/ / Xocalıda ucaldılan Memorial Kompleks Azərbaycan xalqının ləyaqətinin və sarsılmaz inamının təcəssümüdür
Xocalıda ucaldılan Memorial Kompleks Azərbaycan xalqının ləyaqətinin və sarsılmaz inamının təcəssümüdür
27.02.2026 [16:18]
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyev fevralın 26-da Xocalı Soyqırımı Memorialının açılışı zamanı Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bir sıra məqamlara toxundu.
Qeyd etmək lazımdır ki, Xocalı soyqırımının əsl hüquqi qiymətini alması və dünyanın belə bir cinayətdən xəbərdar olması ilə bağlı milli səviyyədə fəaliyyət davam edir. Xocalı soyqırımının 34-cü ildönümündə Memorial Kompleksinin inşası da bu fəaliyyətin tərkib hissəsidir. Bu abidə ilk növbədə milli tarixi yaddaşın daha da möhkəmlənməsi, eyni zamanda Azərbaycanın yeni mərhələdə öz gücünə və siyasi iradəsinə əsaslanan inkişaf yolunun simvoludur.
Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Xocalı Memorial Kompleksinin açılışında səsləndirdiyi bəyanatlar da dövlət siyasətinin prioritet istiqamətlərini bir daha nümayiş etdirdi. Belə ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə beynəlxalq hüquq əsasında tarixi ədaləti bərpa etmiş oldu. Dövlət başçımız Ermənistanın, həmçinin işğal və soyqırım cinayətlərinə göz yuman qərəzli dairələrin bu qanlı faciəni ört-basdır etmək cəhdlərini bir daha xatırlatdı. Erməni havadarlarının Azərbaycanı bu faciədə günahlandırmağa çalışması isə riyakarlığın pik həddi idi. Bu illər ərzində görülən işlər, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət” kampaniyası Xocalı həqiqətlərini dünyaya tanıtdı.
1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olması sübuta yetirildi. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır. Rəsmi Bakı bu xüsusda həm diplomatik, həm də informasiya cəbhəsində mübarizəni paralel şəkildə aparır. Cənab Prezident çıxışında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edildiyini xüsusi vurğuladı. “Son 80 ildə bizim qədər tam və mütləq qələbə qazanan ikinci dövlət olmayıb”, – deyən dövlət başçımız bu kontekstdə 2020-ci ildə başa çatan Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatından sonra yaranmış yeni geosiyasi reallıqlara diqqət çəkdi. Xocalıda Memorial Kompleksin məhz azad edilmiş torpaqlarda ucaldılması isə dövlətin siyasi iradəsinin göstəricisidir. Beləliklə, Azərbaycan artıq post-münaqişə mərhələsində qalib və suveren dövlət kimi mövqelərini möhkəmləndirir. “Böyük Qayıdış” proqramı çərçivəsində azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələri, sosial obyektlərin tikintisi və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edir. Cənab Prezident də vurğuladı ki, Xocalı və digər yaşayış məntəqələrinin yenidən qurulması infrastrukturun bərpası ilə yanaşı, həm də sosial ədalətin təmin olunması və milli ləyaqətin bərpasıdır. Bu baxımdan Xocalı Memorial Kompleksini dövlətin öz vətəndaşlarının təhlükəsizliyini və hüquqlarını qorumaq əzminin göstəricisi kimi də qiymətləndirə bilərik. Ümumiyyətlə, Azərbaycan regionda davamlı sülhün təmin olunması üçün qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əməl olunmasını zəruri hesab edir. Cənab Prezidentin Xocalıdan verdiyi mesajlar da Azərbaycanın sülh gündəliyini irəli aparmaqla yanaşı, heç vaxt milli maraqlarından geri çəkilməyəcəyini bir daha nümayiş etdirir. Bu xüsusda dövlət başçımızın da bəyan etdiyi kimi: “Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin. Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil!”
Ən əsası, Xocalıda ucaldılan Memorial Kompleks Azərbaycan xalqının 30 illik ədalətsizlik qarşısında əyilməyən ruhunun, ləyaqətinin və sarsılmaz inamının təcəssümüdür!
Nizami Çıraqov,
YAP Göygöl rayon təşkilatı üzrə 2 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

