Naxçıvanın Avrasiya nəqliyyat xəritəsində mövqeyi möhkəmlənir
13.08.2026 [17:19]
Azərbaycan Prezidentinin Naxçıvana səfəri çərçivəsində verdiyi müsahibədə diqqət
çəkən əsas məsələlərdən biri muxtar respublikanın gələcək nəqliyyat imkanları ilə bağlı
açıqlamalardır. Bu məsələyə yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında
quru əlaqəsinin bərpası kimi yanaşmaq kifayət deyil. Cənab Prezident İlham Əliyevin
fikirlərindən aydın olur ki, əsas məqsəd Naxçıvanı regional və beynəlxalq nəqliyyat
sistemində mühüm mövqeyə malik tranzit mərkəzlərindən birinə çevirməkdir. Uzun
müddət Naxçıvanın Azərbaycanın digər əraziləri ilə birbaşa quru əlaqəsinin olmaması
onun iqtisadi və nəqliyyat potensialından tam istifadə edilməsinə müəyyən maneələr
yaradıb. Lakin Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi Zəfərdən
sonra formalaşan yeni geosiyasi şərait bu vəziyyətin dəyişdirilməsi üçün mühüm
imkanlar yaradıb. Zəngəzur dəhlizinin gündəmə gəlməsi də məhz bu yeni reallıqlar
fonunda xüsusi əhəmiyyət qazanıb. Dövlət başçısının sözlərinə əsasən, Azərbaycanın
əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat əlaqəsinin yaradılması ölkənin
uzunmüddətli məqsədlərindən biridir və artıq bu istiqamətdə konkret nəticələr əldə
olunur.
Bu prosesdə diqqətçəkən məqamlardan biri Azərbaycanın gözləmə mövqeyində
qalmaması və müharibədən sonra öz ərazisində həm avtomobil, həm də dəmir yolu
layihələrinin həyata keçirilməsinə başlamasıdır. Horadiz–Ağbənd avtomobil yolunun
tikintisinin yekun mərhələsinə yaxınlaşması və dəmir yolu layihəsinin sürətlə davam
etdirilməsi Azərbaycanın üzərinə düşən işləri ardıcıl şəkildə yerinə yetirdiyini göstərir.
Naxçıvan istiqamətində dəmir yolunun bərpası ilə bağlı işlərin başlanması isə prosesin
yalnız siyasi bəyanatlardan ibarət olmadığını nümayiş etdirir. Burada xüsusi əhəmiyyət
daşıyan məsələlərdən biri gələcək Naxçıvan dəmir yolunun texniki imkanlarıdır.
Hazırlanan yeni texniki-iqtisadi əsaslandırmaya görə, dəmir yolu xəttinin uzunluğu 194
kilometr təşkil edəcək və onun illik yükdaşıma gücünün ən azı 15 milyon tona
çatdırılması planlaşdırılır. Bu göstərici Naxçıvanın sadəcə regional nəqliyyat bağlantısı
deyil, böyük yük axınlarına xidmət edə biləcək beynəlxalq tranzit xətti kimi
formalaşmasına şərait yarada bilər. Prezidentin də vurğuladığı kimi, Azərbaycanın öz
maliyyə resursları hesabına bu infrastruktur layihələrini həyata keçirmək imkanları
mövcuddur.
Naxçıvanın əsas üstünlüklərindən biri isə onun əlverişli coğrafi mövqeyidir. Zəngəzur
bağlantısının yaradılması Şərq–Qərb nəqliyyat dəhlizinin mühüm istiqamətlərindən
birinə çevrilməklə yanaşı, gələcəkdə Şimal–Cənub nəqliyyat marşrutu ilə də
əlaqələndirilə bilər. Bu halda Naxçıvan Avropanı Mərkəzi Asiya ilə, Rusiyanı isə İran və
Fars körfəzi istiqamətləri ilə birləşdirən müxtəlif nəqliyyat xətlərinin kəsişmə
məntəqəsinə çevrilmək potensialı əldə edir. Belə bir vəziyyət muxtar respublikanın
iqtisadi inkişafı üçün yeni və daha geniş imkanlar yarada bilər.
Nəqliyyat dəhlizlərinin əhəmiyyəti yalnız avtomobil və dəmir yollarının çəkilməsi ilə
məhdudlaşmır. Böyük tranzit imkanlarının formalaşması logistika mərkəzlərinin, anbar
və terminal komplekslərinin, nəqliyyat xidmətlərinin, istehsal müəssisələrinin və müxtəlif
sahibkarlıq fəaliyyətlərinin inkişafına təkan verə bilər. Yük daşımalarının həcminin
yüksəlməsi yeni iş yerlərinin yaradılmasına, biznes fəaliyyətinin genişlənməsinə və
əhalinin gəlirlərinin artmasına şərait yarada bilər. Bu baxımdan Prezidentin Naxçıvanın
gələcəkdə “əvəzolunmaz nəqliyyat mərkəzlərindən biri”nə çevrilə biləcəyi barədə fikri
iqtisadi baxımdan əsaslandırıla bilən perspektiv kimi qiymətləndirilə bilər.
Naxçıvanın nəqliyyat potensialı enerji imkanlarının inkişafı ilə birlikdə daha böyük
əhəmiyyət qazanır. Çünki müasir tranzit və logistika sistemlərinin dayanıqlı fəaliyyəti
yalnız nəqliyyat infrastrukturundan deyil, eyni zamanda sabit və etibarlı enerji
təminatından asılıdır. Naxçıvanda yeni elektrik generasiya güclərinin yaradılması,
Günəş və su elektrik stansiyalarının inşası, eləcə də gələcəkdə enerji ixracının
artırılması ilə bağlı planlar nəqliyyat və enerji siyasətinin paralel şəkildə inkişaf
etdirildiyini göstərir. Bu yanaşma Azərbaycanın müxtəlif regionlarının imkanlarının ayrı-
ayrılıqda deyil, vahid iqtisadi və nəqliyyat sisteminin tərkib hissəsi kimi
qiymətləndirildiyini göstərir.
Bu baxımdan Naxçıvana açılacaq yeni nəqliyyat yolları yalnız muxtar respublikanın öz
iqtisadi imkanlarını genişləndirməyəcək, həm də Azərbaycanın ümumi tranzit
potensialının artmasına xidmət edəcək. Bu gün Naxçıvana doğru nəqliyyat
bağlantılarının bərpası gələcəkdə regionun iqtisadi strukturunun dəyişməsi üçün mühüm
baza yaradır. Azərbaycanın siyasi iradəsi, maliyyə imkanları və Naxçıvanın əlverişli
geostrateji mövqeyi bir araya gəldikcə, əvvəllər coğrafi təcrid kimi qəbul edilən vəziyyət
gələcəkdə mühüm üstünlüyə çevrilə bilər. Vaxtilə nəqliyyat əlaqələrinin məhdudluğu ilə
üzləşən Naxçıvan gələcəkdə Şərq və Qərb, Şimal və Cənub arasında mühüm tranzit
keçidlərindən biri kimi çıxış etmək imkanına sahibdir. Bu isə muxtar respublikanın
qarşıdakı dövrdə yeni iqtisadi inkişaf mərhələsinə keçməsinin əsas nəticələrindən biri
ola bilər.
Rəşad Əsgərov,
“Kompleks qazma işləri” trestinin YAP ”Dəniz Neftçiləri” ərazi partiya təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35

