Naxçıvanın Zəngəzur Dəhlizi və Enerji Təhlükəsizliyi Strategiyası
13.08.2026 [11:00]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına 17-ci səfəri bölgənin hərtərəfli inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Bu səfər çərçivəsində iştirak edilən tədbirlər və qəbul edilən tarixi qərarlar bir daha sübut etdi ki, Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı dövlətin əsas prioritetlərindən biridir. Xüsusilə bölgənin müdafiə potensialının gücləndirilməsi, ən müasir texnika ilə təchizat və yeni komando qüvvələrinin yaradılması bölgədə təhlükəsizliyin tam təmin edilməsi baxımından həlledici addımdır. Səfərin ən mühüm iqtisadi hadisələrindən biri Naxçıvan Sənaye Parkının təməlinin qoyulmasıdır. Yeni sənaye müəssisələrinin yaradılması minlərlə yeni iş yerinin açılmasına xidmət edəcək. Bununla paralel olaraq enerji infrastrukturunun yenilənməsi müstəsna əhəmiyyət daşıyır. Hazırda Naxçıvanın generasiya gücü təqribən 200 meqavat təşkil etdiyi halda, təməli qoyulan 300 meqavat gücündəki yeni istilik elektrik stansiyası bu potensialı əhəmiyyətli dərəcədə artıracaq. Həmçinin, bölgənin yaşıl enerji zonası elan olunması və 50 meqavat gücündə iki Günəş elektrik stansiyasının inşası Naxçıvanı enerji cəhətdən həm müstəqil, həm də əsas ixracatçı mərkəzə çevirəcək. "Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, qlobal logistika şəbəkəsi üçün əvəzolunmaz əhəmiyyətə malikdir." Tarixi Zəngəzur dəhlizinin açılması isə Azərbaycanın beynəlxalq logistika mərkəzi kimi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir. Bu dəhliz Naxçıvan dəmir yolunun reabilitasiyası və yükaşırma qabiliyyətinin 15 milyon tona çatdırılması hədəfi ilə bölgəni Şərq-Qərb və ŞimalCənub nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsinə çevirir. Avropa, Türkiyə və Mərkəzi Asiya coğrafiyasını birləşdirəcək bu xətt regional sabitliyə və tərəqqiyə xidmət edəcəkdir. Eyni zamanda, Naxçıvanda DOST Mərkəzinin açılışı, ictimai nəqliyyatın müasirləşdirilməsi və turizm infrastrukturunun inkişafı, bu qədim diyarın hərtərəfli dirçəlişini təsdiq edir.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48

