Şərqin İlk Demokratik Cümhuriyyəti, 28 May – Müstəqillik Günü!
26.05.2026 [11:21]
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində 28 May günü xüsusi və müqəddəs bir yerə sahibdir. 108 il əvvəl, 1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən İstiqlal Bəyannaməsinin imzalanması ilə müsəlman Şərqində ilk parlamentli, hüquqi və demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti quruldu. "İstiqlal Bəyannaməsi" xalqımızın milli azadlıq hərəkatının ali sənədi, müasir dövlətçiliyimizin isə hüquqi təməl daşı oldu. Altı maddədən ibarət olan bu tarixi bəyannamə ilə təkcə yeni bir dövlətin yarandığı elan edilmədi, həm də onun gələcək inkişafının mütərəqqi prinsipləri müəyyənləşdirildi.
Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Ulu öndər Heydər Əliyevin də dediyi kimi, müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o illərdə milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlı idi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasında mühüm rol oynamışdır.
AXC qısa dövr ərzindəki fəaliyyəti zamanı xalqımızın milli mənlik şüurunu ucaltdı və müstəsna tarixi nailiyyətlərə imza atdı. Bu dövrdə ölkəmizin ilk çoxpartiyalı parlamenti fəaliyyətə başladı, milli ordumuz yaradıldı, Azərbaycan dili dövlət dili elan olundu və Bakı Dövlət Universiteti təsis edildi. Ən mühüm tarixi addımlardan biri isə bir çox Qərb dövlətlərindən qat-qat əvvəl – qadınlara seçmək və seçilmək hüququnun verilməsi, irqindən, dinindən və cinsindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyinin təmin edilməsi oldu.Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır.
Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Buna görə də, ilk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə rəsmi məlumat göndərildi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Şərqin və müsəlman aləminin ilk demokratik dövləti xalqın milli mənlik şüurunu özünə qaytardı.
1991-ci il oktyabrın 18-də qəbul olunmuş“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında da 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir.
XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan Ulu öndər Heydər Əliyevin siyasi iradəsi və fədakarlığı sayəsində öz dövlətçiliyini, suverenliyini qoruyub saxlamağı bacardı. İlk dəfə olaraq 1990-cı il noyabrın 17-də rəsmi qaydada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qaldırıldı. Heydər Əliyev Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra qarşılaşdığı çətinlikləri, məşəqqətləri xatırladaraq demişdir: “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi”. Kiçik bir ölkə tarixi şəxsiyyət Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmiz öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Üçrəngli bayrağımız indi yalnız Bakıda deyil, işğaldan azad edilmiş və tam suverenliyimiz bərpa olunmuş Şuşada, Xankəndidə, Xocalıda və bütün Qarabağ torpaqlarında qürurla dalğalanır. Bu tarixi zəfərlər cümhuriyyət qurucularının ruhunu şad edən, müstəqilliyimizi taclandıran ən böyük nailiyyətimizdir.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:35
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57

