Dahi şəxsiyyətlər yetirən qədim diyardan müasir inkişaf məkanına
14.08.2026 [13:32]
Prezident İlham Əliyev: “Naxçıvan, eyni zamanda, Azərbaycana bir çox
görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət
Heydər Əliyev kimi Ulu Öndər bəxş edib. Yəni bu bölgənin zəngin tarixi, bu bölgədə
yaşayan insanların mərdliyi, doğma Vətənə bağlılığı və eyni zamanda, Naxçıvanın
strateji yerləşməsi və imkanları, burada icra olunan və olunacaq layihələr bu gün
təkcə Azərbaycan üçün deyil, – halbuki birinci növbədə Azərbaycan üçün, – geniş
coğrafiya üçün böyük əhəmiyyət kəsb edir.”
Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri zamanı
Azərbaycan Televiziyasına verdiyi geniş müsahibə muxtar respublikanın son illərdə keçdiyi
inkişaf yoluna nəzər salmaqla yanaşı, qarşıdakı dövr üçün əsas prioritetləri də aydın
şəkildə ortaya qoyub. Dövlət başçısının səfər çərçivəsində iştirak etdiyi tədbirlər, yeni
layihələrin təməlqoyma mərasimləri və verdiyi tapşırıqlar Naxçıvanın inkişafının artıq yeni
mərhələyə qədəm qoyduğunu göstərir. Prezident İlham Əliyevin Naxçıvana növbəti səfəri
həm siyasi, həm də strateji baxımdan mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının
“Prezident kimi 17-ci dəfədir ki, Naxçıvana səfər edirəm və hər səfərimin də böyük mənası
və gözəl nəticələri vardır” fikri muxtar respublikanın dövlət siyasətində xüsusi yer
tutduğunu bir daha təsdiqləyir.
Son illərdə Naxçıvanda həyata keçirilən layihələr muxtar respublikanın sosial-
iqtisadi mənzərəsini əhəmiyyətli dərəcədə dəyişib. Yol-nəqliyyat infrastrukturunun
yenilənməsi, enerji təminatının gücləndirilməsi, sosial obyektlərin tikilməsi, istehsal
imkanlarının genişləndirilməsi və yeni iqtisadi layihələrin icrası inkişaf üçün mühüm baza
formalaşdırıb. İndi qarşıda duran əsas vəzifə bu potensialı daha səmərəli şəkildə iqtisadi
dövriyyəyə cəlb etmək və əldə olunan nəticələri davamlı inkişaf modelinə çevirməkdir.
Naxçıvanın coğrafi və geostrateji mövqeyi onun təhlükəsizlik məsələlərinə xüsusi
diqqət yetirilməsini zəruri edir. Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısının
olmaması muxtar respublikanın müdafiə imkanlarının daim gücləndirilməsini strateji
prioritetə çevirir. Bu istiqamətdə son illərdə mühüm addımlar atılıb. Əlahiddə Ordunun
yaradılması, hərbi hissələrin müasir texnika ilə təmin edilməsi, komando qüvvələrinin
formalaşdırılması və müdafiə potensialının davamlı şəkildə artırılması Naxçıvanın
təhlükəsizlik imkanlarını əhəmiyyətli dərəcədə gücləndirib. Prezident İlham Əliyevin də
vurğuladığı kimi, Azərbaycan Silahlı Qüvvələri hazırda regionda mühüm hərbi gücə
malikdir. Naxçıvanın müdafiə qabiliyyətinin daha da artırılması ilə bağlı planlar göstərir ki,
təhlükəsizlik məsələsi muxtar respublikanın inkişaf strategiyasının fundamental
dayaqlarından biri olaraq qalacaq. Burada mühüm məqam ondan ibarətdir ki, təhlükəsizlik
və iqtisadi inkişaf bir-birindən ayrı proseslər deyil. Möhkəm təhlükəsizlik mühiti yeni
investisiyaların cəlb olunmasına, sənayenin inkişafına, sahibkarlığın genişlənməsinə və
sosial layihələrin daha sürətlə həyata keçirilməsinə imkan yaradır.
Səfər çərçivəsində Naxçıvan Sənaye Parkının təməlinin qoyulması muxtar
respublikanın gələcək iqtisadi inkişafı baxımından xüsusi əhəmiyyət daşıyan hadisələrdən
biridir. Sənaye parkları Azərbaycanda istehsalın genişləndirilməsi, sahibkarlığın
stimullaşdırılması, investisiyaların cəlbi və yeni iş yerlərinin yaradılması baxımından özünü
doğrultmuş iqtisadi modeldir. Bu modelin Naxçıvanda tətbiqi muxtar respublikanın mövcud
iqtisadi potensialının daha geniş şəkildə reallaşdırılmasına imkan verəcək. Ərazi
baxımından Sumqayıt Sənaye Parkından sonra Azərbaycanın ikinci böyük sənaye
parkının Naxçıvanda yaradılması layihənin miqyasını və strateji əhəmiyyətini göstərir.
Burada yeni istehsal müəssisələrinin, biznes subyektlərinin və müasir sənaye
infrastrukturunun formalaşması Naxçıvan iqtisadiyyatında yeni mərhələnin başlanğıcı ola
bilər. Sənaye Parkının fəaliyyəti yalnız istehsal həcminin artırılması ilə
məhdudlaşmayacaq. Layihənin əsas nəticələri sırasında yeni iş yerlərinin yaradılması, yerli
sahibkarlığın inkişafı, investisiya imkanlarının genişlənməsi və Naxçıvanın ölkənin iqtisadi
məkanına daha sıx inteqrasiyası da mühüm yer tutur.
Naxçıvanın inkişaf strategiyasında enerji istiqaməti də xüsusi yer tutur. Muxtar
respublikanın yaşıl enerji zonası elan edilməsi burada bərpaolunan enerji mənbələrindən
istifadənin strateji istiqamətə çevrildiyini göstərir. Günəş və su elektrik stansiyalarının
fəaliyyəti artıq Naxçıvanın enerji potensialının real iqtisadi imkanlara çevrildiyini nümayiş
etdirir. Qarşıdakı dövrdə isə enerji saxlanc texnologiyalarının tətbiqi, yeni bərpaolunan
enerji layihələrinin reallaşdırılması və elektrik enerjisi istehsalının artırılması bu sahənin
inkişafını daha da sürətləndirə bilər. Azərbaycanın enerji strategiyası artıq yalnız neft və
qaz ixracı ilə məhdudlaşmır. Ölkə elektrik enerjisinin ixrac imkanlarını da genişləndirməyə
çalışır. Türkiyə üzərindən Avropaya enerji ixracının artırılması və Qara dəniz sualtı elektrik
kabeli layihəsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da gücləndirə
biləcək layihələr kimi diqqət çəkir. Bu baxımdan Naxçıvanın yaşıl enerji potensialının
inkişaf etdirilməsi təkcə muxtar respublikanın enerji təminatı üçün deyil, Azərbaycanın
uzunmüddətli enerji strategiyası üçün də əhəmiyyətlidir.
Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkən mühüm məqamlardan biri
Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun vahid konsepsiya əsasında inkişaf etdirilməsi ilə
bağlı yanaşmadır. Bu yanaşma Azərbaycanın strateji əhəmiyyət daşıyan üç bölgəsinin
gələcək inkişafında oxşar prinsiplərin tətbiq ediləcəyini göstərir. Qarabağ və Şərqi
Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri, müasir şəhərsalma prinsipləri,
yaşıl enerji layihələri və yeni idarəetmə yanaşmaları Naxçıvan üçün də müəyyən
istiqamətlər müəyyənləşdirir. Naxçıvan şəhərinin Baş planının hazırlanması və şəhər
infrastrukturunun müasir tələblərə uyğun inkişaf etdirilməsi ilə bağlı tapşırıqlar da məhz bu
yanaşmanın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Burada söhbət yalnız ayrı-ayrı
bölgələrdə eyni layihələrin həyata keçirilməsindən getmir. Əsas məqsəd təhlükəsiz,
müasir, iqtisadi cəhətdən dayanıqlı və yüksək həyat standartlarına malik yeni yaşayış və
iqtisadi məkanların formalaşdırılmasıdır.
Naxçıvanda son illərdə görülən işlər muxtar respublikanın inkişafı üçün mühüm
təməl yaradıb. İndi əsas məsələ həmin bazadan istifadə etməklə iqtisadi fəallığı daha da
artırmaq, yeni istehsal sahələri yaratmaq, enerji potensialını genişləndirmək və müasir
şəhər mühitini formalaşdırmaqdır. Prezident İlham Əliyevin “Naxçıvanın sürətli sosial-
iqtisadi inkişafı təmin ediləcək” fikri qarşıdakı mərhələnin əsas istiqamətini ifadə edir. Bu,
bir tərəfdən görülmüş işlərin davam etdirilməsi, digər tərəfdən isə Naxçıvanın yeni iqtisadi
imkanlarının üzə çıxarılması deməkdir. Naxçıvanın geostrateji mövqeyi, enerji potensialı,
sənaye imkanları və nəqliyyat baxımından əhəmiyyəti onun Azərbaycanın gələcək
inkişafında rolunu daha da artırmaq üçün geniş imkanlar yaradır. Bu potensialın düzgün və
sistemli şəkildə reallaşdırılması nəticəsində muxtar respublika yalnız daxili inkişaf
baxımından deyil, həm də regionun iqtisadi, enerji və nəqliyyat xəritəsində də daha
mühüm mövqeyə sahib ola bilər. Prezident İlham Əliyevin Naxçıvana son səfəri təkcə
görülən işlərin təqdimatı deyil, həm də gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi
baxımından əlamətdar hadisədir. Təhlükəsizlik, sənayeləşmə, yaşıl enerji, müasir
şəhərsalma və iqtisadi fəallığın artırılması üzərində qurulan bu strategiya Naxçıvanın
qarşıdakı illərdə daha sürətli və kompleks inkişafını təmin edə bilər.
Rail Tağızadə
Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55

