28 May - Milli dövlətçilik tariximizin şanlı səhifələrindən biridir
26.05.2026 [11:12]
1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin yenidən bərpası və milli azadlıq iradəsinin təntənəsi kimi tarixə həkk olunub. Azərbaycan xalqı həmin gün təkcə öz müstəqilliyini elan etmədi, eyni zamanda bütün Şərq və müsəlman dünyasında ilk demokratik, hüquqi və parlamentli respublikanın əsasını qoydu. Bu tarixi hadisə xalqımızın azad yaşamaq əzmini, milli birliyini və öz müqəddəratını müəyyən etmək gücünü bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə qəbul edilən İstiqlal Bəyannaməsi dövlətçilik tariximizin ən mühüm sənədlərindən biri oldu. Cümhuriyyət rəhbərləri demokratik prinsiplərə əsaslanan, xalq hakimiyyətini və hüquq bərabərliyini təmin edən müasir dövlət qurmaq məqsədini qarşıya qoymuşdular.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etdi. İlk parlament və hökumət formalaşdırıldı, dövlət atributları təsis olundu, milli ordu yaradıldı, ölkənin beynəlxalq aləmdə tanınması istiqamətində mühüm addımlar atıldı. Parlamentin qəbul etdiyi qanunlar dövlət müstəqilliyinin möhkəmləndirilməsində, siyasi və iqtisadi inkişafın təmin olunmasında, demokratik prinsiplərin formalaşdırılmasında mühüm rol oynadı.
Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin əsas məqsədi yeni yaradılmış dövləti beynəlxalq aləmdə tanıtmaq və diplomatik münasibətlər qurmaq idi. Bu məqsədlə Avropa dövlətlərinə rəsmi məlumatlar göndərildi, Paris Sülh Konfransında Azərbaycanın tanınması istiqamətində mühüm diplomatik fəaliyyət həyata keçirildi. Dünya dövlətləri tərəfindən tanınması Azərbaycanın beynəlxalq hüququn subyekti kimi mövqeyini möhkəmləndirdi və sonradan bolşevik işğalı baş versə də, Azərbaycanın dövlət kimi dünya siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
Azərbaycan Xalq Cümhuriyyəti milli-mənəvi dəyərlərin və milli şüurun inkişafına da xüsusi önəm verirdi. 1918-ci ilin avqustunda qəbul edilən qərarla məktəblərdə tədrisin ana dilində aparılması təmin olundu. Bu addım milli maarifçiliyin inkişafında mühüm rol oynadı. Eyni zamanda, 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması haqqında qanunun qəbul edilməsi milli kadrların hazırlanması istiqamətində böyük tarixi hadisə idi. Universitetin fəaliyyətə başlaması Azərbaycanın elm və təhsil tarixində yeni mərhələnin əsasını qoydu.
Cümhuriyyət hökuməti hüquq və ədliyyə sisteminin qurulmasına da böyük diqqət yetirirdi. Məhz 1918-ci il mayın 28-də Ədliyyə Nazirliyi təsis olundu, sonrakı dövrdə məhkəmə və hüquq orqanlarının fəaliyyətini tənzimləyən mühüm sənədlər qəbul edildi. Azərbaycan Məhkəmə Palatasının və Ədliyyə Nazirliyinin əsasnamələrinin təsdiqi hüquqi dövlət quruculuğunun mühüm göstəricilərindən idi.
1991-ci il oktyabrın 18-də qəbul olunan “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında 1918-ci il İstiqlal Bəyannaməsinə istinad olunması Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi olduğunu bir daha təsdiqlədi. Bu varislik müasir Azərbaycan dövlətinin milli dövlətçilik ənənələrinə sadiqliyinin göstəricisidir.
Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasət milli özünüdərk prosesinin güclənməsinə, azərbaycançılıq ideologiyasının formalaşmasına və dövlətçilik şüurunun inkişafına mühüm təsir göstərdi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edilməsi də müstəqilliyə aparan yolun mühüm başlanğıcı oldu.
Bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafını davam etdirir. Ölkədə genişmiqyaslı siyasi və iqtisadi islahatlar həyata keçirilir, sosial rifahın yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan Xalq Cümhuriyyətinin irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində də ardıcıl tədbirlər görülür.
Bakıda İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal Bəyannaməsi abidəsinin açılması, Cümhuriyyətin 90 və 100 illik yubileylərinin dövlət səviyyəsində qeyd olunması, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi milli yaddaşa verilən yüksək dəyərin göstəricisidir. Həmçinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalının təsis olunması dövlətçilik tariximizin təbliği baxımından mühüm addım oldu.
2021-ci ildə qəbul olunan “Müstəqillik günü haqqında” Qanunla 28 Mayın Müstəqillik Günü, 18 Oktyabrın isə Müstəqilliyin Bərpası Günü kimi təsbit edilməsi Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə formalaşdığını bir daha təsdiq etdi. Bu qərar müasir Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu nümayiş etdirdi.
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi zəfərlər dövlətçilik tariximizin ən şərəfli səhifələrindən birinə çevrilib. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Bununla xalqımız qalib və müzəffər xalq kimi tarix yazdı.
Bu gün Azərbaycan xalqı 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını yaşadaraq müstəqil, güclü və bütöv dövlətin vətəndaşı olmanın qürurunu yaşayır. Azərbaycan Xalq Cümhuriyyəti yalnız tarixi keçmiş deyil, həm də müasir Azərbaycanın dövlətçilik təməlini təşkil edən böyük siyasi irsdir.
İsa Məmmədov
YAP Babək rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:35
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57

