Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq.

Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq.

05.08.2026 [07:39]

Toğrul Zeynalov,

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Prezident İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstana dövlət səfəri çərçivəsində mətbuata verdiyi bəyanat Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin dinamik inkişaf etdiyini və strateji tərəfdaşlığın yeni məzmun qazandığını bir daha nümayiş etdirdi. Dövlət başçısı vurğuladı ki, iki ölkə arasında qarşılıqlı etimad, siyasi iradə və ortaq maraqlar üzərində qurulan əməkdaşlıq bu gün regionda nümunəvi münasibətlərdən biri kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin səsləndirdiyi “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq” fikri tərəflərin imzalanmış sənədlərə və əldə olunmuş razılaşmalara sadiqliyini, gələcək əməkdaşlığı isə uzunmüddətli strateji hədəflər üzərində qurduğunu göstərir. Son illərdə qarşılıqlı səfərlərin intensivləşməsi, yüksək səviyyəli siyasi dialoqun davamlı xarakter alması və beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirilən qarşılıqlı dəstək Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqləyir.

Səfər zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində qəbul olunan qərarlar xüsusi diqqət çəkdi. Azərbaycan–Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının 200 milyon dollara qədər artırılması hər iki ölkənin iqtisadi əlaqələrinin daha da dərinləşdirilməsi baxımından mühüm addımdır. Bu qərar yeni investisiya layihələrinin həyata keçirilməsinə, sənaye, kənd təsərrüfatı, logistika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişlənməsinə əlavə imkanlar yaradacaq. Eyni zamanda, Orta Dəhlizin inkişafı, tranzit imkanlarının artırılması və işgüzar dairələr arasında əlaqələrin möhkəmləndirilməsi qarşılıqlı iqtisadi maraqların daha səmərəli şəkildə reallaşdırılmasına xidmət edəcək. Bütün bunlar göstərir ki, Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq artıq yalnız siyasi münasibətlərlə məhdudlaşmır, konkret iqtisadi nəticələr doğuran və uzunmüddətli perspektivə hesablanmış strateji tərəfdaşlığa çevrilib.

Prezident İlham Əliyevin bəyanatında humanitar əməkdaşlığa da xüsusi yer ayrıldı. Ağdam şəhərində Manasın adını daşıyan məktəbin inşası qardaş Azərbaycan və Qırğız xalqlarını birləşdirən ortaq tarixi-mədəni dəyərlərin parlaq təzahürüdür. Bu layihə işğaldan azad olunmuş ərazilərin bərpasına verilən beynəlxalq dəstəyin nümunəsi olmaqla yanaşı, Türk dünyasında həmrəyliyin və qarşılıqlı etimadın gücləndirilməsinə də mühüm töhfə verir. Prezident İlham Əliyevin Qırğızıstanda verdiyi bəyanat bir daha göstərdi ki, Azərbaycan xarici siyasətində etibarlı tərəfdaşlıq, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə sadiqdir. Bu səfərin nəticələri Azərbaycan–Qırğızıstan münasibətlərinin gələcəkdə daha genişmiqyaslı layihələr və yeni təşəbbüslərlə zənginləşəcəyinə, iki qardaş ölkənin strateji tərəfdaşlığının isə Türk dünyasının birliyinə və regionun davamlı inkişafına mühüm töhfələr verməyə davam edəcəyinə güclü əsas yaradır.

Paylaş:
Baxılıb: 109 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Almaniyanın dron problemi

15 Avqust 09:35  

Ədəbiyyat

Mobil qida

15 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Avqust 09:05  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31