Qaradağ rayonunda Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümü qeyd olunub
24.07.2026 [23:56]
Qaradağ rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümü münasibətilə "Azərbaycan gənci müasir dövrdə" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayon sektoru üzrə müdiri Elçin Abbasov, Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşı Rövşən Pənahlı, Qaradağ Gənclər Evinin direktoru Leyla Məmmədova, Ə.Əmirov adına Mədəniyyət Sarayının direktoru Leyla Süleymanlı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qaradağ rayon komitəsinin sədri Niyaz Eyvazov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Qaradağ rayon komitəsinin sədri Salman Salmanov, Qərbi Azərbaycan İcmasının gənclər üzrə nümayəndəsi Elnur Mirzəyev, Heydər Əliyev Mərkəzinin əməkdaşları və rayonun fəal gəncləri iştirak ediblər.
Əvvəlcə iştirakçılar rayon gənclərinin nailiyyətlərini əks etdirən mükafatlar və Gənclər və İdman Nazirliyinin nəşrlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayon sektoru üzrə müdiri Elçin Abbasov bildirib ki, Ümummilli Lider Heydər Əliyev ölkədə gənclər siyasətinin əsasını qoyaraq gəncləri Azərbaycanın gələcəyinin qurucuları kimi qiymətləndirib. O qeyd edib ki, 26 iyul 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması bu sahədə dövlət siyasətinin sistemli şəkildə həyata keçirilməsinə geniş imkan yaradıb. Müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan olunması və dövlət proqramlarının qəbul edilməsi Ulu Öndərin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov XX əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə mövcud olan mürəkkəb ictimai-siyasi vəziyyətə nəzər salaraq bildirib ki, xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın ağır böhrandan çıxmasına, ictimai-siyasi sabitliyin bərpasına və dövlətçiliyin möhkəmlənməsinə imkan yaradıb. O vurğulayıb ki, Ulu Öndərin müəllifi olduğu neft strategiyasının əsasını təşkil edən "Əsrin müqaviləsi" ölkənin iqtisadi inkişafında yeni mərhələnin başlanğıcını qoyub.
İlqar İlyasov qeyd edib ki, 1996-cı ildə Müstəqil Azərbaycan gənclərinin I Forumu, 1997-ci ildə 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi, 1999-cu ildə Dövlət Gənclər Siyasəti haqqında Fərmanın imzalanması, 2002-ci ildə isə "Gənclər siyasəti haqqında" Qanunun qəbul edilməsi Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğının təzahürüdür.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti bu gün keyfiyyətcə yeni mərhələyə yüksəlib. Gənclərin dövlət idarəçiliyində fəal iştirakı, vətənpərvərlik ruhunda tərbiyəsi, xaricdə təhsil imkanlarının genişləndirilməsi, sosial müdafiəsinin gücləndirilməsi və gənclər təşkilatlarının inkişafı istiqamətində mühüm addımlar atılır. Eyni zamanda, ölkədə idmanın inkişafı, müasir idman infrastrukturlarının yaradılması, beynəlxalq yarışların Azərbaycanda keçirilməsi və idmançılarımızın dünya arenasında qazandıqları uğurlar dövlətin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir.
Digər çıxış edənlər də ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin uğurlarından bəhs edərək bildiriblər ki, gənclərə göstərilən dövlət qayğısı Azərbaycanın gələcəyinə yönəlmiş strateji siyasətin mühüm tərkib hissəsidir və sağlam, intellektual, vətənpərvər nəslin formalaşmasına xidmət edir.
Sonda Qaradağ rayonunun ictimai-siyasi, mədəni və idman həyatında fəallığı ilə seçilən bir qrup gənc Fəxri fərman və hədiyyələrlə təltif olunub.
Xəbər lenti
Hamısına baxMüsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34

