Nərimanov rayonunda “Gənclər Azərbaycanın gələcəyidir” mövzusunda toplantı keçirilib
01.02.2014 [09:05]
Yanvarın 31-də Nərimanov rayonunda 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə “Gənclər Azərbaycanın gələcəyidir” mövzusunda toplantı keçirilib.
AzərTAc xəbər verir ki, toplantı Nərimanov rayon İcra Hakimiyyəti, gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tədbirdə çıxış edərək ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Diqqətə çatdırılıb ki, Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur, yüksək siyasi fəallıq nümayiş etdirirlər. Onlar, həmçinin Azərbaycanın qüdrətlənməsində fəallıq göstərir, ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edirlər.
Milli Məclisin deputatı Adil Əliyev bildirib ki, cəmiyyətin ən fəal hissəsi olan gənclər həm də sağlam ideyaların daşıyıcılarıdır. O, ölkəmizdə gənclərlə bağlı həyata keçirilən müxtəlif layihələrin əhəmiyyətindən danışıb, bu sahədə qanunvericilik bazasının gündən-günə təkmilləşdirildiyini vurğulayıb.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev, YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı və başqaları çıxış edərək gənclərə göstərilən qayğıya, onlar üçün həyata keçirilən tədbirlərə, ümumiyyətlə, gənclər siyasətinə görə bu gün Azərbaycanın dünya dövlətləri sırasında seçildiyini bildiriblər. Qeyd edilib ki, dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup gənc mükafatlandırılıb, təhsildə fərqlənən, nümunəvi davranış göstərən tələbələrə təqaüdlər təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

