Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının yeni istiqaməti bərpaolunan enerji sahəsidir

Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının yeni istiqaməti bərpaolunan enerji sahəsidir

08.07.2026 [15:14]

Azərbaycan Respublikası öz müstəqil xarici siyasətində Avropa İttifaqı ilə bərabər hüquqlu, qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafına hər zaman xüsusi önəm verib. Son illər ərzində formalaşan əməkdaşlıq artıq sadəcə enerji sahəsilə məhdudlaşmır, həm də eyni zamanda regional təhlükəsizlik, nəqliyyat-logistika dəhlizləri, “Yaşıl Enerji” və rəqəmsal inteqrasiya kimi qlobal əhəmiyyətli istiqamətləri də əhatə edir. Həqiqətən də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kostanın, ardınca Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasin, daha sonra isə Ursula fon der Lyanenin Bakıya gəlməsi Avropa İttifaqının Azərbaycanla münasibətlərə verdiyi xüsusi önəmi açıq şəkildə ortaya qoyur. Ən diqqətçəkən məqamlardan biri enerji məsələsinin artıq təkcə iqtisadi deyil, siyasi təhlükəsizlik məsələsinə çevrilməsidir. Cənab Prezident İlham Əliyev təsadüfi olaraq bildirmədi ki, bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir.

Xanım Ursula fon der Lyayenin səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüş tərəflər arasındakı münasibətlərin gələcək xəritəsini cızır. Bu gün rəsmi Bakı və Brüssel təkcə ənənəvi qaz tədarükünün artırılmasını deyil, həm də Xəzər dənizinin bərpa olunan enerji potensialının Avropaya nəqli layihələrini – “Yaşıl Enerji Dəhlizi”ni real strategiyaya çevirir. Bununla yanaşı Avropanın “Global Gateway” proqramı çərçivəsində Orta Dəhliz və regional bağlantıların inkişafına ayrılması nəzərdə tutulan investisiyalar Azərbaycanın nəqliyyat qovşağı kimi rolunu daha da sarsılmaz edir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycandan keçən yüklərin həcmi bütün istiqamətlər üzrə artır və ölkə buna uyğun olaraq liman, dəmiryolu və logistika infrastrukturuna milyardlarla investisiya yatırır. Bu gün Avropa üçün Cənubi Qafqaz artıq Asiya ilə birləşdirən strateji qapıdır. Məhz buna görə Avropa Komissiyası regionun nəqliyyat, enerji və rəqəmsal  bağlantısını gücləndirmək məqsədilə 200 milyon avroluq yeni təşəbbüs elan edib.

Diqqət çəkən ən mühüm siyasi mesajlardan biri də sülh prosesi ilə bağlı idi. Cənab Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan və Ermənistan arasında de-fakto sülh artıq qurulub və Bakı bunun praktik nəticələrini göstərmək üçün konkret addımlar atır.Ermənistana tranzit məhdudiyyətlərinin aradan qaldırılması, yanacaq ixracının başlanması regionda yeni iqtisadi münasibətlər modelinin formalaşdığını göstərir. Beləliklə, bu göstərir ki, sülh bizim üçün artıq hiss olunan məfhumdur, onu hiss edə bilirik və sülh şəraitində yaşamağı öyrənirik. Torpaqlarımız 30 il ərzində işğal altında qalmışdı. Bu suverenliyimizi, ərazi bütövlüyümüzü güc və siyasi vasitələrlə bərpa etdik. Biz Ermənistana sülh təklif etmişik – bu fikirlər əslində Azərbaycanın yeni regional strategiyasının mahiyyətini ifadə edir. Burada diqqətçəkən başqa məqam Avropa Komissiyasının da bu prosesi açıq şəkildə dəstəkləməsi və regional əməkdaşlığın genişləndirilməsi üçün maliyyə və siyasi dəstək verməyə hazır olduğunu bəyan etməsidir.

Avropa Komissiyasının Prezidenti öz bəyanatında bildirmişdir ki, Avropa İttifaqı  artıq Azərbaycanın ən böyük ticarət tərəfdaşı və ən iri sərmayədarıdır.Yeni hərtərəfli saziş üzərində münasibətlərin yenidən başlaması vacibdir. Bu, Azərbaycan ilə Avropa İttifaqı arasında hətta daha çox ticarətin aparılması üçün imkanlara yol aça bilər. Avropa İttifaqı bu regionun parlaq gələcəyinə inanır. Beləliklə gəlin, dinc Cənubi Qafqaz naminə, Avropaya, Xəzər regionuna və Mərkəzi Asiyaya bağlantısı olan Cənubi Qafqaz naminə, aramızdakı həmişəkindən daha güclü tərəfdaşlıq naminə birlikdə çalışaq.

Azərbaycana edilən bu səfər, keçirilən görüşlər Azərbaycan-Avropa münasibətlərində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərdi. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl xarici siyasət kursu ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, regional layihələrin və sülh gündəliyində əvəzolunmaz tərəfdaş kimi rolun daha da gücləndirir.

Esmira Həsənova

Naxçıvan şəhər Təhsil Şöbəsinin əməkdaşı,

YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü

Paylaş:
Baxılıb: 104 dəfə

Xəbər lenti

Hamısına bax

Hərbi

İqtisadiyyat

İqtisadiyyat

Birinci yarımildə...

08 İyul 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31