Azərbaycan - Ukrayna tərəfdaşlığı yeni mərhələdə
27.04.2026 [16:38]
Azərbaycan Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən son görüş bir daha göstərdi ki, Azərbaycan–Ukrayna münasibətləri artıq sadəcə diplomatik çərçivəni aşaraq strateji tərəfdaşlıq səviyyəsində möhkəmlənərək yeni mərhələyə qədəm qoyur.
2026-cı il aprelin 25-də Bakıda mətbuata verilən bəyanatda Prezident İlham Əliyev qeyd etdi ki, dövlət başçıları arasında təmaslar müntəzəm xarakter alıb. Son dörd ildə yeddi dəfə görüşən liderlərin dialoqu, əslində, iki ölkə arasında formalaşmış etimad mühitinin aydın göstəricisidir. Bu münasibətlərin təməli isə 2019-cu ildə Prezident Zelenskinin Azərbaycana ilk səfəri zamanı qoyulub və ötən müddətdə daha da güclənib. Bəyanat iki ölkənin arasında münasibətlərin yüksək səviyyədə olduğunu bird aha nümayiş etdirir.
Ukrayna ilə Azərbaycanın əməkdaşlığı möhkəm siyasi əsaslara söykənir. Kiyev və Bakıda imzalanmış strateji tərəfdaşlıq sənədləri ölkələrin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi açıq şəkildə təsbit edir. Bu prinsipial mövqe beynəlxalq platformalarda da ardıcıl şəkildə davam etdirilir. Ölkə başçısının vurğuladığ kimi, Azərbaycan və Ukrayna arasındakı əməkdaşlığın çox güclü siyasi təməli mövcuddur.
Əlaqələrin mühüm istiqamətlərindən biri iqtisadiyyat və energetikadır. Xüsusilə SOCAR-ın Ukraynada uzun illərdir uğurla fəaliyyət göstərməsi tərəfdaşlığın real nəticələrindən xəbər verir. Bu sahədə əldə olunan nailiyyətlərlə yanaşı, yeni investisiya layihələri və təşəbbüslər üçün də geniş imkanlar mövcuddur. Artıq yarım milyard dolları keçən ticarət dövriyyəsinin gələcəkdə daha da artacağına inam böyükdür.
Hərbi-texniki sahədə əməkdaşlıq da bəyənnamədə mühüm məsələlərdən biridir. Həm Azərbaycanda, həm də Ukraynada müdafiə sənayesinin inkişafı birgə istehsal və yeni sənaye layihələri üçün əlverişli zəmin yaradır. Bu istiqamətdə aparılan müzakirələr qarşılıqlı marağın və perspektivin yüksək olduğunu göstərir.
Bu gün Azərbaycan və Ukrayna arasında humanitar yardım və mədəni əlaqələr hərtərəfli inkişaf edir, xalqlar arasında tarixi dostluq əlaqələri, ortaq dəyərlər bu münasibətləri daha da möhkəmləndirir. Təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirilən layihələr xalqlarımız arasında əlaqələrin, əməkdaşlığın inkişafına töhfə verir. Bütün bunların fonunda aydın görünür ki, Azərbaycan–Ukrayna münasibətləri qarşılıqlı hörmət və etimada əsaslanır. Prezident İlham Əliyev qeyd etdi ki, bu səfər iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə və əməkdaşlığın yeni mərhələyə keçməsinə mühüm təkan verəcək.
Elşad Cəfərov YAP Culfa rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

