Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Biləsuvar rayon təşkilatının qərargahında fəallarla görüş keçirilib

YAP Biləsuvar rayon təşkilatının qərargahında fəallarla görüş keçirilib

05.06.2026 [17:18]

İyun ayının 5-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının qərargahında bir qrup partiya fəalları ilə görüş keçirilib. Tədbirdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, aparatın əməkdaşları və bir qrup partiya fəalı iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasətin ölkəmizin davamlı inkişafına mühüm töhfələr verdiyini vurğulayıb. Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələrini əhatə edən geniş siyasi təşkilat kimi dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və milli maraqların qorunması istiqamətində mühüm fəaliyyət göstərdiyini vurğuladı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin cəmiyyətə düzgün və operativ şəkildə çatdırılmasında sosial şəbəkələrin rolunun xüsusi əhəmiyyət kəsb etdiyini bildirən K.Qurbanlı partiya fəallarını sosial şəbəkələrdə aktiv fəaliyyət göstərməli, dövlət başçısının həyata keçirdiyi siyasətin mahiyyətini, ölkənin inkişafı istiqamətində görülən işləri və əldə olunan nailiyyətləri obyektiv faktlar əsasında ictimaiyyətə çatdırmalı olduqlarını vurğuladı.

Tədbirdə ideoloji işlər üzrə məsləhətçi Samir Ağayev, partiya fəallarından Əlisafa Qəmbərov, Mirnəsib Kazımov və Rüstəm Əliyev çıxış edərək sosial şəbəkələrin müasir dövrdə ictimai rəyin formalaşmasında mühüm rol oynadığını qeyd edərək, dövlət siyasətinin və əldə olunan uğurların geniş ictimaiyyətə çatdırılmasında sosial media platformalarının əhəmiyyətini vurğulamışlar.

Tədbirin sonunda YAP Biləsuvar rayon təşkilatının 7 saylı şəhər (Rayon Təhsil Sektoru) ərazi partiya təşkilatının sədri Əlisafa Qəmbərov 65 illik yubileyi münasibətilə və uzunmüddətli səmərəli xidmətlərinə görə rayon təşkilatı tərəfindən Fəxri fərman və xatirə hədiyyələri ilə təltif edilmişdir. Məlumat üçün bildiririk ki, Əlisafa Qəmbərov uzun illər dövlət qulluğu sahəsində səmərəli fəaliyyət göstərmiş, dövlət idarəçiliyindəki xidmətlərinə görə kiçik dövlət müşaviri ixtisas dərəcəsinə layiq görülmüşdür. O, uzun illər ərzində rayonun ictimai-siyasi həyatında fəal iştirakı, yüksək təşkilatçılıq keyfiyyətləri və səmərəli fəaliyyəti ilə fərqlənərək ictimaiyyət arasında böyük nüfuz qazanmış, rayon təşkilatının fəaliyyətində yaxından iştirak etməklə qarşıya qoyulan vəzifələrin uğurlu icrası istiqamətində mühüm xidmətlər göstərmişdir.

Paylaş:
Baxılıb: 67 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30