Millət vəkilləri Novruz bayramını cəbhə xəttində əsgərlərlə birgə qeyd ediblər
18.03.2014 [09:13]
Novruz bayramı ərəfəsində Bakının Nizami və Nəsimi rayon İcra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və YAP Nəsimi rayon təşkilatının fəalları cəbhə xəttində əsgərlərlə görüşüblər.
“N” saylı hərbi hissədə əsgərlərlə görüşən YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı qeyd edib ki, bu gün Azərbaycan Ordusu nəinki bölgəmizin, hətta Şərqi Avropanın ən güclü ordularından biridir: “Əsgərlərimizdəki çox yüksək vətənpərvərliklə yanaşı, ordumuzun maddi-texniki bazasının gücləndirilməsi və müasir silahlarla təchiz edilməsi bir daha sübut edir ki, Azərbaycan Ordusu qarşıya qoyulan vəzifələri qısa zamanda və yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir”.
Çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva qeyd edib ki, Azərbaycan əsgərləri hər zaman Ali Baş Komandan, Prezident İlham Əliyevin istənilən əmrini yerinə yetirməyə hazırdırlar: “Çətin şəraitdə yüksək səviyyədə öz döyüş tapşırığını yerinə yetirən əsgərlərimizin arzusu Azərbaycanın ərazisini bütöv görmək və ərazi bütövlüyünün təmin olunmasında şəxsən iştirak etməkdir. Sevindirici hal da budur ki, ən çətin şəraitdə, ən çətin tapşırığa siz əsgərlərimiz hazırsınız”.
Nizami rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnaz İsrafilova isə bildirib ki, xalq öz ordusuna inanır: “Azərbaycan əsgəri bu gün döyüşə hazırdır və bizim inamımız ancaq əsgərimizədir. Düşünürəm ki, biz ancaq əsgərlərimizin sayəsində torpaqlarımızı azad edə biləcəyik”.
Təbriklərə görə şəxsi heyət adından minnətdarlığını bildirən N saylı hərbi hissənin komandiri İsgəndər Qiyasov deyib ki, əzmli, qüdrətli Azərbaycan ordusu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarımızı azad etməyə hər zaman hazırdır.
Sonra əsgərlərə Novruz bayramı münasibətilə bayram sovqatı verilib və konsert proqramı təşkil edilib.
Daha sonra millət vəkilləri Milli Qəhrəmanımız Mübariz İbrahimovun xidmət etdiyi və hazırda onun adını daşıyan “Mübariz” postuna baş çəkiblər.
Düşmən ordusu ilə üz-üzə olan postda əsgərlərlə görüşən millət vəkilləri onların da bayramını təbrik edib, şərəfli xidmətdə uğurlar arzulayıblar. Həmçinin, millət vəkilləri ön xətdəki müşahidə mövqelərindən müasir müşahidə aparatları vasitəsilə ermənilərin işğalı altında olan Azərbaycan ərazilərini və düşmən mövqelərini müşahidə ediblər, eyni zamanda, əsgər yeməkxanası və yataqxanası ilə də tanış olub, onların xidmətləri barədə maraqlanıblar.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

