Avropa Zirvəsində Azərbaycanın regional sülh təşəbbüsləri ön planda
06.05.2026 [12:55]
2026-cı il mayın 4-də keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev videobağlantı formatında iştirak edərək regionda formalaşan yeni reallıqlar, Azərbaycan-Ermənistan münasibətlərində sülh prosesi və Avropa təsisatlarının yanaşması ilə bağlı mühüm mesajlar verdi. Prezidentin çıxışı həm regional sabitlik, həm də beynəlxalq münasibətlər kontekstində diqqət çəkən mühüm tezislərlə yadda qaldı.
Dövlət başçısı çıxışında qeyd etdi ki, “Avropa Siyasi Birliyi”nin gələcək Zirvə toplantılarından birinin Azərbaycanda keçirilməsi ilə bağlı təşəbbüs irəli sürülüb və bu təklif üzv ölkələr tərəfindən qəbul olunub. Xüsusilə vurğulandı ki, Ermənistan da 2028-ci ildə Zirvə görüşünün Azərbaycanda təşkil edilməsinə dəstək verib. Bu fakt Prezident tərəfindən regionda sülhün real perspektivlərinin göstəricisi kimi dəyərləndirildi.
Prezident İlham Əliyev bildirdi ki, cəmi doqquz ay əvvəl tərəflər arasında sülh şəraitinin formalaşmasına baxmayaraq, artıq qarşılıqlı etimadın müəyyən elementləri görülməkdədir. Bu baxımdan, Zirvə görüşünün Azərbaycanda keçirilməsi həm siyasi, həm də diplomatik baxımdan mühüm hadisə olacaq.
Azərbaycan-Ermənistan münasibətlərində əldə olunan sülhün artıq praktiki nəticələr verdiyini xüsusi vurğuladı. O qeyd etdi ki, Azərbaycan 1990-cı illərdən tətbiq olunan tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb və bu addım nəticəsində Ermənistan ərazisinə Azərbaycan üzərindən 28 min ton yük daşınıb. Bununla yanaşı, Azərbaycan ilk dəfə olaraq Ermənistana neft məhsulları – benzin və dizel ixrac etməyə başlayıb. Ümumilikdə 12 min ton neft məhsulunun ixracı iki ölkə arasında iqtisadi əlaqələrin formalaşmasının başlanğıcı kimi qiymətləndirildi. Bu addımlar regionda iqtisadi inteqrasiyanın və qarşılıqlı asılılığın güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
İlham Əliyev çıxışında ötən ilin avqustunda Vaşinqtonda imzalanmış Birgə Bəyannaməyə də toxundu. Bu sənədin Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsində mühüm rol oynadığı bildirildi. Xarici işlər nazirləri tərəfindən sülh sazişinin mətninin paraflanması da bu prosesin hüquqi əsaslarının artıq formalaşdığını göstərir. Həm Azərbaycan, həm də Ermənistan üçün sülh artıq reallıqdır və tərəflər bu yeni şəraitdə birgə yaşamağa uyğunlaşırlar.
Çıxışın mühüm hissələrindən biri Avropa institutlarının fəaliyyətinə yönəlmiş tənqidlər oldu. Prezident İlham Əliyev qeyd etdi ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası Ermənistan-Azərbaycan sülh prosesində konstruktiv mövqe sərgiləmir və ikili standartlardan çıxış edir. Azərbaycanın 2001-ci ildən Avropa Şurası üzvü olduğunu xatırladan Prezident bildirdi ki, uzun illər ərzində nümayəndə heyətinə heç bir məhdudiyyət tətbiq edilməyib. Lakin 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra AŞPA tərəfindən sanksiyalar tətbiq olunması ədalətsiz yanaşmanın göstəricisi kimi qiymətləndirildi.
Prezident xüsusi vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyü digər dövlətlərin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir və bu məsələdə ikili standartlar qəbuledilməzdir. Avropa Parlamentinin fəaliyyətini də tənqid edərək bildirdi ki, bu qurum real problemlərin həlli ilə məşğul olmaq əvəzinə Azərbaycan əleyhinə qərəzli qətnamələr qəbul edir. Son beş il ərzində 14 belə sənədin qəbul edilməsi “aludəçilik” kimi qiymətləndirildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, miqrasiya, sosial problemlər kimi məsələləri həll etmək əvəzinə, dezinformasiya yayaraq Azərbaycanı hədəfə alır. Bu yanaşmanın səbəbi kimi Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü təmin etməsi göstərildi.
Çıxışının sonunda Prezident İlham Əliyev vurğuladı ki, bütün maneələrə və xarici təsirlərə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiq qalır. O, Ermənistanın Baş naziri Nikol Paşinyanı Zirvə görüşünün Ermənistanda keçirilməsi münasibətilə təbrik edərək, qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd etdi.
Prezidentin çıxışı bir daha göstərdi ki, Azərbaycan regionda uzunmüddətli sabitlik və əməkdaşlıq üçün konkret addımlar atır və bu prosesin davamlı olması üçün beynəlxalq ictimaiyyətin ədalətli mövqeyi mühüm əhəmiyyət daşıyır.
Anar Alışov
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxHadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19

