Qonşularla hörmət və etimad üzərində qurulan siyasət
06.03.2026 [14:00]
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyi ən fundamental prinsiplərdən hesab olunur. Bu prinsiplərin pozulması isə yalnız iki dövlət arasında münasibətləri deyil, bütövlükdə regionda sabitliyi və təhlükəsizlik mühitini təhdid edir. Son günlərdə baş verən hadisələr, xüsusilə Naxçıvan istiqamətində həyata keçirilmiş dron hücumları regionda gərginliyin süni şəkildə artırılmasına yönəlmiş təhlükəli addım kimi qiymətləndirilməlidir. Bu hücumların İran İslam Respublikası ərazisindən həyata keçirilməsi isə məsuliyyətin tam şəkildə həmin dövlətin üzərinə düşdüyünü göstərir. Mülki infrastruktura qarşı dron zərbələrinin endirilməsi beynəlxalq humanitar hüququn və dövlətlərarası münasibətlərin qəbul edilmiş norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Xüsusilə mülki vətəndaşların istifadə etdiyi obyektlərin, o cümlədən hava limanlarının hədəfə alınması bu addımın hərbi deyil, daha çox siyasi və psixoloji təzyiq xarakteri daşıdığını göstərir. Belə bir davranış dinc əhaliyə qarşı yönəlmiş təhlükəli hal kimi qiymətləndirilə bilər. Tarix boyu Azərbaycan regionda sülhün, qarşılıqlı hörmətin və mehriban qonşuluq münasibətlərinin tərəfdarı kimi çıxış edib. Dövlətimizin xarici siyasətində qonşu ölkələrlə qarşılıqlı etimada əsaslanan münasibətlər həmişə prioritet olub. Azərbaycan heç vaxt öz ərazisindən başqa dövlətlərə qarşı təhlükə mənbəyi yaratmayıb və regionda sabitliyin qorunmasına mühüm töhfələr verib. Baş vermiş hadisə həm siyasi, həm də mənəvi baxımdan ciddi təəssüf doğurur və münasibətlərə xələl gətirən addım kimi qiymətləndirilir. Xüsusilə diqqətəlayiq məqam ondan ibarətdir ki, Azərbaycan tərəfi hər zaman humanizm və həmrəylik prinsiplərinə sadiq qalıb. Hətta çətin məqamlarda belə qonşu dövlətlərə dəstək göstərilməsi, humanitar yardımların təşkili və diplomatik etiketin qorunması Azərbaycanın dövlətçilik ənənəsinin tərkib hissəsidir. Prezident cənab İlham Əliyev İranın Ali Liderinin vəfatı ilə bağlı dərhal başsağlığı vermiş və bu münasibətlə diplomatik həmrəylik nümayiş etdirmişdir. Bu fakt Azərbaycanın riyakar deyil, səmimi və prinsipial siyasət yürüdən dövlət olduğunu bir daha sübut edir. Bütün bunların fonunda Naxçıvan ərazisində mülki obyektin hədəfə alınması sülhə xidmət etmir, əksinə qarşılıqlı etimadı sarsıdır və gərginliyi artırır.
Tarix göstərir ki, Azərbaycana qarşı yönəlmiş hər bir təxribat və təhdid sonda öz müəlliflərini peşman edib. Azərbaycan dövləti beynəlxalq hüquqa və diplomatik prinsiplərə sadiq qalaraq hadisəyə obyektiv qiymət verilməsini və məsul tərəfin aydın izahat təqdim etməsini gözləyir. Bununla yanaşı, dövlətimizin öz təhlükəsizliyini qorumaq və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün hüquqi və siyasi vasitələrdən istifadə etmək haqqı vardır. Şübhəsiz ki, bu cür hücumlar cavabsız qalmayacaq və regionda sülhün qorunması üçün zəruri tədbirlər görüləcəkdir. Belə bir mərhələdə əsas məqsəd regionda gərginliyin dərinləşməsinə deyil, beynəlxalq hüquq normalarına əsaslanan ədalətli və məsuliyyətli münasibətlərin bərpa olunmasına nail olmaqdır. Azərbaycanın mövqeyi isə dəyişməzdir: suverenliyə hörmət, sülhə sadiqlik və dövlət maraqlarının qətiyyətlə müdafiəsi. Bununla yanaşı, baş verən hadisələr daha geniş kontekstdə də qiymətləndirilməlidir. Uzun illərdir ki, İran İslam Respublikası daxilində yaşayan milyonlarla azərbaycanlı müxtəlif formalarda təzyiq və məhdudiyyətlərlə üzləşir. Ana dilində təhsil hüququnun məhdudlaşdırılması, milli kimliyin ifadəsinə qarşı sərt münasibət, ictimai fəalların təqib edilməsi və cəzalandırılması bu siyasətin açıq təzahürləridir. Bu cür yanaşma yalnız insan hüquqları prinsiplərinə deyil, həm də regionda xalqlar arasında etimad və qarşılıqlı hörmət mühitinə ciddi zərbə vurur. Tarixən böyük mədəniyyət və dövlətçilik ənənələrinə malik olan azərbaycanlıların hüquqlarının məhdudlaşdırılması müasir dövrün humanitar dəyərləri ilə qətiyyən uzlaşmır.
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və təhlükəsizliyi dövlət siyasətinin əsas prioritetlərindəndir və bu prinsiplərdən geri çəkilmək mümkün deyil. Bu baxımdan Naxçıvan istiqamətində həyata keçirilmiş hücumlar yalnız siyasi bəyanatlarla deyil, həm də beynəlxalq hüququn imkan verdiyi çərçivədə qiymətləndirilməlidir. Bu gün Azərbaycan güclü dövlət, möhkəm siyasi iradə və qətiyyətli liderlik nümayiş etdirən ölkədir. Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş və prinsipial siyasət nəticəsində ölkəmiz regionun ən sabit və nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. Azərbaycan sülh tərəfdarıdır, lakin eyni zamanda öz milli maraqlarını və təhlükəsizliyini qətiyyətlə müdafiə etmək əzmindədir.
Səfa Ağayev
YAP İmişli rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54

