YAP Lerik rayon təşkilatı Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunan anım tədbiri keçirib
22.02.2014 [13:22]
Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatı rayondakı Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirib. Tədbirdə YAP fəalları, rayonun idarə, müəssisə və təşkilatları, eləcə də hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Toplantını giriş sözü ilə YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov açaraq qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçiriblər. Qeyd olunub ki, Xocalı qətliamı barədə əsl həqiqətlər yalnız Ümummilli lider Heydər Əliyev 1993-cü ildə ölkədə yenidən hakimiyyətə gəldikdən sonra dünya ictimaiyyətinə çatdırılıb, ilk dəfə faciəyə əsl siyasi qiymət verilib. Bu gün də faciənin dünya dövlətləri tərəfindən tanınması üçün ciddi iş aparılır. Heydər Əliyev Fondunun bu istiqamətdə fəaliyyəti xüsusi qeyd olunub. Toplantıda, həmçinin, YAP rayon təşkilatının Gənclər Birliyinin sədri Zamiq Əhədov faciə ilə bağlı geniş məruzə ilə çıxış edib. Natiq vurğulayıb ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. O deyib ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Tədbirdə daha sonra çıxış edən Əməkdar müəllim Gültəkin Şıxəliyeva, rayon Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov, tarixçi-alim Araz Qurbanov və başqaları faciənin törətdiyi fəsadlardan, erməni qəsbkarlarının insanlığa sığmayan hərəkətlərindən danışıblar. Tədbirin sonunda Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş olunub.
S.Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

