YAP Gənclər Birliyi geniş beynəlxalq əlaqələrə malikdir
04.04.2014 [08:54]
YAP Gənclər Birliyinin nümayəndə heyətinin Türkiyəyə səfəri bu faktı bir daha təsdiqləyir
Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası (YAP) dünyanın bir çox siyasi partiyaları ilə sıx əməkdaşlıq edir. Partiyanın Gənclər Birliyi də həm ölkəmizdə, həm də regionda ən böyük gənclər təşkilatıdır. Məlumdur ki, YAP Gənclər Birliyi öz fəaliyyətini partiya rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun şəkildə qurur və bir sıra uğurlu layihələrin, tədbirlərin təşkilatçısı kimi çıxış edir. Eyni zamanda, YAP Gənclər Birliyi müxtəlif beynəlxalq qurumlarla, xarici ölkələrin partiyalarının gəncləri ilə də fəal əməkdaşlıq edir. Bunların sırasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Gənclik Qolları ilə əməkdaşlıq xüsusi vurğulanmalıdır. Qeyd edək ki, tərəflər arasında fəal əməkdaşlıq, qarşılıqlı mübadilə proqramları həyata keçirilir. Fakt üçün deyə bilərik ki, təkcə ötən il Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının dəvəti ilə YAP Gənclər Birliyinin üzvləri Türkiyədə keçirilən “Gənclik festivalı”nda təmsil olunub, bir sıra görüşlər keçirib. Eyni zamanda, AKP-nin Gənclik Qollarının nümayəndələrinin Azərbaycana səfəri təşkil olunub, onların dövlət və hökumət, həmçinin, partiya rəhbərliyi ilə görüşləri keçirilib.
Bu əməkdaşlıq hazırda da davam etdirilir. Xəbər verdiyimiz kimi, mart ayında Türkiyədəki bələdiyyə seçkiləri ərəfəsində AKP Gənclik Qollarının dəvəti ilə YAP Gənclər Birliyinin nümayəndə heyəti bu ölkədə səfərdə olub. YAP Gənclər Birliyinin nümayəndələri Türkiyədə bələdiyyə seçkiləri ilə bağlı Ədalət və İnkişaf Partiyasının həyata keçirdiyi təbliğat işini müşahidə ediblər. YAP Gənclər Birliyinin sədri Seymur Orucovun rəhbərliyilə gerçəkləşən səfərdə YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü Həsən Daşdəmirov, YAP Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Hüseynov, YAP Yasamal rayon təşkilatının Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev və YAP Sabunçu rayon təşkilatının Gənclər Birliyinin sədri Rəşad Abbasəliyev iştirak edib. AKP gəncləri tərəfindən təşkil edilən “Bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyasının Gənclik Qollarının Təcrübə Mübadiləsi Proqramı” çərçivəsində reallaşan bu səfərdə əsas məqsəd Türkiyədə mövcud seçki praktikasının təqdimatından ibarət olub.
YAP-ın gəncləri İstanbul, Konya, Samsun və Antalya şəhərlərində proqramın iştirakçısı olublar. 8 günlük proqram müddətində ilk gün İstanbulda AKP-nin Gənclik Qolları başkanı Zafer Çubukçu ilə iştirakçıların geniş tərkibdə rəsmi görüşü keçirilib. Daha sonra YAP Gənclər Birliyinin sədri Seymur Orucov və nümayəndələr Bəxtiyar Nəbiyev, Rəşad Abbasəliyev Konya şəhərində həyata keçirilən seçki təbliğatını izləyiblər. Bu şəhərdə AKP-nin həyata keçirdiyi təbliğat işinə qatılan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə də gənclərimizin görüşü olub. Bundan əlavə, YAP Gənclər Birliyinin sədri Seymur Orucov AKP-nin Konya şəhəri üzrə Gənclik Qollarının sədri və üzvləri ilə də işgüzar görüşlər keçirib. Görüşlərdə gələcəkdə nəzərdə tutulan mübadilə proqramları ilə bağlı da müzakirələr aparılıb.
YAP Gənclər Birliyinin nümayəndə heyətinin üzvü Həsən Daşdəmirov Samsun şəhərində seçki öncəsi prosesləri izləyib. Proqram müddətində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın bu şəhərdə böyük mitinqi baş tutub. Mitinqdən sonra Baş nazir proqramda iştirak edən gənclərlə görüşüb. Sərraf Hüseynov isə Antalyada keçirilən seçki təbliğatında iştirak edib. Bu şəhərdə təbliğat işinə Türkiyənin Avropa Şurası naziri Mövlud Çavuşoğlu rəhbərlik edib.
Beləliklə, bu səfər YAP Gənclər Birliyi və AKP-nin Gənclik Qolları arasında fəal əməkdaşlığın daha bir nümunəsidir. Bütün bunlar deməyə əsas verir ki, hər iki partiyanın gəncləri arasında əlaqələr bundan sonra da inkişaf edəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

