/ / Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasi kurs Azərbaycanı qüdrətli dövlətə çevirib
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasi kurs Azərbaycanı qüdrətli dövlətə çevirib
12.12.2013 [09:32]
Gəncə şəhər İcra Hakimiyyəti Ulu öndər Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar tədbir keçirib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının qərargahında Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, məsul işçiləri, YAP Gəncə şəhər təşkilatının İdarə Heyəti və Şura üzvləri, ağsaqqallar, ziyalılar, gənclər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbiri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə böyük məhəbbətlə doğma xalqının xoşbəxt gələcəyini təmin edən, onun işıqlı arzularını gerçəkləşdirən Ulu öndər Heydər Əliyevin mənalı həyatından və misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, müstəqil Azərbaycan məhz Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə tarixi bir yol qət edərək, zamanın çətin sınaqlarından şərəflə çıxıb, sabit, davamlı inkişaf yolunu müəyyənləşdirib. Ümummilli liderin zəngin və müdrik siyasi kursunun uğurları Azərbaycanı regionda qüdrətli dövlətə çevirib: “Hələ sovetlər dönəmində Azərbaycan müstəqil ölkə olmasa da, dünyamiqyaslı siyasətçi Heydər Əliyevin səyləri nəticəsində neft sənayesinin və onunla bağlı digər sənaye sahələrinin inkişaf etdirilməsi üçün addımlar atılıb. Müstəqil Azərbaycan dövlətinin yeni neft strategiyasının müəllifi dahi şəxsiyyət Heydər Əliyevin və Onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu sahədə gördüyü işlər genişmiqyaslıdır. Ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı dövlət proqramları qəbul edilib. “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyən Ulu öndərimiz Heydər Əliyev öz vədinə sadiq qalaraq, ömrünün sonunadək doğma xalqına, Vətəninə fədakarlıqla xidmət etdi.
Uzaqgörən siyasətçi Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə qədim Gəncə şəhərinə, gəncəlilərə tükənməz qayğı və diqqət göstərib. Onun siyasi kursunun həyata keçirilməsi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi nəticəsində şəhərimiz inkişaf edərək, respublikamızın ikinci böyük sənaye və mədəniyyət mərkəzinə çevrilib və bu gün Avropa standartları səviyyəsində tanınan gözəl şəhər olub”.
Daha sonra Elmar Vəliyev deyib ki, Ulu öndərimiz xüsusən gələcəyimiz olan gənclərə böyük ümidlər bəsləyir və onların səmərəli fəaliyyətinə geniş imkanlar yaradırdı: “Ölkə başçısı cənab İlham Əliyev Ümummilli liderimizin ənənələrini davam etdirərək, gənclərin hərtərəfli inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirir, proqram və sərəncamlar imzalayır. Gəncə gəncləri də gənclər siyasətinin uğurlarından bəhrələnir və Ulu öndərimizin siyasi kursuna sadiqlik nümayiş etdirir, ölkəmizdə gedən ictimai-siyasi proseslərin önündə addımlayırlar. “Gənclər Paytaxtı” adını şərəflə daşıyan Gəncə bu yaxınlarda Avropa Gənclər Paytaxtı müsabiqəsinin də qalibi olub və Gəncə gəncləri bu etimadı davamlı nailiyyətlərində layiqincə doğruldacaqlar”.
Sonra tədbir iştirakçıları Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyorlarının ifasında rejissor Vaqif Şərifovun quruluş verdiyi, Aydın Murovdağlının “Alın yazısı” poeması əsasında hazırlanan ədəbi-bədii kompozisiyaya tamaşa ediblər.
Süsən Tağıyeva
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48

