Naxçıvanın yeni inkişaf strategiyası: təhlükəsizlikdən iqtisadi yüksəlişə
14.08.2026 [13:35]
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 11 avqust 2026-cı
il tarixində Naxçıvan Muxtar Respublikasına növbəti rəsmi səfəri Azərbaycanın bu
strateji bölgəsinin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə
bilər. Dövlət başçısının Naxçıvana sayca 17-ci səfəri regionun sosial-iqtisadi
inkişafı, idarəetmə sisteminin təkmilləşdirilməsi, təhlükəsizlik potensialının
gücləndirilməsi və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi
baxımından mühüm siyasi və praktiki əhəmiyyət daşıyır.
Səfərin xüsusi əhəmiyyəti həm də onun Naxçıvanda Prezidentin Xüsusi
Nümayəndəliyi institutunun formalaşdığı və 2026-cı ilin martında Muxtar
Respublikanın Konstitusiyasına edilmiş dəyişikliklərdən sonrakı yeni mərhələyə
təsadüf etməsi ilə bağlıdır. Bu proses Naxçıvanın idarə olunmasında müasir
yanaşmaların tətbiqini, dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasını və
regionun vahid milli inkişaf strategiyasına daha sıx inteqrasiyasını şərtləndirir.
Son illərdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq
və şəhərsalma layihələri Azərbaycanın yeni inkişaf modelinin mühüm nümunəsinə
çevrilib. Naxçıvanda da müasir şəhərsalma prinsiplərinin tətbiqi bu modelin
ölkənin digər strateji ərazilərinə inteqrasiyasının göstəricisidir. Naxçıvan şəhərinin
yeni Baş Planının hazırlanması, şəhər infrastrukturunun yenilənməsi, sosial
obyektlərin tikintisi və nəqliyyat sisteminin müasirləşdirilməsi qarşıdakı dövrdə
bölgənin simasının əhəmiyyətli dərəcədə dəyişəcəyini göstərir.
Səfər çərçivəsində təməli qoyulan Naxçıvan Sənaye Parkı xüsusi diqqət çəkir.
Sumqayıtdan sonra ölkənin ən böyük sənaye zonalarından birinə çevrilməsi
nəzərdə tutulan bu layihə regionun iqtisadi potensialının artırılması, yeni istehsal
sahələrinin yaradılması və məşğulluğun genişləndirilməsi baxımından mühüm
əhəmiyyət daşıyır. Sənaye Parkının ərazisində 300 meqavatlıq İstilik Elektrik
Stansiyasının təməlinin qoyulması isə sənaye inkişafı ilə enerji təhlükəsizliyinin
paralel şəkildə təmin olunmasına xidmət edir.
Naxçıvanın enerji potensialının reallaşdırılması da yeni inkişaf strategiyasının əsas
istiqamətlərindəndir. Günəş enerjisi baxımından əlverişli coğrafi mövqeyə malik
olan muxtar respublikanın 500–1000 meqavat həcmində bərpaolunan enerji
potensialından istifadə etməklə 2050-ci ilədək “xalis sıfır karbonlu” əraziyə
çevrilməsi qarşıya mühüm hədəf kimi qoyulub. “Şəms 1” və “Qərbi Üfüq”
layihələri də bu istiqamətdə həyata keçirilən işlərin miqyasını nümayiş etdirir.
Yaşıl enerji sahəsində görülən tədbirlər yalnız daxili enerji tələbatının
ödənilməsinə deyil, gələcəkdə elektrik enerjisinin regional və Avropa bazarlarına
çıxarılmasına da yeni imkanlar yarada bilər.
Naxçıvanın inkişafında nəqliyyat-logistika amili də xüsusi yer tutur. Muxtar
Respublikanın Türkiyə ilə birbaşa sərhədə malik olması onun regional nəqliyyat
əlaqələrində strateji əhəmiyyətini artırır. Zəngəzur dəhlizi və İğdır–Naxçıvan xətti
üzrə həyata keçirilən layihələr Naxçıvanın regional ticarət və logistika qovşağına
çevrilməsi üçün mühüm perspektivlər açır. Dəmir yolunun Naxçıvan seqmentində
aparılan yenidənqurma işləri nəticəsində yükdaşımaların illik həcminin 15 milyon
tona çatdırılmasının nəzərdə tutulması da bu strategiyanın miqyasını göstərir.
Horadiz–Ağbənd avtomobil yolunun tikintisinin yekun mərhələyə çatması və
həmin istiqamətdə dəmir yolu layihəsinin davam etdirilməsi Azərbaycanın
regionda nəqliyyat əlaqələrinin bərpasına verdiyi strateji önəmi bir daha
təsdiqləyir. Bu layihələrin reallaşması Naxçıvanın Orta Dəhliz üzrə beynəlxalq
nəqliyyat marşrutlarına daha fəal şəkildə qoşulmasına və onun mühüm logistika
mərkəzinə çevrilməsinə imkan verəcək.
Səfər zamanı Naxçıvanın müdafiə və təhlükəsizlik məsələləri də diqqət mərkəzində
olub. Əlahiddə Ümumqoşun Orduda yeni komando bölmələrinin yaradılması və
onlara Döyüş bayraqlarının təqdim edilməsi muxtar respublikanın müdafiə
qabiliyyətinin müasir tələblər səviyyəsində təmin edilməsinə yönəlmiş tədbirlərin
ardıcıl xarakter daşıdığını göstərir. Bu, eyni zamanda, Azərbaycanın dövlət
sərhədlərinin və ərazi bütövlüyünün etibarlı müdafiəsinin dövlət siyasətinin
prioritet istiqamətlərindən biri olduğunu nümayiş etdirir.
Naxçıvanın sosial inkişafı da diqqətdən kənarda qalmır. Şəhərin nəqliyyat
sistemində köhnə avtobusların yenilənməsi, yeni elektrik avtobuslarının istifadəyə
verilməsi, rayonlararası daşımaların müasirləşdirilməsi üçün 217 yeni avtobusun
alınmasının planlaşdırılması əhalinin gündəlik həyat keyfiyyətinin yüksəldilməsinə
xidmət edir. Yeni beşulduzlu hotelin təməlinin qoyulması, uşaq bağçalarının
tikintisi və təmiri ilə bağlı layihələrin nəzərdən keçirilməsi isə turizm və sosial
infrastrukturun paralel inkişaf etdirildiyini göstərir.
Bütün bunlar Naxçıvanın inkişafının yalnız bir istiqamətlə məhdudlaşmadığını
göstərir. Burada təhlükəsizlik, sənaye, enerji, nəqliyyat, turizm, şəhərsalma və
sosial siyasət vahid inkişaf konsepsiyasının tərkib hissələri kimi çıxış edir. Dövlət
başçısının bölgəyə xüsusi diqqəti və həyata keçirilən layihələr Naxçıvanın
Azərbaycanın gələcək iqtisadi və geosiyasi xəritəsində daha mühüm mövqe
tutacağını deməyə əsas verir.
Naxçıvanın Türkiyə ilə birbaşa əlaqələri onun türk dünyasının inteqrasiyasında da
xüsusi rolunu şərtləndirir. Azərbaycanın Şərqlə Qərb, Mərkəzi Asiya ilə Avropa
arasında mühüm nəqliyyat və enerji bağlantıları yaratmaq siyasətində Naxçıvanın
strateji mövqeyi getdikcə daha aydın görünür.
Beləliklə, Prezident İlham Əliyevin Naxçıvana 11 avqust səfəri yalnız görülən
işlərlə tanışlıq xarakteri daşımır. Bu səfər regionun gələcək inkişaf prioritetlərinin
müəyyənləşdirilməsi, strateji layihələrin sürətləndirilməsi və Naxçıvanın
Azərbaycanın vahid inkişaf modelinə daha dərindən inteqrasiyasının növbəti
mərhələsini ifadə edir. Naxçıvan qarşıdakı illərdə güclü sənaye bazasına, müasir
nəqliyyat infrastrukturuna, yaşıl enerji potensialına və yüksək təhlükəsizlik
imkanlarına malik strateji mərkəz kimi Azərbaycanın regional mövqelərinin
möhkəmləndirilməsində mühüm rol oynaya bilər.
Nurlana Yusifova
YAP Samux rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48

