Azərbaycanın zəfər ordusu
17.06.2026 [12:24]
Məlumdur ki, ordu təkcə dövlətimizin və xalqımızın təhlükəsizliyinin təminatçısı deyil, həm də qürur mənbəyimizdir. Ümummilli lider Heydər Əliyev Silahlı Qüvvələri ölkəmizin, millətimizin, dövlətimizin və müstəqilliyimizin əsas dayağı hesab edirdi. Hələ sovet dövründə ordu quruculuğuna xüsusi önəm verən Ulu öndər hərbi biliklərin gənclərimiz tərəfindən öyrənilməsinə və peşəkar zabitlərin hazırlanmasına xüsusi diqqət göstərmişdi. 1969-cu ildə siyasi rəhbərliyə gəlişindən sonra Azərbaycanda milliləşmə prosesi başladı. Bu strateji kursun davamı olaraq, 1971-ci ildə Heydər Əliyev mürəkkəb siyasi şəraitə baxmayaraq, unudulmaz tarixi qərar qəbul etdi – Azərbaycanın görkəmli hərbi xadimi Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bununla yanaşı, Ulu öndərin gərgin fəaliyyəti nəticəsində gənclərimiz keçmiş SSRİ-nin nüfuzlu hərbi ali məktəblərinə güzəştli şərtlərlə qəbul olunmağa başladı, gələcək müstəqil Azərbaycanın hərbi kadr bazası formalaşdırılırdı. Yeri gəlmişkən, müstəqillik illərində dahi lider Vətən qarşısında bu misilsiz xidmətlərini şərh edərək qeyd edirdi ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış, milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, xalqımız öz milli azadlığına qovuşacaq, dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq.
Qeyd etmək lazımdır ki, 1991-ci ilin sonlarında imperiyanın çöküşü ilə müstəqilliyini bəyan edən Azərbaycan olduqca ağır durumla üzləşmişdi. Müstəqilliyimizin şirinliyini dadmamış onun itirilməsi təhlükəsi ilə baş-başaydıq. Ordunun olmamasının nəticəsi kimi torpaqlarımız ardıcıl olaraq işğal olunurdu.
Xüsusilə qeyd edək ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ölkədə sabitlik və inkişafın bərpasına zəmin yaratdı. Digər sahələrlə yanaşı, ordu quruculuğu da yeni mərhələyə qədəm qoydu. Ulu öndərin bilavasitə rəhbərliyi və nəzarəti altında Silahlı Qüvvələrin formalaşdırılması prosesi sürətləndirildi, ordunun maddi-texniki təminatı yaxşılaşdırıldı, döyüş hazırlığı və mənəvi-psixoloji ruh yüksəldildi. Keçmişə və tarixi irsə böyük ehtiramla yanaşan Heydər Əliyev 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyunu Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan etdi. Ölkədə vahid komandanlığa malik nizami ordu yaradıldı, ayrı-ayrı silahlı qruplar ləğv edildi və ordu xalqın güc mənbəyinə çevrildi.
Onu da qeyd etmək lazımdır ki, sonrakı illərdə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməyə başlandı. Ordumuzun modernləşdirilməsi, struktur baxımından təkmilləşdirilməsi və ən müasir texnika ilə təchiz olunması dövlətin prioritet istiqamətlərindən birinə çevrildi. Silahlı Qüvvələrimizin arsenalı müasir silahlarla zənginləşdirildi, döyüş qabiliyyəti yüksək peşəkarlıq səviyyəsinə çatdırıldı. Böyük inkişaf yolu keçmiş Azərbaycan Ordusu bölgənin ən güclü qüvvəsinə çevrildi. Əzəli torpaqlarımızı işğal edərək terror, separatizm yuvasına çevirən Ermənistan cəbhə istiqamətində təxribatlar törətməklə yeni ərazi iddialarını ortaya qoydu. Amma unutmuşdular ki, qarşılarında əsrin sonlarında topu, tankı olmayan ölkənin könüllüləri deyil, dünyanın ən güclü və ən vətənpərvər ordularından birini görəcəklər. Beləliklə, 27 sentyabr 2020-ci il tarixində başlanan II Qarabağ müharibəsi Azərbaycan Ordusunun qüdrətinin dünyaya nümayişi ilə bitdi. Ali Baş Komandanın rəhbərliyi, ordumuzun qəhrəmanlığı ilə düşmən tarixinin ən ağır, ən miskin məğlubiyyətini yaşadı. 44 gün çəkən Vətən müharibəsi və bir günlük antiterror tədbirləri nəticəsində Azərbaycan Ordusu suveren ərazilərimizi işğaldan azad etməklə bölgəni iki əsr basqı altında saxlayan erməni separatizminin kökünü kəsdi, tarixi ədaləti bərpa etdi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun peşəkarlığı, yüksək döyüş qabiliyyəti və qəhrəmanlığı nəticəsində ölkəmizin ən ağrılı problemi həll olundu, Vətən bütövləşdi. Bir vaxtlar həsrətlə, nisgillə baxdığımız ərazilərimizdə Azərbaycan bayrağı qürurla dalğalanmaqdadır. Şübhəsiz ki, bu ümumxalq xoşbəxtliyini bizə bəxş edən Silahlı Qüvvələrimizdir. Qürur hissi ilə vurğulamaq istəyirəm ki, bu gün Azərbaycan Ordusu təkcə ölkənin suverenliyinin və ərazi bütövlüyünün qoruyucusu deyil, eyni zamanda xalqımızın güc simvolu və dövlətçiliyimizin dayaq sütunudur. Qəhrəman, qalib ordumuzla öyünməyə tam haqqımız var.
Ən əsası, bu ordu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tariximizə zəfər səhifəsi yazdı və gələcəyimiz üçün təhlükəsizlik təminatçısı oldu!
Gülnarə Həsənova,
YAP Göygöl rayon təşkilatı üzrə Üçtəpə kənd ərazi partiya təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxSosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:35
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45

