Milli Dövlətçiliyimizin Zirvəsi və Əbədi İstiqlal Rəmzimiz
26.05.2026 [11:20]
Azərbaycan xalqının çoxəsrlik zəngin dövlətçilik tarixində bənzərsiz yerə və xüsusi çəkiyə malik olan 28 May – Müstəqillik Günü milli qürur və şərəf bayramımızdır. 1918-ci ilin məhz bu günündə Şərqdə ilk dünyəvi, hüquqi və demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) əsasının qoyulması ilə xalqımız özünün müstəqil yaşamaq, azad, mütərəqqi və humanist prinsiplərə əsaslanan dövlət qurmaq əzmini bütün dünyaya bəyan etmişdir. Bu tarix təkcə bir idarəçilik sisteminin dəyişməsi deyil, həm də sivil, demokratik dəyərlərin İslam dünyasında rəsmən fəaliyyətə başlamasının başlanğıc nöqtəsidir.
Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb siyasi şəraitdə fəaliyyət göstərsə də, qısa müddət ərzində mühüm addımlar atmışdır. Dövlət atributları — bayraq, gerb və himn təsis edilmiş, milli ordu yaradılmış, təhsil və dövlət idarəçiliyi sahəsində islahatlar həyata keçirilmişdir. Cümhuriyyət dövründə qadınlara seçki hüququnun verilməsi həmin dövr üçün böyük demokratik yenilik idi və Azərbaycanı bir çox Avropa ölkələrindən önə çıxarırdı.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə çox işlər görülsə də, Cümhuriyyətin ömrü uzun sürmədi və 23 ay sonra hərbi müdaxilə nəticəsində Azərbaycan 1920-ci ildə Sovet İttifaqına birləşdirildi. 1920-ci ildə Azərbaycanın Sovet İttifaqına birləşdirilməsi bir daha göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan 1991-ci ildə yenidən müstəqilliyini bərpa etdi və Azərbaycan yenidən vətəndaş müharibəsi və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşəndə, Ümummilli Lider Heydər Əliyev ölkənin çətin dönəmində məsuliyyəti öz üzərinə götürərək Azərbaycanı bir dövlət kimi tarixin çətin və sərt sınaqlarından çıxardı.
Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır.
1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa edərək Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan etmişdir. 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa etsə də, ölkə ciddi siyasi və iqtisadi çətinliklərlə üzləşmişdi. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və uzaqgörən siyasəti nəticəsində dövlətçiliyimiz qorunmuş, ölkədə sabitlik və inkişaf təmin edilmişdir. Bu gün Azərbaycan müstəqil, güclü və beynəlxalq arenada nüfuzlu dövlət kimi inkişafını davam etdirir.
Ulu Öndər Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi və uzaqgörən siyasəti sayəsində 1993-cü ildən etibarən bu müstəqillik real, dönməz və daimi xarakter aldı. Ümummilli Lider Cümhuriyyət tariximizin öyrənilməsini və qorunmasını hər zaman dövlət siyasətinin prioritet istiqaməti kimi saxladı.
Ümummilli Liderin bu siyasətini Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi.
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmiz öz dövlətçilik tarixinin ən qüdrətli, ən şanlı və möhtəşəm dövrünü yaşayır. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi hər bir qarış torpağımızda tam təmin olunmuşdur.
İndi üçrəngli, ay-ulduzlu bayrağımız təkcə paytaxt Bakıda deyil, Şuşada, Xankəndidə, Xocalıda, Laçında, Kəlbəcərdə – işğaldan azad edilmiş və böyük quruculuq işləri aparılan bütün qədim yurd yerlərimizdə qürurla dalğalanır. Bu müstəsna tarixi nailiyyət, Azərbaycan Xalq Cümhuriyyətini quran və bu yolda canını fəda edən əcdadlarımızın ruhunu şad edən, onların ən böyük arzusunu reallığa çevirən tarixi ədalətin təntənəsidir.
Bu gün hər birimiz Şərqdə demokratiyanın məşəlini yandıran cümhuriyyət qurucularının irsinə sadiqliyimizlə fəxr edir, müstəqil və suveren dövlətimizin daha da çiçəklənməsi naminə bir yumruq kimi həmrəyik.
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29

