Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / “Gənclər və rəqəmsal texnologiyalar” mövzusunda gənclərlə görüş keçirilib

“Gənclər və rəqəmsal texnologiyalar” mövzusunda gənclərlə görüş keçirilib

13.08.2026 [11:04]

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində avqust ayının 11-də Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının təşəbbüsü ilə Göyçay Gənclər Evində “Gənclər və rəqəmsal texnologiyalar” mövzusunda gənclərlə görüş keçirilib.

Görüşdə çıxış edən YAP Göyçay rayon təşkilatının sədr müavini Laçın İsmayılov və digər natiqlər bildiriblər ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Natiqlər dövlət başçısının gənclərə göstərdiyi diqqət və qayğının onların hərtərəfli inkişafına, bilik və bacarıqlarının artırılmasına, eləcə də cəmiyyət həyatında fəal iştirakına mühüm töhfə verdiyini vurğulayıblar.

Çıxışçılar “Gənclər və rəqəmsal texnologiyalar” mövzusuna toxunaraq qeyd ediblər ki, müasir dövrdə rəqəmsal texnologiyalar gənclərin həyatında mühüm yer tutur. Onlar bildiriblər ki, gənclərin informasiya texnologiyalarından düzgün və səmərəli istifadə etməsi, rəqəmsal bacarıqlarını inkişaf etdirməsi onların gələcək təhsil və karyera imkanlarının genişlənməsində mühüm rol oynayır.

Qeyd olunub ki, bu cür görüşlər gənclərin milli-mənəvi dəyərlərə sadiq, dövlətçilik ənənələrinə bağlı və vətənpərvər ruhda formalaşmasına, eyni zamanda müasir bilik və bacarıqlara yiyələnməsinə xüsusi töhfə verir.

Paylaş:
Baxılıb: 76 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Almaniyanın dron problemi

15 Avqust 09:35  

Ədəbiyyat

Mobil qida

15 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Avqust 09:05  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31