Uğurlu xarici siyasət
07.04.2026 [16:25]
Müasir Azərbaycan Respublikasının memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əminliklə deyə bilərik ki, ulu öndərin hazırladığı mükəmməl xarici siyasət strategiyası Azərbaycanı bütün regional məsələlərdə söz sahibi olan müstəqil dövlətə çevirdi. Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti nəticəsində Azərbaycanın dünya birliyindəki nüfuzu daha da artdı.
Bu gün dövlətimiz etibarlı tərəfdaş olmaqla yanaşı, həm də regionun aparıcı ölkələrindən birinə çevrilmişdir.Azərbaycanın qonşu dövlətlərlə dostluq əlaqələri daim bütün ölkələr üçün nümunə olmuşdur.Ölkəmizin dostluq əlaqələrinin inkişaf etdiyi və bir çox layihələrdə ortaqlıq etdiyi ölkələrədən biri də qonşu Gürcüstandır.
Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyub. Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş bu münasibətlər inkişaf edərək, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşdırıb.
Azərbaycan ilə Gürcüstan arasındakı əlaqələri daha da möhkəmləndirən səbəblərdən biri də qarşılıqlı həyata keçirilən rəsmi səfərlərdir. Dövlət başçılarının, hökümət başçılarının, xarici işlər nazirlərinin qarşılıqlı səfərləri həmçinin dövlətlər arasında münasibətlərin daha da güclənməsinə xidmət etmişdir.
Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana səfər etməsi mühüm önəm kəsb etməsi ilə yanaşı eyni zamanda, iki ölkə arasındakı əlaqələrin möhkəmliyini bir daha təsdiq edir.
Prezident İlham Əliyevlə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin görüşündə bir çox vacib məsələlər müzakirə edilib. Eyni zamanda Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşündən sonra mətbuata verdiyi bəyanatlarda da mühüm mesajlar verilib.
Dövlət başçısı çıxışında Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, əsrlər boyu Azərbaycan və gürcü xalqları dostluq və qardaşlıq şəraitində yaşayıb və bu ənənələr bu gün də uğurla davam etdirilir. Qeyd edib ki, iki ölkə müstəqil dövlətlər kimi inamla inkişaf edir və qarşılıqlı əlaqələr getdikcə daha da möhkəmlənir. Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da inamla inkişaf edəcək. Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir birimizi dəstəkləyirik. Hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərimizin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik.
Dövlət başçısı iqtisadi əməkdaşlığın genişlənməsinə diqqət çəkərək bildirib ki, Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi artmaqdadır və Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyulub. Gələcəkdə birgə investisiya layihələrinin həyata keçirilməsi və əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev regionda baş verən proseslərə toxunaraq vurğulayıb: “Bu gün Cənubi Qafqaz sülh və əməkdaşlıq məkanına çevrilir və bölgə ölkələri bu imkanlardan maksimum istifadə etməlidir.” O, həmçinin qeyd edib ki, bölgədə sabitlik və təhlükəsizlik əməkdaşlıq üçün əsas şərtdir.
Sonda Prezident İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətlərini nümunəvi adlandıraraq vurğulayıb ki, bu əlaqələr qarşılıqlı hörmət, inam və ortaq maraqlar üzərində qurulub və gələcəkdə də uğurla inkişaf edəcək.
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58

