Azərbaycan–Qırğızıstan münasibətlərinin yüksələn xətt üzrə inkişafı
05.08.2026 [07:40]
Son illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycanın türk dövlətləri ilə əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu baxımdan Prezident İlham Əliyevin Qırğızıstana son dövlət səfəri iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və strateji tərəfdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Səfər çərçivəsində Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə geniş tərkibdə və təkbətək görüşlər keçirmiş, iki ölkə arasında mövcud əməkdaşlığın vəziyyəti və gələcək perspektivləri ətraflı müzakirə olunmuşdur. Görüşlərdə siyasi münasibətlərlə yanaşı, iqtisadiyyat, investisiya, nəqliyyat, logistika, energetika, kənd təsərrüfatı, təhsil, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olmuşdur.
Azərbaycan və Qırğızıstan beynəlxalq təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində daim qarşılıqlı dəstək nümayiş etdirirlər. Dövlət başçıları çıxışlarında türk dövlətlərinin həmrəyliyinin möhkəmləndirilməsinin vacibliyini vurğulamış, ortaq layihələrin həyata keçirilməsinin regionun inkişafına mühüm töhfə verəcəyini qeyd etmişlər. Bu gün Türk Dövlətləri Təşkilatı təkcə siyasi platforma deyil, həm də iqtisadi, nəqliyyat və mədəni inteqrasiyanın mühüm mexanizminə çevrilməkdədir. Azərbaycan bu prosesdə aparıcı rol oynayan ölkələrdən biridir.
Dövlət səfəri çərçivəsində Prezident İlham Əliyev Qırğız Respublikasının ali dövlət mükafatı - I dərəcəli “Manas” ordeni ilə təltif olundu. Qırğızıstan Prezidenti Sadır Japarov isə Azərbaycanın ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edildi. Həmçinin səfər çərçivəsində İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə inşa edilən və “Bakı” adını daşıyan beşulduzlu “Baku Resort & Spa” hotelinin açılışı da baş tutdu. Xüsusilə ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, sənaye və kənd təsərrüfatı sahələrində birgə layihələrin həyata keçirilməsi barədə razılıqlar əldə olunmuşdur. Azərbaycanın əlverişli coğrafi mövqeyi və müasir nəqliyyat infrastrukturu Qırğızıstan üçün Avropa bazarlarına çıxış baxımından böyük imkanlar yaradır.
Son illərdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq nəqliyyat layihələri, o cümlədən Orta Dəhliz marşrutu türk dövlətləri arasında iqtisadi əlaqələrin inkişafına yeni imkanlar açmışdır. Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, Azərbaycan Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat qovşağına çevrilmişdir.
Səfər çərçivəsində təhsil və mədəniyyət sahəsində əməkdaşlıq məsələlərinə də xüsusi diqqət yetirilmişdir. Gənclər arasında əlaqələrin inkişaf etdirilməsi, tələbə mübadiləsi proqramlarının genişləndirilməsi, ortaq mədəni layihələrin həyata keçirilməsi və türk xalqlarının zəngin irsinin gələcək nəsillərə çatdırılması istiqamətində fikir mübadiləsi aparılmışdır. Bu əməkdaşlıq xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri bir daha göstərdi ki, Azərbaycanın xarici siyasətində türk dünyasının birliyi prioritet istiqamətlərdən biridir. Bu siyasət qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və ortaq maraqlara əsaslanır.
Bu gün Azərbaycan regionun güclü, nüfuzlu və etibarlı dövlətlərindən biri kimi beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasət nəticəsində ölkəmizin dostlarının və strateji tərəfdaşlarının sayı artır, beynəlxalq nüfuzu yüksəlir. Qırğızıstana həyata keçirilən son dövlət səfəri də bu uğurlu siyasətin növbəti təzahürü olmaqla yanaşı, türk dünyasının birliyinin möhkəmlənməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə və regionda sabitliyin daha da güclənməsinə mühüm töhfə verəcəkdir.
Tural Sadıxov,
Yeni Azərbaycan Partiyası
Culfa rayon təşkilatının mühasibi
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48

