YAP Xocavənd rayon təşkilatının təsis olunmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilib
19.02.2026 [16:24]
Yeni Azərbaycan Partiyasının (YAP) Xocavənd rayon təşkilatının təsis olunmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunan tədbirdə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin və dünyasını dəyişmiş partiya üzvlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyasının Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, ötən dövr ərzində YAP Xocavənd rayon təşkilatının fəaliyyətindən bəhs edərək 33 illik münasibəti ilə iştirakçıları təbrik edib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi və inkişafı bu gün Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, günü-gündən yeni-yeni uğurlara imza atılır. Vətən müharibəsində əldə olunmuş zəfərin Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmaqla, ölkəmizin gücünü bütün dünyaya nümayiş etdirmiş olduğu diqqətə çatdırılıb.
Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək, Azərbaycan xalqının taleyində müstəsna yerə malik olan Yeni Azərbaycan Partiyasının dahi siyasi xadim və qüdrətli şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olmasını, bu gün partiyanın Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf etməsini və müstəqil Azərbaycanın həyatında önəmli yerə və rola malik olmasını diqqətə çatdırıb, YAP Xocavənd rayon təşkilatının yaradılmasının 33-cü ildönümü münasibətilə iştirakçıları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra çıxış edən YAP Xocavənd rayon təşkilatının vetran üzvü Ruslan Şirinov, əməkdar müəllim Telli Alıyeva, Muğanlı kənd ƏPT sədri Asim Rüstəm YAP Xocavənd rayon təşkilatının yaradılmasının 33-cü ildönümü münasibətilə iştirakçıları təbrik edib, Partiyamızın Sədri, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevi qarşıya qoyduğu vəzifələri yerinə yetirmək üçün səylərimizi daha da artıracaq, daim qüdrətlənən, çiçəklənən, Zəfəri ilə dünyaya səs salan qalib Azərbaycanın daha da inkişafına, dövlətçiliyimizin möhkəmləndirilməsinə öz töhfəmizi vermək üçün bütün qüvvə və bacarığımızı səfərbər edəcəklərini qeyd ediblər.
Sonda partiya sıralarına yeni daxil olmuş üzvlərə vəsiqələr, fəaliyyətlərinə görə fərqlənmiş üzvlərə isə fəxri fərmanlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33

