İmişlidə “Şəhərsalma ili: gələcək və inkişaf” mövzusunda tədbir keçirilib
05.06.2026 [13:49]
İmişli rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma ili: gələcək və inkişaf” mövzusunda tədbir keçirilib.
Tədbirdə İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, idarə, müəssisə və təşkilat rəhbərləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ölkəmizdə şəhərsalma və memarlıq sahəsinə göstərilən yüksək diqqətin bariz nümunəsidir. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş inkişaf strategiyası Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, ölkəmizin bütün bölgələrində, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq layihələri Azərbaycanın qüdrətini və gələcəyə hesablanmış inkişaf siyasətini nümayiş etdirir. O, həmçinin su təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik edərək onların ölkənin aqrar inkişafına və ərzaq təhlükəsizliyinin təmin olunmasına verdikləri töhfələri yüksək qiymətləndirib.
Çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətindən bəhs edərək bildirib ki, həyata keçirilən layihələr ölkəmizin sosial-iqtisadi inkişafına, insanların rifahının yüksəldilməsinə və müasir yaşayış mühitinin formalaşdırılmasına xidmət edir. O, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının xüsusi əhəmiyyətini vurğulayaraq Azərbaycanın beynəlxalq nüfuzunun, diplomatik imkanlarının və qlobal problemlərin həllində artan rolunun növbəti təsdiqindən danışıb. Səfa Ağayev həmçinin su təsərrüfatı işçilərinin peşə bayramını təbrik edib, meliorasiya və su təsərrüfatı işçilərinin ölkənin aqrar potensialının gücləndirilməsində və regionların sosial-iqtisadi inkişafında mühüm rol oynadığını qeyd edib.
Digər çıxış edənlər – Qasım Qasımov, Samir Məmmədov, Cəlil Əliyev, Orxan Nağıyev, Qalib Mirzəyev də mövzu ətrafında fikirlərini bölüşərək ölkəmizdə həyata keçirilən abadlıq-quruculuq işlərinin, yeni yaşayış və sosial infrastruktur layihələrinin Azərbaycanın davamlı inkişafına xidmət etdiyini qeyd ediblər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş üzvlərə partiya biletləri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
İqtisadiyyat
25 Avqust 16:51
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18

