“Yeni Azərbaycan Partiyası 21 il yüksəliş yolunda”
19.11.2013 [09:01]
YAP Hacıqabul rayon təşkilatı partiyanın yaranmasının 21-ci ildönümü ilə bağlı tədbir keçirib
Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatı partiyanın yaradılmasının 21-ci ildönümü münasibəti ilə “Yeni Azərbaycan Partiyası 21 il yüksəliş yolunda” adlı tədbir keçirib. Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər, abidənin önünə gül dəstələri qoyulub.
Daha sonra davam etdirilən tədbirdə çıxış edən YAP Hacıqabul rayon təşkilatının sədri Hafiz Bəşirov toplantı iştirakçılarını partiyanın yaranmasının 21 illiyi münasibətilə təbrik edib. Ötən 21 il ərzində YAP-ın şərəfli yol keçdiyini deyən H.Bəşirov 1991-1993-cü illər ərzində hakimiyyətdə olan səriştəsiz qüvvələrin yanlış siyasətinin ölkədə xaos, hərc-mərcliyə yol açdığını önə çəkib. Natiq bildirib ki, Azərbaycan dövlət müstəqilliyinin itirilmə təhlükəsi ilə qarşı-qarşıya qalıb. Natiq qeyd edib ki, məhz həmin dövrdə Azərbaycan xalqı dövlətin xilası üçün Ulu öndər Heydər Əliyevə üz tutub. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin yaratdığı YAP müasir Azərbaycanın inkişafının əsas dəstəkçisinə çevrilib.
H.Bəşirov bildirib ki, 1992-ci ildə YAP-ın yaranması tarixi zərurətdən irəli gəlib. Onun sözlərinə görə, həmin dövrdə Azərbaycanda siyasi böhran hökm sürürdü. YAP-ın yaranması, Ulu öndər Heydər Əliyevin bu partiyaya sədr seçilməsi insanların gələcəyə olan ümidinin möhkəmlənməsinə yol açdı: “1990-cı ilin iyulunda Azərbaycana gələn Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri seçildi. 1993-cü ilin iyun ayında xalqımız ölkəni düşdüyü bu dərin böhrandan xilas etmək üçün Ulu öndər Heydər Əliyevi Bakıya dəvət etdi. Xalqımız bilirdi ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı düşdüyü bu çətin vəziyyətdən çıxaracaq yeganə şəxsiyyətdir. Ulu öndər Heydər Əliyev ölkəmizdə siyasi sabitliyin bərqərar olmasına nail oldu. Milli Konstitusiyamızın qəbulu isə ölkədə hüquqi dövlət quruculuğu prosesinin daha da inkişaf etdirilməsinə zəmin yaratdı. İmzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafının, qüdrətli gələcəyinin qarantına çevrildi”.
Tədbirdə geniş məruzə ilə çıxış edən YAP Hacıqabul rayon təşkilatının sədr müavini Şükür Məmmədov YAP-ın Cənubi Qafqazın ən böyük və mütəşəkkil siyasi təşkilatı olduğunu söyləyib. Natiq bildirib ki, YAP qələbələr partiyasıdır və gənc nəsil YAP-ın Sədri, Prezident İlham Əliyevin apardığı siyasi kursu birmənalı şəkildə dəstəkləyir.
Daha sonra tədbirdə Hacıqabul rayon İcra Hakimiyyəti başçısının müavini Fikrət Qasımov, YAP Hacıqabul rayon təşkilatının Qadınlar Şurasının sədri Zeynəb Əsgərova, YAP Hacıqabul rayon təşkilatının Gənclər Birliyinin sədri Saleh Ələsgərov və rayon İcra Hakimiyyətinin məsul işçisi Əsabir Məmmədov çıxış ediblər.
Tədbirdə fəal YAP üzvlərinə rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr, YAP Hacıqabul rayon təşkilatının fəxri fərmanları və bir qrup aztəminatlı ailələrə YAP Hacıqabul rayon təşkilatının Qadınlar Şurasının sovqatları təqdim edilib.
Tədbir rayon mədəniyyət işçilərinin konsert proqramı ilə davam etdirilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

