Ölkəmizdə narkomaniyaya qarşı fəal mübarizə aparılır
09.04.2014 [09:24]
Binəqədi rayonunda “Tütün və alkoqolun insan sağlamlığına vurduğu zərərin tibbi aspektləri” mövzusunda tədbirlərə start verilib
Binəqədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi və HB.Co.LTD-nin birgə təşkilatçılığı ilə Binəqədi rayonu üzrə orta ümumtəhsil məktəblərində “Tütün və alkoqolun insan sağlamlığına vurduğu zərərin tibbi aspektləri” mövzusunda seminar-müsabiqəyə start verilib. Seminar-müsabiqə çərçivəsində ilk açılış tədbiri Binəqədi rayonu 276 saylı orta məktəbdə keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Qabil Qafarov layihə çərçivəsində Binəqədi rayonu üzrə 32 məktəbi əhatə edəcək 7 seminarın keçiriləcəyini bildirib, tütün, alkoqol və digər zərərli vərdişlərin gənclərin sağlamlığına müxtəlif dərəcəli ziyan vurduğunu qeyd edib.
Tədbirdə çıxış edən Narkomaniyaya və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun əməkdaşı Şahin İsmayılov dövlət tərəfindən bu istiqamətdə görülən işlərdən danışıb.
Sonra çıxış edən Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov gənclərin asudə vaxtının səmərəli təşkilinin vacibliyini qeyd edib, onları tütün, alkoqol və digər zərərli vərdişlərdən uzaq olmağa səsləyib.
Öz növbəsində, HB.Co.LTD-nin baş direktoru Hikmət Butayev qeyd edib ki, gəncliyin üzərinə böyük bir məsuliyyət-işğal altında olan torpaqlarımızın azad edilməsi məsuliyyəti düşür və buna görə də gənclər sağlam böyüməli, üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməlidirlər.
Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin nümayəndəsi Buludxan İsayev isə orta məktəblərdə bu sahədə iş planlarının hazırlandığını deyib və həmin istiqamətdə görülən işlərdən danışıb.
Tədbirdə çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini, Binəqədi rayonu üzrə Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Mübarizə Komissiyasının sədri Aygün Əliyeva “dünya miqyasında narkotiklərin qarşısının alınmasına milyonlarla dollar vəsait xərclənməsinə baxmayaraq, bu bəlaya düçar olan şəxslərin sayı artır” deyib.
Onun sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra üzləşdiyi problemlər və əsasən də keçid dövrü ölkəmizdə də bu bəlanın yayılmasına gətirib çıxarıb: “Bu gün ölkəmizdə narkomaniyaya qarşı fəal mübarizə aparılır. Gənclərin sağlam böyüməsi üçün dövlət müxtəlif proqramlar qəbul edir”.
Gələcəyin sağlam gənclərdən ibarət olmasının vacibliyini qeyd edən Aygün Əliyeva onu da deyib ki, narkomaniya, tütün və alkoqola aludəçiliyin qarşısının alınması işinə təkcə dövlət deyil, eləcə də, cəmiyyət və bütün sosial institutlar öz töhfələrini verməlidirlər. O, Binəqədi rayonunda bu istiqamətdə sosial və humanitar layihələrin davam edəcəyini qeyd edib.
Sonra tədbir layihənin informatorları olan Nahidə Mahmudova və Şəhriyar Səmədzadənin təqdimatında tütün və alkoqolun insan sağlamlığına zərəri haqqında müxtəlif slaydların göstərilməsi ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30

