Genişlənən strateji əməkdaşlıq
05.08.2026 [20:32]
Ortaq tarix, strateji tırıfdaşlıq və beynılxalq platformalarda sıx əməkdaşlıq Mərkəzi Asiyada yerləşən türkdilli ölkələrlə münasibətlərində yeni səhifələrin açılmasına səbəb olub. Azərbaycanla Qırğızıstan, Özbəkistan, Türkmənistan əlaqələrinin bu günkü durumu gələcək perspektivdən xəbər verir. Təsadüfi deyil ki, işğaldan azad olunan ərazilərdə məktəb, məscid və digər infrastruktur layihələrdə türk dünyası ölkələri yaxından iştirak edir.
Dövlət başçısı İlham Əliyevin Qırğızıstana dövlət səfəri həm Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətlərinin dərinləşdirilməsi, həm də ümumilikdə Mərkəzi Asiya regionu ilə strateji əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət edir.
Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Azərbaycan–Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası zamanı dövlət başçısı İlham Əliyev bu yöndə çıxış edib: “Qarabağın bərpasında köməyə görə təşəkkürümü bildirmək istərdim. Ağdam bölgəsində Sizinlə birlikdə açılışını etdiyimiz məktəb Manasın adını daşıyır, orada uşaqlar artıq təhsil alırlar. Bu məktəb qardaşlığımızın daha bir rəmzidir, həmçinin xalqlarımızın birliyinin abidəsi kimi daim qalacaqdır. Təkcə Qarabağın deyil, bütün Azərbaycanın sakinləri bunu qiymətləndirirlər. Mən, həmçinin şadam ki, humanitar sahədə əlaqələrimiz uğurla inkişaf edir: bu yaxınlarda Azərbaycanda keçirilən Qırğızıstan Mədəniyyəti Günləri və Qırğızıstanda Azərbaycan Günləri mədəniyyətimizin necə zəngin olduğunu və xalqlarımızın yaradıcılıq potensialını tam şəkildə üzə çıxaran belə tədbirlərin vacibliyini bir daha nümayiş etdirdi”.
Dövlət başçısı Qırğız-Azərbaycan Fondunun fəaliyyətindən də danışınb: “Fondun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik və bir neçə layihə artıq həyata keçirilir. Əminəm ki, Fond inkişaf etdikcə, layihələrin sayı da artacaq. Bu, ortaq məqsədlərimizə xidmət edəcək. Azərbaycan, həmçinin İssık-Kulun infrastrukturunun, burada turizmin inkişafında da iştirak edib. Həmkarlarımızla birlikdə beşulduzlu “Bakı” hotelininın açılışı reallaşacaq. Bu da dost-qardaş münasibətlərinin təzahürüdür, həmçinin Azərbaycanın İssık-Kulun turizm potensialının inkişafına kiçik töhfəsidir”.
“Münasibətlərimizi müttəfiqlik səviyyəsinə yüksəldirik” sözləri ilə fikirlərini davam etdirən dövlət başçısı bildirib ki, bu, qarşılıqlı fəaliyyətin ən yüksək səviyyəsidir.
Onu da qeyd edək ki, mövcud geosiyasi şəraitdə Azərbaycan və Qırğızıstanın əməkdaşlığı yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən Orta Dəhliz layihəsinin əhəmiyyətinin artması hər iki ölkənin nəqliyyat-logistika sahəsində tərəfdaşlığını daha da aktuallaşdırır. Bu marşrut Avropa ilə Asiya arasında etibarlı və sürətli yükdaşımaların təmin edilməsində mühüm rol oynayır. Ümumilikdə bu əməkdaşlıq həm iki ölkənin milli maraqlarına, həm də bütövlükdə Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq məqsədlərin reallaşmasına mühüm töhfə verir.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48

