçirilir. Hazırda bu siyasi xətt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin təhsili, peşə hazırlığı, sosial müdafiəsi və məşğulluğunun təmin edilməsi istiqamətində mühüm proqramlar icra olunur. Nəticə etibarilə Azərbaycan gəncliyi müasir biliklərə yiyələnmiş, milli maraqları qorumağı bacaran və cəmiyyətin bütün sahələrində fəal mövqe tutan bir nəslə çevrilmişdir.
Cəmiyyətin inkişafında qadınların, xüsusilə gənc qadınların rolu da danılmazdır. Bu gün Azərbaycan qadını yalnız ailə institutunun deyil, eyni zamanda təhsilin, elmin, iqtisadiyyatın və ictimai həyatın fəal iştirakçısıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan qadınının humanist, savadlı və təşəbbüskar simasını parlaq şəkildə nümayiş etdirir. Onun gördüyü işlər gənc qadınların cəmiyyətdə daha fəal mövqe tutmasına, öz bilik və bacarıqlarını reallaşdırmasına güclü stimul verir. Bu mənada peşə təhsilinin rolu xüsusi qeyd olunmalıdır. Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi gənclərin əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnməsində, onların müstəqil həyata hazırlanmasında mühüm rol oynayır. Burada təhsil alan gənclər, o cümlədən gənc qadınlar praktiki bacarıqlar əldə edərək ölkənin sosial-iqtisadi inkişafında fəal iştirak etmək imkanına sahib olurlar.
Müasir dövrdə gənclərin qarşısında duran əsas vəzifə əldə etdikləri bilik və bacarıqları ölkənin inkişafına yönəltmək, dövlətin göstərdiyi etimadı doğrultmaqdır. Güclü dövlət – savadlı, məsuliyyətli və vətənpərvər gənclər deməkdir. Bu baxımdan Azərbaycan gəncliyi üzərinə düşən məsuliyyəti dərk edir və gələcəyə inamla addımlayır.
Cəmilə Hüseynova
YAP Naxçıvan şəhər təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

