Naxçıvanın Yeni İnkişaf Mərhələsi: Tarixi İrs və Müasir Strateji Hədəflər
14.08.2026 [16:12]
Naxçıvan Azərbaycanın tarixində, dövlətçilik salnaməsində və milli-mənəvi yaddaşında
xüsusi yeri olan qədim diyardır. Bu torpaq Azərbaycan xalqına dünya miqyaslı siyasi xadim,
müasir Azərbaycan dövlətçiliyinin memarı və Ümummilli Lider Heydər Əliyev kimi dahi
şəxsiyyət bəxş edib.
Prezident İlham Əliyevin Naxçıvana hər səfəri bu tarixi bağlılığın, dövlət qayğısının və Ulu
Öndərin siyasi irsinə sədaqətin növbəti təzahürüdür. 11 avqust 2026-cı ildə Prezident İlham
Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvana səfəri isə muxtar respublikanın
gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdı.
Bu, Prezident İlham Əliyevin dövlət başçısı kimi Naxçıvana artıq 17-ci səfəri idi.
Səfərin əsas məqamlarından biri Naxçıvan Sənaye Parkının təməlinin qoyulması oldu. Bu
layihə Naxçıvanın sənaye potensialının artırılması, yeni istehsal sahələrinin yaradılması,
investisiyaların cəlb olunması və əhalinin məşğulluğunun genişləndirilməsi baxımından
mühüm əhəmiyyət kəsb edir. Sənaye Parkının yaradılması Naxçıvan iqtisadiyyatının yeni
mərhələyə qədəm qoyduğunu göstərən mühüm addımlardandır.
Prezidentin səfəri zamanı enerji məsələləri də xüsusi diqqət mərkəzində oldu. Naxçıvanda
bərpaolunan enerji potensialından daha geniş istifadə olunması, yeni Günəş Elektrik
stansiyalarının yaradılması və enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində həyata
keçirilən layihələr muxtar respublikanın iqtisadi inkişaf perspektivlərini daha da genişləndirir.
Bu baxımdan Naxçıvanın gələcəyi yalnız mövcud imkanların qorunması ilə deyil, yeni
iqtisadi və enerji imkanlarının yaradılması ilə əlaqələndirilir. Günəş enerjisindən səmərəli
istifadə həm Naxçıvanın enerji təhlükəsizliyinə, həm də gələcəkdə enerji ixracı imkanlarının
formalaşmasına xidmət edə bilər.
11 avqust səfərinin diqqətçəkən məqamlarından biri də Naxçıvan şəhərində sosial evlər
kompleksinin təməlinin qoyulması oldu. Bu layihə dövlətin sosial siyasətinin Naxçıvanda da
ardıcıl şəkildə həyata keçirildiyini göstərir. Sosialyönümlü layihələrin genişləndirilməsi
insanların yaşayış şəraitinin yaxşılaşdırılmasına və sosial rifahın yüksəldilməsinə xidmət edir.
Səfər çərçivəsində Naxçıvanın tarixi-mədəni irsinə də xüsusi diqqət yetirildi. Prezident İlham
Əliyev “Əcəmi seyrangahı” istirahət kompleksinin açılışında iştirak etdi və dahi memar
Əcəmi Naxçıvaninin abidəsinin açılışını həyata keçirdi. Həmçinin Möminə xatun türbəsində
aparılan bərpa işləri ilə tanış oldu.
Bu məqam xüsusilə əhəmiyyətlidir. Çünki Naxçıvan yalnız iqtisadi və strateji əhəmiyyət
daşıyan region deyil, həm də Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin mühüm
beşiyidir. Əcəmi Naxçıvaninin yaratdığı memarlıq məktəbi, Möminə xatun türbəsi və digər
tarixi abidələr Naxçıvanın dünya mədəniyyətində özünəməxsus yerini müəyyənləşdirir.
Prezident İlham Əliyevin səfər zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə isə
Naxçıvanın gələcək inkişafına dair mühüm mesajlarla yadda qaldı. Dövlət başçısı
Naxçıvanın, Qarabağın və Şərqi Zəngəzurun vahid inkişaf konsepsiyası əsasında inkişaf
etdirilməsinin vacibliyini vurğuladı. Eyni zamanda Zəngəzur dəhlizinin reallaşdırılması,
Naxçıvanın nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi və regionun strateji
əhəmiyyətinin artırılması məsələləri diqqət mərkəzində oldu.
Bütün bunlar göstərir ki, 11 avqust səfəri yalnız yeni obyektlərin açılışı və təməlqoyma
mərasimləri ilə məhdudlaşmırdı. Bu səfər Naxçıvanın qarşıdakı illərdə hansı istiqamətlər üzrə
inkişaf edəcəyinin aydın şəkildə nümayişi idi. Sənaye, enerji, sosial siyasət, şəhər
infrastrukturu, turizm və mədəni irsin qorunması bir-birini tamamlayan vahid inkişaf
modelinin əsas istiqamətləridir.
Naxçıvanın strateji əhəmiyyəti xüsusilə Azərbaycanın yeni geosiyasi reallıqları fonunda daha
da artır. Zəngəzur dəhlizinin açılması Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə daha sıx
nəqliyyat əlaqəsinə bağlamaqla yanaşı, regionun beynəlxalq nəqliyyat və logistika xəritəsində
mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirə bilər.
Bu gün Naxçıvanın inkişafına nəzər saldıqda bir mühüm həqiqət aydın görünür: Ulu Öndər
Heydər Əliyevin siyasi irsi və dövlətçilik ideyaları Prezident İlham Əliyevin rəhbərliyi ilə
yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir.
Ulu Öndərin Naxçıvanda yaşadığı və fəaliyyət göstərdiyi illər Azərbaycan dövlətçiliyi
tarixinin ən mühüm səhifələrindəndir. Bu torpaqda qəbul edilən qərarlar, milli dövlətçilik
ideyasının müdafiəsi və müstəqillik yolunda atılan addımlar sonrakı Azərbaycan
dövlətçiliyinin əsas sütunlarından birinə çevrildi.
Bu baxımdan Prezident İlham Əliyevin Naxçıvana səfərləri həm də tarixi varisliyin ifadəsidir.
Bir tərəfdə Ulu Öndər Heydər Əliyevin Naxçıvanda formalaşdırdığı dövlətçilik irsi, digər
tərəfdə isə müasir Azərbaycanın yeni inkişaf mərhələsində qarşıya qoyulan böyük hədəflər
dayanır.
11 avqust 2026-cı il səfəri bu baxımdan Naxçıvanın inkişaf salnaməsində xüsusi səhifə kimi
yadda qalacaq. Yeni sənaye müəssisələri, enerji layihələri, sosial obyektlər, müasir şəhər
infrastrukturu və tarixi irsin qorunmasına yönələn tədbirlər Naxçıvanın gələcəyinə
hesablanmış ardıcıl dövlət siyasətinin göstəricisidir.
Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib. Bu
torpaqdan yüksələn dövlətçilik ideyaları bu gün müasir Azərbaycanın qüdrətində və
inkişafında öz əksini tapır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr
isə Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
Quliyev Xəzər
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tabeliyində
Sosial Xidmətlər Agentliyinin Şahbuz rayon sektoru. Sektor müdiri.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin Şahbuz rayonu ərazi partiya təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35

