Qarşılıqlı faydalı münasibətlər
08.07.2026 [10:21]
2026-cı il iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana növbəti işgüzar səfəri Bakı ilə Brüssel arasında münasibətlərin inkişafında mühüm hadisə kimi qiymətləndirilir. Bu səfər təkcə diplomatik təmasların davamı deyil, həm də son illərdə formalaşmış strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirən çox mühüm bir amildir.
Azərbaycan uzun illərdir ki, Avropanın etibarlı bir tərəfdaşı kimi çıxış edir. Xüsusilə enerji təhlükəsizliyi sahəsində ölkəmizin rolu son dövrlərdə daha da artmışdır. Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətində də Azərbaycanın xüsusi yeri vardır. Məhz bu baxımdan Cənub Qaz Dəhlizi layihəsi təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyan beynəlxalq bir layihə kimi özünü təsdiqləmişdir. Ursula Fon der Lyayenin əvvəlki illərdə olduğu kimi, bu dəfə də Azərbaycana səfəri zamanı enerji əməkdaşlığının genişləndirilməsi, nəqliyyat əlaqələrinin inkişafı və regional sabitlik məsələlərinin diqqət mərkəzində olması təsadüfi deyildir.
Son illərdə Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində inkişaf edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən əsas tərəfdaşlardan biri olmaqla yanaşı, Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat və logistika qovşağı kimi də öz mövqeyini gündən- günə gücləndirir. Orta Dəhlizin inkişafı, regionda nəqliyyat bağlantılarının genişləndirilməsi və yeni iqtisadi imkanların yaradılması hər iki tərəfin maraqlarına cavab verir. Ursula Fon der Lyayenin Bakıdakı görüşlərində də regional əlaqələr və iqtisadi əməkdaşlıq məsələlərinin xüsusi yer tutması bunu bir daha təsdiqləyir.
Azərbaycanın xarici siyasətinin ən əsas xüsusiyyətlərindən biri balanslaşdırılmış və çoxşaxəli əməkdaşlıq modelidir. Ölkəmiz həm Avropa İttifaqı, həm də digər beynəlxalq tərəfdaşlarla həmişə qarşılıqlı faydalı münasibətlər qurmağa çalışır. Bu uğurlu siyasət Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, regionda sabitlik və əməkdaşlıq mühitinin formalaşmasına da çox mühüm töhfə verir.
Ursula Fon der Lyayenin ölkəmizə səfəri həm də Avropa İttifaqının bilavasitə, Cənubi Qafqaza artan marağının göstəricisi hesab oluna bilər. Eyni zamanda regionda sülhün möhkəmləndirilməsi, iqtisadi inteqrasiyanın genişləndirilməsi və yeni əməkdaşlıq platformalarının yaradılması istiqamətində aparılan müzakirələr gələcək üçün mühüm perspektivlər açır. Avropa İttifaqının regionda nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafına dəstək vermək niyyəti də məhz bu marağın praktiki ifadəsidir.
Bu gün Azərbaycan beynəlxalq aləmdə yalnız enerji ixrac edən bir ölkə kimi deyil, həm də etibarlı siyasi tərəfdaş, regional əməkdaşlığa töhfə verən və beynəlxalq layihələrin fəal iştirakçısı kimi qəbul olunur. Avropa Komissiyası Prezidentinin Bakıya səfəri də məhz bu reallığın beynəlxalq aləmdə yüksək səviyyədə qəbul edildiyini nümayiş etdirir.
Böyük əminliklə demək olar ki, bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin gələcək inkişafı üçün geniş imkanlar mövcuddur. Enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat-kommunikasiya layihələri, rəqəmsal transformasiya və iqtisadi əməkdaşlıq kimi istiqamətlər qarşıdakı illərdə tərəflər arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Azərbaycanın etibarlı tərəfdaş kimi qazandığı nüfuz isə bu prosesin əsas təminatçılarından biri olaraq qalacaqdır.
Beləliklə, Ursula Fon der Lyayenin ölkəmizə səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini göstərən mühüm siyasi hadisə olmaqla yanaşı, tərəflər arasında strateji əməkdaşlığın daha da genişlənəcəyindən xəbər verir.
Çingiz Məmmədov
YAP Qazax rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

