Avropa Təsisatlarına Sərt Xəbərdarlıq
08.05.2026 [12:09]
2026-cı ilin 4 may tarixi Cənubi Qafqazın diplomatik tarixində mühüm bir mərhələ kimi yadda qaldı. Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısına Azərbaycan Prezidenti İlham Əliyevin videobağlantı vasitəsilə qatılması və proqram xarakterli çıxışı regionun gələcəyinə dair mühüm mesajlarla zəngin idi. Çıxış həm regional əməkdaşlıq perspektivlərini, həm də qlobal və Avropa institutlarının bu prosesə münasibətdə tutduğu mövqeləri aydın şəkildə ortaya qoyur.
Ermənistanın 2028-ci ildə Zirvə görüşünün Azərbaycanda keçirilməsinə dəstək verməsi xüsusi siyasi və diplomatik əhəmiyyət kəsb edir. Bu addım, uzun illər qarşıdurma şəraitində olmuş iki ölkə arasında etimad mühitinin formalaşmağa başladığını göstərən mühüm siqnal kimi dəyərləndirilə bilər. Azərbaycanın daha əvvəl 2026-cı ildə Zirvə görüşünün Ermənistanda keçirilməsi təşəbbüsünü dəstəkləməsi və qarşılıqlı şəkildə belə bir platformanın bölüşdürülməsi ideyasını irəli sürməsi, rəsmi Bakının balanslı və konstruktiv yanaşmasının göstəricisidir. Bu yanaşma regionda sülhün yalnız bəyanat səviyyəsində deyil, praktik diplomatik addımlarla möhkəmləndirildiyini təsdiqləyir. Sülh prosesinin ən mühüm xüsusiyyətlərindən biri onun konkret iqtisadi nəticələrlə müşayiət olunmasıdır.
Prezidentin çıxışı həm də diplomatik manevrlərlə yadda qaldı. O, sülh prosesinə mane olan xarici faktorlara, xüsusilə Avropa Parlamentinə kəskin etirazını bildirdi. Azərbaycanın bu qurumla əlaqələri dondurmasını qərəzli və islamofob meyllərə cavab kimi qiymətləndirən dövlət başçısı, kənar müdaxilələrin regiondakı kövrək sülhü sabotaj etməsinə icazə verilməyəcəyini vurğuladı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gerçəkliklərə də münasibətini bildirdi. Neçə on illərlə mövcud olmuş ikili standartların başqa formatda indi də davam etdiyini xatırlatdı. Bu xatırlatma dünya düzəninə mane olmaq təşəbbüsü kimi qəbul edilməli xatırlatma oldu: “Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası Ermənistan-Azərbaycan sülh prosesində konstruktiv mövqe sərgiləmir və ikili standartlar nümayiş etdirirlər. Sülh sahəsində digər nailiyyət bağlantılardır. “Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. Bu fürsətdən istifadə edərək, mən Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istəyirəm. Lakin əfsuslar olsun ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır .
Prezident cənab İlham Əliyevin Zirvə toplantısındakı çıxışı bir neçə mühüm məqamı ön plana çıxarır: Cənubi Qafqazda sülh prosesi artıq konkret nəticələr doğuran mərhələyə keçib, iqtisadi əməkdaşlıq bu prosesin əsas hərəkətverici qüvvəsinə çevrilir və beynəlxalq institutların bu reallıqlara uyğunlaşması zərurəti getdikcə daha qabarıq şəkildə ortaya çıxır. Mövcud şəraitdə əsas məsələ regional təşəbbüslərin davamlılığının təmin edilməsi və bu prosesə xarici müdaxilələrin minimuma endirilməsidir.
Zəngəzur dəhlizinin regional ticarət qovşağına çevrilməsi məsələsi yenidən diqqət mərkəzində idi. Prezident bu layihənin bütün region ölkələri, o cümlədən Ermənistan üçün böyük iqtisadi dividend gətirəcəyini bildirdi. Çıxışın sonunda İlham Əliyev strateji bir addım ataraq, ASB-nin növbəti mərhələlərindən birinin – 2028-ci ilin mayında keçiriləcək sammitin Azərbaycanda təşkil olunacağını elan etdi.
Prezident İlham Əliyevin İrəvan sammitindəki çıxışı Azərbaycanın yeni reallıqları diktə edən tərəf olduğunu bir daha göstərdi. Bu çıxış həm regiona barış və rifah vəd edən bir çağırış, həm də beynəlxalq aktorlara müstəqil xarici siyasətin sarsılmazlığı haqqında verilmiş ciddi bir mesaj idi.
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı
Xəbər lenti
Hamısına baxSosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59

