Yeni Azərbaycan Partiyası Cənubi Qafqazda ən böyük və ən güclü siyasi təşkilatdır
23.01.2014 [10:23]
Daşkəsən rayonunda Yeni Azərbaycan Partiyasının ərazi ilk partiya təşkilatlarının yığıncaqları keçirilir
Yeni Azərbaycan Partiyasının (YAP) Daşkəsən rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının hesabat yığıncaqları keçirilir. Hər il olduğu kimi, bu il də rayon təşkilatında ilk partiya təşkilatlarının yığıncaqlarına ciddi hazırlıq görülüb. Əvvəlcədən tədbirlər planı hazırlanıb, ərazi ilk partiya təşkilatlarında yığıncaq keçiriləcək günlər müəyyənləşdirilib, toplantıların yüksək səviyyədə təşkili üçün ərazi ilk partiya təşkilatlarına aidiyyəti üzrə metodiki tövsiyələr və təlimatlar verilib.
Belə yığıncaqlardan biri də dünən Daşkəsən rayonunun Quşçu ərazi ilk partiya təşkilatında keçirilib.
Öncə Quşçu ərazi ilk partiya təşkilatının sədri F.Həsənovun ötən ildə görülən işlərə dair hesabat xarakterli məruzəsi dinlənib. O, deyib ki, ölkədə qazanılan bütün uğurlarda Yeni Azərbaycan Partiyasının böyük rolu var: “Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti xalqımız tərəfindən dəstəklənməkdədir. Kəndimizdə görülən tikinti, quruculuq, abadlıq işləri, həyata keçirilən digər sosial layihələr kənd sakinləri tərəfindən böyük razılıqla qarşılanır, bu, vətəndaşlarımızın Yeni Azərbaycan Partiyasının sıralarına daxil olmalarına stimul verir. Kəndimizin işıq, su, yol, məktəb və digər sosial problemləri demək olar ki, öz həllini tapmışdır”.
Quşçu ərazi ilk partiya təşkilatının sədri F.Həsənov məruzəsində cari il ərzində qarşıda duran işlərdən də söhbət açıb, 2014-cü il üçün ərazi ilk partiya təşkilatının fəaliyyət planı barədə məlumat verib.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev toplantıda çıxış edərək bildirib ki, bu gün partiyamız Cənubi Qafqazda ən böyük və ən güclü siyasi təşkilatdır: “Ötən il ölkəmizdə keçirilən prezident seçkiləri və bu siyasi hadisəyə beynəlxalq ictimaiyyətin verdiyi yüksək qiymət bir daha təsdiq edir ki, YAP xalqın partiyasıdır, onun siyasi iradəsinin və arzularının gerçəkləşməsi istiqamətində fəaliyyət göstərir. Partiyamızın Sədri, möhtərəm Prezidentimiz İlham Əliyev haqqında dünyanın tanınmış siyasətçiləri yüksək fikirlər səsləndirirlər. Amma Prezidentimizin fəaliyyətinə əvəzsiz qiyməti Azərbaycan xalqı ötən il prezident seçkilərində öz müdrik seçimi ilə bir daha vermişdir. Mən inanıram ki, təşkilatımızın apardığı güclü ideoloji iş sayəsində bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstəriləcək”.
Daha sonra ölkəmizdə aparılan abadlıq və yenidənqurma işləri haqqında məlumat verən M.Yolçuyevin sözlərinə görə, bu işlərin uğurlu nəticələrini Daşkəsən rayonunda da görmək mümkündür. O deyib ki, son illərdə rayonda görülən böyük işlər nəticəsində sosial problemlər aradan qaldırılıb, insanların güzəranı daha da yaxşılaşıb.
Quşçu ərazi ilk partiya təşkilatının yığıncağında partiya fəalları da çıxış edərək ötən ildə görülmüş işləri qənaətbəxş qiymətləndiriblər. Sonra 2014-cü il üçün ərazi ilk partiya təşkilatının fəaliyyət planı təsdiq edilib.
Daha sonra YAP Daşkəsən rayon təşkilatı Quşçu ərazi ilk partiya təşkilatından partiya sıralarına qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

